Xəbər lentiwidget-title-icon

SOCAR və “Uzbekneftegaz” rəhbərləri BANM tələbələri ilə görüşüblər
Azərbaycanda mühəndislik və texnologiya üzrə YENİ universitet yaradılacaq
Səfir: TDT çərçivəsində əməkdaşlıq daha da gücləndirilməlidir
Türkoloji Qurultayın yubileyi münasibətilə 100 tələbə TƏQAÜDƏ layiq görüləcək - Firudin Qurbanov
"Yaxşı müəllim də səhv edə bilər"- Məleykə Abbaszadə
175 nömrəli məktəbin X sinif şagirdi pəncərədən yıxılıb
Folklor İnstitutunda “Ğaib dünya” və “Dağ-insan arxetipi” mövzularında məruzələr dinlənilib
“Bilim Quba” mərkəzi - 1 il
AZCON Mühəndislik və Texnologiya Məktəbi Münxen Texniki Universitetinin akademik bazası üzərində formalaşdırılır
İxtisasların tədris proqramları YENİLƏNİB
Rektor: “Tələbələr auditoriyalarda müəllim qismində çıxış edirlər”
Həsən Həsənli: Ən müasir təhsil məzmunu tətbiq olunacaq
Rəşad Nəbiyev: Universitetdən iş mühitinə qədər bütün mərhələləri əhatə edən proqram hazırlanıb
Ucar rayon təhsil sektoruna YENİ müdir təyin olunub
Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb

Bakı Beynəlxalq Kitab Sərgisində AMEA-nın nəşrləri təqdim olunub

Bakı Beynəlxalq Kitab Sərgisində AMEA-nın nəşrləri təqdim olunub

Bakı Ekspo Mərkəzində keçirilən IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Vətən müharibəsi - Böyük qayıdış” mövzusunda nəşrlərinin təqdimatı olub.

Bu barədə tehsilmedia.info - a AMEA-dan məlumata verilib. Təqdimatda çıxış edən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva bildirib ki, AMEA institutları Prezident İlham Əliyevin müstəqil respublikamızda bütün sahələr üçün müəyyənləşdirdiyi prioritetlər əsasında inkişaf edib, müxtəlif fundamental elmi istiqamətləri müəyyənləşdirərkən daim azərbaycançılıq məfkurəsini, vətənpərvərliyi əsas götürüb. Odur ki, AMEA institutlarının apardıqları elmi tədqiqatlarda, nəşr etdikləri monoqrafiya, kitab və dərgilərdə Qarabağ mövzusu, I Qarabağ müharibəsi, qaçqın, köçkün düşmüş 1 milyon əhali, xalqımıza qarşı zaman-zaman erməni işğalçıları tərəfindən həyata keçirilmiş soyqırımı aktları, etnik təmizləmələr, itirilmiş tarixi torpaqlarımız, II Qarabağ müharibəsi və 44 günə Ali Baş Komandanın rəhbərliyi ilə qazandığımız tarixi Zəfər, Şuşa, Xankəndi və digər işğalda olan torpaqlarımızın qaytarılması xüsusi diqqət və araşdırma obyekti olub. Bu zaman hər institut öz elmi istiqamətinə müvafiq olaraq göstərilən hadisələri tarixi, etnoqrafik, ədəbi, filoloji, fəlsəfi, mədəni, beynəlxalq aspektlərdə dərindən tədqiq edib. Akademik G.Baxşəliyeva sərgidə AMEA-nın bu mövzuda son iki ildə nəşr edilmiş kitablarının yalnız bir qisminin ictimaiyyətə təqdim edildiyini bildirib. Həmin nəşrlər barədə məlumat verən akademik G.Baxşəliyeva onların sırasında ən sonuncusunun Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının bu günlərdə Təbrizdə çap edilən “İnsanlıq əleyhinə cinayətlər (XX əsr)” kitabının olduğunu vurğulayıb və kitabda 1905-ci ildən bu günə qədər Azərbaycan xalqına qarşı həyata keçirilən ağır cinayətlərdən bəhs edildiyini qeyd edib.
AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov tədbirdə çıxış edərək böyük Zəfərin Azərbaycan tarixinin bütün dövrlərinin ən böyük hadisəsi olduğunu bildirib və Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ olan Böyük Qayıdışın böyük Zəfərin töhfəsi olduğunu vurğulayıb. K.Şükürov Tarix və Etnologiya İnstitutunun bu mövzuda son nəşrlərindən bəhs edib.
Daha sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfova, Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov təmsil etdikləri institutların sərgidə nümayiş olunan kitabları barədə məlumat veriblər.
Özbəkistandakı Heydər Əliyev Mərkəzinin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə isə 5 dildə nəşr edilən “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” ensiklopedik nəşrini təqdim edib.

Oxşar xəbərlər

Bütün xəbərlər