Xəbər lentiwidget-title-icon

​"Monitorinq Teatrı Bitdi: Pərdəarxası Zülmün Hesabını Kim Verəcək?"
Şagirdlər niyə yerdəyişmə edir?
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI

BDU tələbələri AMEA MEK-in “Qarabağ Qəhrəmanları Fondu”nu ziyarət ediblər - FOTO

BDU tələbələri AMEA MEK-in “Qarabağ Qəhrəmanları Fondu”nu ziyarət ediblər - FOTO

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin bir qrup tələbəsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) "Qarabağ Qəhrəmanları Fondu”nu ziyarət ediblər.

tehsilmedia.info xəbər verir ki, AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev əvvəlcə kitabxananın tarixi, strukturu, fəaliyyəti barədə tələbələrə məlumat verib. O vurğulayıb ki, kitabxananın yeni binası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 29 aprel tarixli Sərəncamına əsasən tikilib.

Kitabxanada 2021-ci ildən fəaliyyət göstərən "Qarabağ Qəhrəmanları Fondu” barədə məlumat verən Məmməd Əliyev bildirib ki, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərdən sonra yaradılmış fond Azərbaycan kitabxana sistemində bir ilk hesab olunur. Vətən müharibəsi qəhrəmanlarının irsinin təbliğində və eyni zamanda əbədiləşdirilməsində fondun mühüm əhəmiyyətə malik olduğunu deyən Məmməd Əliyev qeyd edib ki, fondda Birinci Qarabağ müharibəsinin və 44 günlük Vətən müharibəsinin şəhidləri, qaziləri, iştirakçıları haqqında məlumat bazası yaradılıb, baza davamlı olaraq yenilənir və təkmilləşdirilir: "Fondda olan nəşrlər həmçinin elektron kataloqa daxil edilərək, rəqəmsallaşdırılıb. Elektron bazada Azərbaycan və xarici dillərdə informasiya resursları, biblioqrafik məlumatlar, bu istiqamətdə aparılan tədqiqatlar yer alıb. Əminəm ki, bu mövzu ilə bağlı gələcəkdə dərc ediləcək məqalələr, elmi nəşrlər, müdafiə olunacaq dissertasiyalarla fond daha da zənginləşəcək”.

Ziyarət zamanı tələbələr fondda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağda müxtəlif dövrlərdə çəkilmiş şəkilləri, "Qarabağ Azərbaycandır!” guşəsində müharibə iştirakçılarının fotoları, şəhidlərimizin şəxsi kitabxanalarından ailələri tərəfindən fonda hədiyyə olunmuş kitablardan ibarət kolleksiya,  Azərbaycan Respublikasının xəritəsi üzərində şəhid adlarının əks olunduğu "Zəfər memarları” guşəsi, digər maraqlı məlumat və eksponatlarla tanış olublar.

Oxşar xəbərlər

Bütün xəbərlər