Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Moskva İslam İnstitutunun rektoru Şərqşünaslıq İnstitutunda Rusiyada İslam tarixi barədə mühazirə oxuyub - FOTO

Moskva İslam İnstitutunun rektoru Şərqşünaslıq İnstitutunda Rusiyada İslam tarixi barədə mühazirə oxuyub - FOTO

Moskva İslam İnstitutunun rektoru və Rusiya Müsəlmanları Ruhani Məclisinin müftisinin birinci müavini ilahiyyat elmləri doktoru, professor Damir Muhetdinov, Rusiya Müsəlmanları Ruhani Məclisinin müftisinin elm üzrə müavini Renat İslyamov və islamsng.com saytının baş redaktoru Səfa Kərimov AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

Rusiyalı nümayəndələr əvvəlcə AMEA-nın vitse-prezidenti v.i.e. Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüblər. G.Baxşəliyeva rusiyalı qonaqlara Şərqşünaslıq İnstitutunda İslam dini ilə bağlı aparılan tədqiqatlar, nəşr olunan monoqrafiya və kitablar barədə məlumat verib.

Professor D.Muhetdinov Moskva Şərqşünaslıq İnstitutunda islamşünaslıq sahəsində görülən işlərdən məmnunluğunu bildirib, rəhbərlik etdiyi müəssisədə aparılan tədris prosesi və elmi araşdırmalar barədə danışıb.

Şərqşünaslıq İnstitutunda keçirilən görüş Azərbaycan və Rusiya alimləri arasında ünsiyyət üçün şərait yaradılması, iki ölkənin elmi və ali təhsil müəssisələri arasında elmi mübadilənin və əməkdaşlığın inkişaf etdirilməsi, birgə layihələrin və elmi tədbirlərin həyata keçirilməsi baxımından da praktik əhəmiyyət kəsb edir. Görüşdə qarşılıqlı elmi əməkdaşlığın perspektivləri barədə aparılan müzakirələr də bu istiqamətdə atılan əhəmiyyətli addımdır.

Görüşdə akademik G.Baxşəliyeva rusiyalı qonaqlara Şərqşünaslıq İnstitutunda nəşr olunmuş kitabları hədiyyə edib. Professor D.Muhetdinov da öz növbəsində müəllifi olduğu “Rusiyada İslam tarixi” kitabını akademik G.Baxşəliyevaya təqdim edib.

Rusiyalı nümayəndələr daha sonra Şərqşünaslıq İnstitutunun kollektivi ilə görüşüblər. Qonaqları kollektivə təqdim edən akademik Gövhər Baxşəliyeva Moskva İslam İnstitutu ilə elmi əməkdaşlığın əhəmiyyətini qeyd edərək, bu istiqamətdə atılan addımlardan biri kimi Rusiyanın bu tədris müəssisəsinin rəhbərinin Şərqşünaslıq İnstitutunun əməkdaşları üçün oxuyacağı mühazirənin olduğunu bildirib.

Professor D.Muhetdinov “Rusiyada İslam tarixi” mövzusunda mühazirə oxuyub.

Rus dövlətçiliyinin yaradılması və inkişafının vahid hissəsi kimi İslam tarixinin öyrənilməsində professor D.Muhetdinovun təklif etdiyi metodologiya akademik elm nümayəndələrinin böyük marağına səbəb olur. Açıq mühazirə zamanı professor D.Muhetdinov Rusiyada İslamın yayılmasının ilk dövrlərindən bu günə kimi tarixi prosesində baş verən hadisələri qeyd etməklə bu prosesin əsas amillərini diqqətə çatdırıb. O, Rusiyada İslamın yayılmasının ölkəsinin müxtəlif regionlarında necə baş verməsi barədə danışıb. Mühazirəçi konkret misallardan və məntiqi nəticələrdən istifadə edərək, Rusiyada İslam tarixi ilə Rusiya dövlətçiliyi arasında qırılmaz əlaqəni, digər ölkələrdə, xüsusən coğrafi və tarixi baxımdan Rusiyaya yaxın olan ölkələrdə vahid inkişaf prosesinin ümumiliyini inandırıcı şəkildə əsaslandırıb.

Oxşar xəbərlər

Bütün xəbərlər