Xəbər lentiwidget-title-icon

Qalmaqallı şəkildə işdən çıxarılan bağça direktoru sifarişlə bərait alır?
Məktəblilərimiz XVII Beynəlxalq İnformatika Turnirində uğur qazanıblar
73 saylı tam orta məktəbin önündə İNSİDENT – Valideynlər arasında BIÇAQLANMA !
"Son zəng" tədbirlərinin keçirilmə tarixi açıqlandı
Azərbaycan dili tədrisində yenilik: kurikulum və dərsliklər müasirləşdirilib
Dərsə geçikən tələbələrə davamiyyətdə güzəşt olacaq? - RƏSMİ
Peşə Məktəbinə daha yeni bir TƏYİNAT
Məktəb ətrafında təhlükəsizlik iddiası: məktəbdən rəsmi AÇIQLAMA
Süni intellektlə saxta video və foto düzəldənlərin nəzərinə!
Tərbiyə məqsədilə uşağı döyənlər bu qədər cərimə olunacaq
Təhsilalan və təhsilverənlər arasında vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair 2026-cı il üzrə Tədbirlər Planı təsdiqlənib.
Bu təhsil mərkəzinə direktor müavini təyin EDİLDİ
Bu uşaq məktəbə getmirdi? - Deputatdan ETİRAZ
Yandırılan məktəblinin son durumu açıqlandı
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
DİM müəllim və tələbələr üçün hazırlıq kursları təşkil edib
Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür
Nazir Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb
Növbəti buraxılışın nəticələri bu həftə açıqlanacaq? - DİM
Ekspert sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
Direktorların işə qəbulu müsabiqəsi çərçivəsində ixtisas biliklərinin yoxlanılması üzrə test imtahanı keçiriləcək
Ən sadə mətbəx məhsulları ilə belə laboratoriya mühiti yaradırıq – Göygölün fərqli kimya müəllimi
Naxçıvanda məktəblərə 4300 kompüter veriləcək - Nazir
“Azərbaycanda müəllimlərə hər an müraciət etmək mümkündür” - Keniyalı tələbə
ADY şagirdlərə təlim keçdi - Fotolar

Azərbaycan Elm Fondu təhsildə hansı imkanları yaradır?



2010-cu ildə Azərbaycan Elm Fondu yaradılıb. Fond çərçivəsində müxtəlif qrant layihələri maliyyələşdirilir.

Maraqlıdır ki, bu qrant layihələrinin təhsilə verdiyi töhfələr nələrdən ibarətdir? Ümumilikdə isə sözügedən fondun təhsil sahəsində rolu və əhəmiyyəti nədir?

AzEdu.az-a mövzu ilə bağlı deputat Ceyhun Məmmədov danışıb.

Bu fənn müəllimlərinin sayı azaldılmalıdır - Deputat

Müsahibimiz qeyd edib ki, bu gün fond bir sıra layihələrə maliyyə vəsaiti ayırır, qrantlar verir və alimlərin fəaliyyətini stimullaşdırmaq üçün real tədbirlər həyata keçirir:

"Birinci qeyd etmək lazımdır ki, biz ümumiyyətlə, cənab Prezidentin həm müsahibələrində, həm də yerli mediaya verdiyi son açıqlamalarında dövlətimizin təhsilə verdiyi önəmdən və bu sahədə həyata keçirilən islahatlardan geniş bəhs etdiyinin şahidi olmuşuq. Cənab Prezident burada elmlə təhsilin vəhdətindən, onların qarşılıqlı əlaqəsindən ətraflı danışıb.

Məlumdur ki, son illər dövlət səviyyəsində təhsilə böyük diqqət yetirilir və cənab Prezidentin rəhbərliyi ilə bu sahədə yeni imkanlar yaradılır. Bu gün təhsil büdcəsi ən çox vəsait ayrılan sahələrdən biridir. Azərbaycanda elmin inkişafına töhfə vermək, müxtəlif layihələri maliyyələşdirmək və alimlərin elmi fəaliyyətini stimullaşdırmaq məqsədilə 2010-cu ildə Prezidentin Sərəncamı ilə Azərbaycan Elm Fondu yaradılıb".

Fondun üzərində böyük məsuliyyət və yüksək gözləntilər var:

"Fond, qeyd etdiyimiz kimi, alimlərin elmi işlərinə qrantlar ayırır və onların tədqiqatlarının maliyyələşdirilməsində fəal iştirak edir. Bu mənada fondun üzərinə böyük məsuliyyət düşür və ondan gözləntilər də kifayət qədər yüksəkdir. Bu gün fond bir sıra layihələrə maliyyə vəsaiti ayırır, qrantlar verir və alimlərin fəaliyyətini stimullaşdırmaq üçün real tədbirlər həyata keçirir.

Bu da öz növbəsində cənab Prezidentin təhsilə və elmə göstərdiyi böyük diqqətin bariz nümunəsidir. Biz bunu Elm və Təhsil Nazirliyinin strukturunun genişlənməsində, təhsil sahəsində yeni mexanizmlərin formalaşmasında, Təhsil Tələbə Krediti Fondunun yaradılmasında və digər addımlarda açıq-aydın görürük. Əsas məqsəd və hədəf elmin inkişafına, elmin potensialının artırılmasına töhfə verməkdir və hesab edirəm ki, bu layihələr ümumilikdə Azərbaycan təhsilinə öz töhfələrini verir və gələcəkdə də verəcək".

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucovun fikrincə, Azərbaycan Elm Fondunun qrant layihələri çərçivəsində ali təhsil müəssisələrində müasir laboratoriya avadanlıqları, cihazlar və müxtəlif maddi-texniki bazanın yenilənməsi təmin olunur:



"Prezident İlham Əliyevin Sərəncamı və şəxsi təşəbbüsü əsasında yaradılmış Azərbaycan Elm Fondu ölkədə elmin inkişafı ilə yanaşı, ali təhsil sisteminin müasirləşdirilməsi və tədqiqat yönümlü təhsil modelinin formalaşmasında strateji rol oynayır. Fondun qrant layihələri birbaşa və dolayı yolla təhsil sahəsinə əhəmiyyətli töhfələr verir.

Bu töhfələrlə bağlı fikirlərimi belə ifadə edə bilərəm. İlk növbədə, elm və təhsilin inteqrasiyasının təmin olunmasını qeyd etmək lazımdır. Bu istiqamətdə fondun fəaliyyəti akademik qurumlarla ali təhsil müəssisələri arasında əməkdaşlığın reallaşmasına xidmət edir. Xüsusilə vurğulamaq olar ki, elm-təhsil inteqrasiyasına yönəlmiş qrant müsabiqələri ali təhsil müəssisələrinin, yəni universitetlərin elmi potensialının stimullaşdırılmasına, gücləndirilməsinə və fundamental tədqiqatların aparılmasına maliyyə dəstəyinin göstərilməsinə imkan yaradır".

Fondun fəaliyyətində diqqət çəkən əsas məqamlardan biri də gənc alimlər üçün xüsusi qrant layihələrinin həyata keçirilməsidir:

"Eyni zamanda fondun qrant layihələri çərçivəsində ali təhsil müəssisələrində müasir laboratoriya avadanlıqları, cihazlar və müxtəlif maddi-texniki bazanın yenilənməsi təmin olunur. Bu isə, hesab edirəm ki, həm tədqiqat mühitinin, həm də keyfiyyətli ali təhsil alma imkanlarının formalaşmasına şərait yaradır.

Fondun fəaliyyətində diqqət çəkən əsas məqamlardan biri də gənc alimlər üçün xüsusi qrant layihələrinin həyata keçirilməsidir. Gənc alim və tədqiqatçıların elmi ideyalarının dəstəklənməsi fondun fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edir. Bu layihələr çərçivəsində gənc alim və mütəxəssislər xaricdə təcrübə keçir, beynəlxalq konfranslarda iştirak edir, elmi nəşrlərlə bağlı fəaliyyətlərini reallaşdırırlar ki, bu da təkcə peşəkar hazırlığın deyil, eyni zamanda motivasiyanın gücləndirilməsi deməkdir".

Azərbaycan Elm Fondu təhsil sahəsində yalnız maliyyə dəstəyi göstərən bir donor rolunda çıxış etmir:

"Fondun dəstəyi ilə həmçinin ali təhsil müəssisələri üçün müasir tədris proqramlarının hazırlanması, proqram məzmununun yenilənməsi və tədris materiallarının işlənib hazırlanması həyata keçirilir ki, bu da olduqca vacib məqamlardandır. Fondun fəaliyyətində maraqlı məqamlardan biri də birgə qrant müsabiqələri çərçivəsində universitetlərin beynəlxalq elmi şəbəkələrə qoşulmasının təmin edilməsidir. Bu, təhsil sahəsində beynəlxalq standartların tətbiqinə və təşviqinə, eləcə də müştərək tədqiqat proqramlarının yaradılmasına xidmət edir.

Hesab edirəm ki, Azərbaycan Elm Fondu təhsil sahəsində yalnız maliyyə dəstəyi göstərən bir donor rolunda çıxış etmir. O, eyni zamanda tədqiqat universiteti konsepsiyasının həyata keçirilməsində əsas hərəkətverici qüvvələrdən biri kimi fəaliyyət göstərir. Fondun yaradılmasının əsas məqsədlərinə və nizamnamə tələblərinə uyğun şəkildə bu funksionallığın davam etdirilməsi Azərbaycan elmi ictimaiyyəti və ali təhsil müəssisələrinin tədqiqat institutları arasında rəqabət mühitinin formalaşması, keyfiyyətli elmi tədqiqatların aparılması baxımından olduqca böyük əhəmiyyət daşıyır"

Oxşar xəbərlər


Bütün xəbərlər

Qalmaqallı şəkildə işdən çıxarılan bağça direktoru sifarişlə bərait alır?
Məktəblilərimiz XVII Beynəlxalq İnformatika Turnirində uğur qazanıblar
73 saylı tam orta məktəbin önündə İNSİDENT – Valideynlər arasında BIÇAQLANMA !
"Son zəng" tədbirlərinin keçirilmə tarixi açıqlandı
Azərbaycan dili tədrisində yenilik: kurikulum və dərsliklər müasirləşdirilib
Dərsə geçikən tələbələrə davamiyyətdə güzəşt olacaq? - RƏSMİ
Peşə Məktəbinə daha yeni bir TƏYİNAT
Məktəb ətrafında təhlükəsizlik iddiası: məktəbdən rəsmi AÇIQLAMA
Süni intellektlə saxta video və foto düzəldənlərin nəzərinə!
Tərbiyə məqsədilə uşağı döyənlər bu qədər cərimə olunacaq
Təhsilalan və təhsilverənlər arasında vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair 2026-cı il üzrə Tədbirlər Planı təsdiqlənib.
Bu təhsil mərkəzinə direktor müavini təyin EDİLDİ
Bu uşaq məktəbə getmirdi? - Deputatdan ETİRAZ
Yandırılan məktəblinin son durumu açıqlandı
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
DİM müəllim və tələbələr üçün hazırlıq kursları təşkil edib
Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür
Nazir Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb
Növbəti buraxılışın nəticələri bu həftə açıqlanacaq? - DİM
Ekspert sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək