Xəbər lentiwidget-title-icon

Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb

Ceyhun Bayramov ICESCO-nun Baş direktoru ilə görüşüb - FOTO

Ceyhun Bayramov ICESCO-nun Baş direktoru ilə görüşüb - FOTO

Noyabrın 13-də xarici işlər naziri Ceyhun Bayramov Mərakeşə rəsmi səfəri çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "tehsilmedia.info" a bildirilib ki, görüş zamanı Azərbaycan ilə ICESCO arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin mövcud olduğu və ölkəmizin müsəlman ölkələri ilə qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın daha da genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyi diqqətə çatdırılıb.

Bu xüsusda, yaxın zamanda ICESCO-nun ölkəmizdə regional mərkəzinin açılmasının vacibliyi vurğulanıb. Bununla yanaşı təşkilatın gündəliyinə daxil olan bir sıra istiqamətlərdə birgə proqram və layihələrin icrası planları nəzərdən keçirilib.

Multikulturalizm və tolerantlıq modeli ilə dünyada tanınan ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərinin 2024-cü il üzrə ICESCO-nun "İslam dünyasının mədəniyyət paytaxtı" seçildiyi məmnunluqla qeyd edilib.

Nazir Ceyhun Bayramov Bakı Prosesi çərçivəsində əməkdaşlığın vacibliyinə toxunaraq ICESCO-nun Mədəniyyətlərarası Dialoq forumlarının təşkilində Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu vurğulayıb və növbəti ildə də Forumun təşkilində ICESCO ilə səmərəli əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

Regionda baş verən son proseslərə toxunan nazir, Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş və cari ilin 19-20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində tam nəzarətimizə qaytarılan ərazilərimizdə Ermənistan tərəfindən mədəni və dini irsimizə böyük ziyan dəydiyini diqqətə çatdırıb.

ICESCO-nun Baş direktoru Salim əl-Malik cari ilin 2-5 oktyabr tarixlərində ölkəmizə təşkil olunan səfərini və səfər çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşləri məmnunluq hissi ilə qeyd edib. ICESCO-nun ölkəmizlə əməkdaşlığa yüksək dəyər verdiyini vurğulayıb.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Salim əl-Malik nazir Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyətini ICESCO-nun baş qərargahında yeni yaradılmış “Peyğəmbərin Yolu” muzeyi ilə tanış edib.

Nazir Ceyhun Bayramov təşkilatın qonaq kitabına ürək sözlərini yazıb.

Ceyhun Bayramov ICESCO-nun Baş direktoru ilə görüşüb - FOTO

Ceyhun Bayramov ICESCO-nun Baş direktoru ilə görüşüb - FOTO

Ceyhun Bayramov ICESCO-nun Baş direktoru ilə görüşüb - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər