Xəbər lentiwidget-title-icon

Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb

ADNSU-da Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfransı keçirilir

ADNSU-da Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfransı keçirilir

Noyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “İqtisadiyyatın idarə edilməsinin müasir problemləri və perspektivləri” mövzusunda respublika elmi konfransı öz işinə başlayıb.

tehsilmedia.info xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Konfransın açılış mərasimində çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov ADNDU-da Ulu Öndər Heydər Əliyev ili çərçivəsində bir sıra beynəlxalq konfranslar və tədbirlər keçirildiyini qeyd edib. Dosent Vazeh Əskərov bildirib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan bu konfrans iqtisadiyyatın inkişafının aktual problemləri və perspektiv istiqamətlərinin öyrənilməsi və araşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli mövzunun aktuallığını vurğulayaraq konfransın ölkənin dayanıqlı, innovativ və rəqabətqabiliyyətli iqtisadi inkişafının təmin edilməsindəkiproblemlərin müxtəlif aspektlərinə toxunmaq və bu məsələləri müzakirə etmək məqsədilə təşkil olunduğunu deyib.
Sonra konfransda İqtisadiyyat İnstitutunun “Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Fuad Qənbərov “Azərbaycanda qeyri-neft ixracı: imkanlar və inkişaf istiqamətləri” mövzusunda, İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, dosent Rəsmiyyə Abdullayeva “Azərbaycanda qeyri-dövlət pensiya təminatının formalaşdırılması” mövzusunda, İqtisadiyyat İnstitutunun “Monetar və fiskal tənzimləmə problemləri” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, dosent, Yaşar Məmmədov “Azərbaycanda səhiyyə sisteminin inkişaf səviyyəsinin qiymətləndirilməsi” mövzusunda, İqtisadiyyat İnstitutunun doktorant Aygün Təhməzli “Dayanıqlı inkişaf məqsədləri çərçivəsində Azərbaycanda sosial inkişafın təmin olunması” mövzusunda mərzuələrlə çıxış ediblər. Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb, təklif və iradlar dinlənilib. Ümumilikdə konfransa 113 məqalə təqdim olunub və onlardan 101 məqalə plaqiatdan keçib. Konfrans bölmə iclasları ilə davam edir və noyabrın 24-də başa çatacaq.

ADNSU-da Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfransı keçirilir

ADNSU-da Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfransı keçirilir

ADNSU-da Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfransı keçirilir

ADNSU-da Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfransı keçirilir

ADNSU-da Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfransı keçirilir

Oxşar xəbərlər

Bütün xəbərlər