Ötən ay İnsan Resursları Mərkəzinə 6 mindən çox müraciət daxil olub
Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzinə oktyabr ayı ərzində daxil olan müraciətlərin statistikası açıqlanıb.
Mərkəzdən "tehsilmedia.info" a bildirilib ki, ötən ay ərzində ümumilikdə 6379 müraciət daxil olub.
Müraciətlərin 344-ü feysbuk, 4859-u Çağrı Mərkəzi üzərindən gəlib. Habelə elektron poçt ünvanına 836, sayt üzərindən isə 187 müraciət daxil olub. 153 vətəndaş isə qəbulda iştirak edib.




























