Xəbər lentiwidget-title-icon

​"Monitorinq Teatrı Bitdi: Pərdəarxası Zülmün Hesabını Kim Verəcək?"
Şagirdlər niyə yerdəyişmə edir?
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI

TKTA: Hazırda 3 ali məktəbdə akkreditasiya prosesi davam edir

TKTA: Hazırda 3 ali məktəbdə akkreditasiya prosesi davam edir

2023-cü ildə 13 ali təhsil müəssisəsində (Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti və ADA Universiteti) institusional akkreditasiya qiymətləndirməsinin həyata keçirilməsi nəzərdə tutulub.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən tehsilmedia.info - a verilən xəbərə görə, bu günə kimi akkreditasiya qiymətləndirməsi yekunlaşmış 7 ali təhsil müəssisəsinin (Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti) nəticəsi Akkreditasiya Şurası tərəfindən “əsasən uyğundur” kimi qiymətləndirilərək növbəti 5 il müddətinə institusional akkreditasiyadan keçmələrinə dair qərar qəbul edilib.

Digər 3 ali təhsil müəssisəsinin (Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı) nəticəsi isə “qismən uyğundur” və ya “uyğun deyil” kimi qiymətləndirilərək qüvvədə olan akkreditasiya şəhadətnamələrinin müddətinin növbəti 2 il üçün uzadılmasına və 1 ildən sonra təkrar akkreditasiya olunmasına dair Akkreditasiya Şurası tərəfindən qərar qəbul edilib.

Qrafikdə yer alan növbəti 3 ali təhsil müəssisəsində (ADA Universiteti, Azərbaycan Tibb Universiteti və Bakı Mühəndislik Universiteti) isə akkreditasiya prosesi davam edir. Bu prosesin ilin sonuna kimi yekunlaşması nəzərdə tutulub:

"Həmçinin bildiririk ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” əsasında həyata keçirilən akkreditasiya prosesi 3 mərhələdən (1. Özünütəhlil hesabatının yazılması; 2. Sahə səfəri və yekun hesabatın hazırlanması; 3. Akkreditasiya Şurası tərəfindən müvafiq qərarın verilməsi) ibarətdir. Bir ali təhsil müəssisəsinin akkreditasiya prosesi isə bir neçə ay davam edir".

Oxşar xəbərlər

Bütün xəbərlər