Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Tələbələr arasında keçirilən intellektual müsabiqənin finalçıları məlum olub

Tələbələr arasında keçirilən intellektual müsabiqənin finalçıları məlum olub

Dekabrın 17-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Dəmir yumruq” hüquq sahəsində intellektual müsabiqənin yarımfinal mərhələsi keçirilib.

Bu barədə "tehsilmedia.info"a Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, ikinci mərhələdə Milli Aviasiya Akademiyası, Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyası və Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültələrinin tələbələrinin komandası yarışıb.

Müsabiqəyə təşkilati dəstək Vəkillər Kollegiyasının Akademiyası, “Kəngərli və partnyorları” Vəkil Bürosu, o cümlədən ELSA Azərbaycan (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) tərəfindən göstərilir.

Müsabiqənin məqsədi konstitusiya hüququ, cinayət hüququ, habelə mülki hüquq sahəsində tələbələrin bilik və bacarıqlarının müəyyən edilməsi, o cümlədən inkişafına xidmət etməkdir.

Tədbirdə Vəkillər Kollegiyasının Akademiyasının nümayəndələri, ARVK-nın üzvləri, eyni zamanda müsabiqədə iştirak edən universitetlərin qruplar üzrə təyin olunmuş rəhbərləri və 20 tələbə iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyev və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə VK-nın üzvü, “Kəngərli və partnyorları” Vəkil Bürosunun müdiri İsmayıl Kəngərli çıxış edərək, iştirakçılara uğurlar arzulayıb, müsabiqənin reqlamenti və qaydalarını izah edib.

Daha sonra yarımfinal mərhələsinə start verilib və dörd komandada beş tələbə olmaqla 90 dəqiqə ərzində konstitusiya hüquqi, mülki hüquq və cinayət hüququndan ümumilikdə beş yazılı sual cavablandırılıb. İkinci mərhələnin sonunda komandaların cavabları Ali Məhkəmənin hakimi Elşad Şamayev, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədova, üç hüquqşünas alim - h.e.d., professor Əmir Əliyev, h.ü.f.d., dosent Şükür Yusifov, h.e.d. Nazim Əliyev, o cümlədən ARVK-nın üzvləri - Samir Əsədov, Həbib Cəfərov və Anar Məmişov tərəfindən yoxlanılıb, qaliblər elan edilib.

Beləliklə, 112 bal toplayan DİN-in Polis Akademiyası və 107 xal yığan DTX-nin Heydər Əliyev adına Akademiyası birinci və ikinci yerlərdə qərarlaşaraq, final mərhələsinə adlayıblar.

Xatırladaq ki, müsabiqənin final mərhələsi dekabrın 23-də Ali Məhkəmənin inzibati binasında təşkil ediləcək.

Sonda qaliblər mükafatlandırılacaqlar.

Qeyd edək ki, üç mərhələdən ibarət müsabiqənin ilk günündə Elm və Təhsil Nazirliyinin hüquqşünas ixtisasının SABAH qrupları, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, ADA Universiteti, DİN-in Polis Akademiyası, DTX-nin Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası və Naxçıvan Dövlət Universitetinin (NDU) Hüquq fakültələrinin tələbələrinin komandası yarışmışdı. Müsabiqədə ən yüksək bal toplayan Milli Aviasiya Akademiyası, DİN-in Polis Akademiyası, DTX-nin Heydər Əliyev adına Akademiyası və Dövlət İdarəçilik Akademiyasının komandaları növbəti mərhələyə keçmişdi.

Məlumat üçün bildirərək ki, NDU-nun komandasının onlayn iştirakı təşkilatçılar tərəfindən təmin olunmuşdu.

Oxşar xəbərlər

Bütün xəbərlər