Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Şərqşünaslıq İnstitutunda elmi sessiya keçirilib

Şərqşünaslıq İnstitutunda elmi sessiya keçirilib

AMEA-nın Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Heydər Əliyevin hakimiyyəti dönəmində sosial, iqtisadi, mədəni və milli ideologiyanın inkişafı” mövzusunda elmi sessiya keçirilib.

Bu barədə "tehsilmedia.info"a institutdan bildirilib.

Sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixi inkişafında müstəsna xidmətlərindən danışıb. Azərbaycanın tarixinin 40 ilinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən akademik G.Baxşəliyeva Ulu Öndərin xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu şəxsiyyət və xilaskar kimi düşdüyünü, onun həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycan xalqına xidmətlərinin əvəzsiz olduğunu qeyd edib.

Akademik G.Baxşəliyeva Heydər Əliyevin respublikanın sosial-iqtisadi və mədəni inkişafı istiqamətində böyük, titanik fəaliyyət göstərdiyini qeyd edərək, ötən əsrin 70-80-ci illərini Azərbaycanın sosial-iqtisadi və mədəni yüksəliş dövrü kimi səciyyələndirib. Müstəqillik illərində də Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə xalqın tələbi ilə respublikanın ən çətin vaxtında gəldiyini deyən akademik Gövhər Baxşəliyeva, Ulu Öndərin qısa müddətdə ictimai asayişin bərpasına nail olduğunu, xalqda gələcəyə böyük inam yaratdığını, ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoyduğunu, geniş sosial-mədəni quruculuq proqramını həyata keçirdiyini qeyd edib.

Milli ideologiyamızın formalaşmasında və inkişafında Ulu Öndərin xidmətlərindən danışan akademik G.Baxşəliyeva bu ideologiyanın aparıcı xəttini xalqın milli-mənəvi varlığını təcəssüm etdirən azərbaycançılıq ideologiyasının təşkil etdiyini vurğulayıb, Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının Azərbaycanda yaşayan, onu vətən bilən bütün fərdləri birləşdirən ideologiya olduğunu bildirib.

Akademik G.Baxşəliyeva 2023-cü ildə Şərqşünaslıq İnstitutunda Heydər Əliyevə həsr olunmuş beynəlxalq elmi konfransın və elmi sessiyaların keçirildiyini deyib, “Heydər Əliyev və müasir Şərq” mövzusunda beynəlxalq elmi konfransın tezislərinin, “Zəmanəmizin dahi azərbaycanlısı” adlı məqalələr toplusunun, “Unudulmaz lider” adlı kitabın, “Azərbaycan şərqşünaslığı” elmi-kütləvi jurnalının xüsusi buraxılışının çap olunduğunu qeyd edib.

Elmi sessiyada Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev elmi sessiyada “Heydər Əliyevin milli dövlətçiliyin qurulmasında rolu” mövzusunda məruzə edib. Məruzəçi qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycan milli dövlətçiliyinin qurulması, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü böyük işlər görüb. Belə ki, istər Sovet dövründə, istər müstəqillik illərində dil sahəsində, milli kadrların hazırlanmasında, o cümlədən dövlət-din münasibətlərinin qurulmasında gələcəyə hesablanmış islahatlar həyata keçirib.

Şərqşünaslıq İnstitutunun elmi işçisi Solmaz Namazova elmi sessiyada “Heydər Əliyevin dövründə ölkəmizdə səhiyyənin inkişaf tarixi” mövzusunda məruzə edib. Məruzəçi Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə əhalinin sağlamlığının qayğısına qalındığını, səhiyyə sahəsində ciddi tədbirlərin həyata keçirildiyini bildirib. Məruzədə Heydər Əliyevin diqqəti və dəstəyi ilə səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldüyü, islahatlar aparıldığı, səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirildiyi, ölkədə yüksəkixtisaslı tibb kadrlarının hazırlandığı, bir sıra qanunların qəbul edildiyi qeyd edilib.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər