Xəbər lentiwidget-title-icon

​"Monitorinq Teatrı Bitdi: Pərdəarxası Zülmün Hesabını Kim Verəcək?"
Şagirdlər niyə yerdəyişmə edir?
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI

Tələbələr xaricə axın edir – “Magistratura səviyyəsində qiyabi təhsil olsun!”

Tələbələr xaricə axın edir – “Magistratura səviyyəsində qiyabi təhsil olsun!”

Ölkəmizdə bakalavr təhsili üzrə qiyabi və əyani olmaqla iki növ təhsil pilləsi var. Lakin magistratura pilləsi üzrə qiyabi təhsil forması mövcud deyil. Bu səbəbdən də bir çox işləyən insanlar magistratura təhsilini xaricdə qiyabi davam etdirir. Bu da özlüyündə tam ali təhsili hər kəs üçün əlçatan etmir.

Azərbaycanda qiyabi magistratura pilləsinin olmasına ehtiyac varmı?
tehsilmedia.info xəbər verir ki, Sabiq deputat, təhsil eksperti Sona Əliyeva mövzu ilə bağlı AzEdu.az-a açıqlama verib.

S.Əliyeva qeyd edib ki, xaricə təhsil axının qarşısını almaq üçün təhsil sistemində dəyişikliklər nəzərdə tutulmalıdır: “Həddindən artıq vətəndaş xaricə təhsil almaq üçün üz tutur. Bu situasiyaya 2 cür yanaşmaq olar. Birincisi, tələbə axını, ikincisi isə beyin axınıdır. İstər bakalavr, istərsə də magistratura pilləsi üzrə azərbaycanlı tələbələr 2 halda xaricdə təhsilə üz tutur. Ya tələbə qəbulda çox aşağı nəticə göstərir, ya da çox yüksək. Azərbaycanda IQ-sü yüksək səviyyəli tələbələrin demək olar ki, böyük əksəriyyəti xaricdə təhsil alır. Buna görə də bu məsələ iki məqam üzrə həll edilməlidir.

Ölkədən davamlı xaricə yönələn tələbələr həm də böyük miqdarda valyuta axını deməkdir. Buna görə də Azərbaycanda təmin olunmayan, həyata keçirilməyən təhsil pillələri üzrə proqramlar, eləcə də qiyabi magistratura səviyyəsinin reallaşdırılması üzrə düşünülməlidir”.

Müsahibimiz təklif edir ki, ixtisaslaşmış sahə üzrə qiyabi magistratura təhsil pilləsi açılmalıdır: “Bəzən insanlar hər hansısa bir sahə üzrə təhsil alsalar da, fərqli istiqamətdə çalışaraq ixtisaslaşır. Necə ki, peşə təhsilində informal təhsil, imtahanlar və sertifikasiyalarla rəsmiləşir, eləcə də bu cür ixtisaslaşmış insanlar üçün qiyabi magistratura təhsili təmin olunmalıdır".

Ekspert qeyd edib ki, hər şeydən əvvəl bu sahədə dövlət qayda-qanunlar tətbiq etməlidir: “Qiyabi, yaxud uzaqdan magistratura təhsili təmin olunaraq, onların diplomlarının tanınması məsələsi həyata keçirilsin. Eyni zamanda, belə bir addım atmaq üçün universitetlərin özlərinin təklifləri olmalıdır. Düşünürəm ki, özəl şirkətlər də buna dəstək verə bilər. Hansı ki, onların peşəkar işçiləri var. Ən əsas məsələlərdən biri də təhsil strukturları bu istiqamətdə adaptiv olmalıdır. Ali təhsilin keyfiyyətini artırmaq, həmçinin beynəlxalq təcrübədən istifadə etməklə, qiyabi təhsil proqramlarını həyata keçirmək olar. Bu kimi proqramlar insanlara öz vaxtını düzgün idarə edərək təhsil almalarına imkan verir. Bu da onlar üçün çox böyük fayda vermiş olar”.

Oxşar xəbərlər

Bütün xəbərlər