Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Folklor İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Folklor İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Dekabrın 12-də AMEA-nın Folklor İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutdan "tehsilmedia.info" a bildirilib ki, tədbirdə çıxış edən Nəşriyyat şöbəsinin müdiri Mahir Cavadov Ulu Öndər Heydər Əliyevin müasir müstəqil dövlətimizin qurulmasında misilsiz xidmətlərindən danışıb. “Fəlsəfədə dahiləri niyyətlərinin, işlərinin böyüklüyü çoxlarından fərqlənən, üstün olan, tarixdə hamıdan və hər şeydən artıq heyrətə gətirən konkret varlıqlar kimi dəyərləndirirlər. Başqa mənada, uğur qazanmağın bir yolu da məhz heyrətləndirmək bacarığındadır. Bu bacarıq olmadan inandırmaq, təlqin etmək və ən sonda uğur qazanmaq mümkünsüzdür. Ümummilli Lider Heydər Əliyev də dünyanın bəşəri dəyərlərə malik nadir şəxsiyyətlərindəndir. Onun Azərbaycana rəhbərliyinin istər birinci dövrü, istərsə də xilaskarlıq missiyasını yerinə yetirdiyi illər Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu gün müstəqil dövlət kimi varlığımız, bütöv Vətən kimi mövcudluğumuz Heydər Əliyev siyasətinin nəticəsi və təntənəsidir”, – deyə məruzəçi vurğulayıb.

Sonra Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva “Heydər Əliyev: milli-tarixi yaddaş və ədəbi proses” mövzusunda məruzə edib. O bildirib: “Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqının tarixi, ədəbiyyatı və taleyi ilə o qədər qaynayıb-qarışıb ki, ondan söhbət açarkən əslində xalqın tarixindən, ədəbiyyatından danışmış oluruq. Heydər Əliyevin vətəndaşlıq hissi, doğma Vətəninə, xalqına, ədəbiyyatına bağlılığı onun ən ali keyfiyyətlərindən olub. Ümummilli Lider hakimiyyətinin həm sovet, həm də müstəqillik dövründə Azərbaycan dilini, ədəbiyyatını daim dəyərləndirib”. Məruzəçi vurğulayıb ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda kiçik bir şöbə kimi fəaliyyət göstərən Folklor şöbəsinin məhz Heydər Əliyevin xeyir-duası ilə ayrıca bir instituta çevrilməsi Azərbaycan folklorşünaslıq elminin qorunması və inkişafına böyük töhfədir.

Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri dosent Leyla Məmmədova və Mifologiya şöbəsinin baş elmi işçisi professor Ramil Əliyev də çıxışlarında Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən, onun Azərbaycan elminə verdiyi dəyərdən, ədəbi-mədəni irsin qiymətləndirilməsi və sistemli şəkildə təbliğ olunması sahəsində gördüyü işlərdən söz açıblar.

Oxşar xəbərlər

Bütün xəbərlər