Xəbər lentiwidget-title-icon

“Heç kim 100% qəbul vədi verə bilməz” - “təhsil ekspertləri”nə sərt REAKSİYA
Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə!
Blok imtahanına səhv qeydiyyatdan keçənlərin diqqətinə - ərizəni belə dəyişin
İmtahanlarda repetitorsuz yüksək bal toplayanlar AZ DEYİL
Buraxılış imtahanına xarici dilin salınmasının əleyhinə idim - DİM sədri
Buraxılış imtahanının vaxtı 15 dəqiqə uzadılacaq
LDU-da rəqəmsal texnologiyalar mövzusunda vebinar keçirilib
Qəbul imtahanında yenilik - danışıq bacarığı da yoxlanacaq
Abituriyentlərə şad xəbər - İmtahanda əlavə vaxt veriləcək
TƏBİB-də rəhbər dəyişiklikləri: İslahatlar fonunda "Peşəkar Kadr" ehtiyacı
Braziliyada Azərbaycan gecəsi: milli mətbəx, musiqi və mədəni diplomatiya
"Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir - Prezident
Naxçıvanda IX siniflər üçün imtahan keçirlib
TISA nümayəndəsi: “Müəllim fənnini öyrətməyi də mükəmməl bilməlidir
Bakı təhsilinin "Boz kardinal"ı və ya lisenziyasız dövlət qulluqçusu
Dünyanın 1 nömrəli universitetində təhsil alan azərbaycanlı qızlar - DOSYE
Müəllimlərin işə qəbulu: 60 manatlıq ödənişin səbəbi nədir?
Türkiyədə məktəb cinayətləri səbəbilə nazir müavini işdən çıxarılıb
Rektor: Qarabağda güclü akademik mühitin formalaşdırılması əsas hədəflərdəndir
Peşə təhsili və biznes bir arada – Yeni əməkdaşlıqlara start verildi – REPORTAJ
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
Kürdəmirdə şok iddia: Məktəb direktoru şagirdi döydü, məsələyə polis qarışdı
Sumqayıt şəhər 41 saylı məktəbdə vətənpərvərlik ruhunda ədəbi tədbir keçirilib
Fizika, tarix və coğrafiya fənləri üzrə RFO-nun nəticələri açıqlandı
Kollec tələbələri uşaq sığınacağında olublar

Kilsədağ məbədi ətrafında antik və ilk orta əsrlərdə salınmış qala tipli yaşayış məskəni olub - FOTO

Kilsədağ məbədi ətrafında antik və ilk orta əsrlərdə salınmış qala tipli yaşayış məskəni olub - FOTO

"Qafqaz Albaniyasının xristian abidələri arxeoloji tədqiqi ekspedisiyasının Kilsədağ məbəd kompleksinin C və D kvadratlarında apardığı arxeoloji tədqiqat işləri mühüm elmi nəticələrlə yekunlaşıb".

tehsilmedia.info AMEA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin Qafqaz Albaniyası memarlıq abidələri və mənəvi irsinin tədqiqi sektorunun müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov deyib.

O bildirib ki, 2022-ci ildə ekspedisiyanın fəaliyyəti zamanı böyük ölçülü (21x12) dini ictimai binanın qalıqları aşkar edilib. Bu tədqiqat mövsümündə isə C və D kvadratlarında üçotaqlı yaşayış yerinin divar qalıqlarının üstü açılıb. C kvadratda mədəni təbəqənin ümumi dərinliyinin 70 santimetr, D kvadratda tədqiqata cəlb edilmiş təsərrüfat təyinatlı quyunun dərinliyi nəzərə alınmaqla 1,50 metrdən artıq olduğu müəyyən edilib.

“Ərazidən aşkarlanmış maddi mədəniyyət nümunələrinə əsasən belə bir nəticəyə gəlmək olar ki, dairəvi məbəd kompleksi ətrafında antik və ilk orta əsrlərdə salınmış qala tipli yaşayış məskəni olub. Tədqiqatlar zamanı dağın ətəyində salınmış qala tipli yaşayış məskəninin terrasvari formada inşa olunması müəyyən edilib, onun mühafizə divarının mövcudluğu qeydə alınıb”, - deyə ekspedisiya rəhbəri qeyd edib.

Alim bildirib ki, strateji baxımdan yüksək ərazidə inşa olunan qala tipli yaşayış məskənləri ilk orta əsrlər üçün xarakterik olub. Məhz bu ərazinin strateji mövqeyi və Kilsədağda mövcud olan qaya daşları burada qala və yaşayış yerlənin inşa edilməsi üçün əhəmiyyətli ərazi hesab olunub. İki hektara yaxın ərazidə müşahidə edilən tikili qalıqları dairəvi məbəd kompleksini tam əhatəyə alıb. Bu da məbəd kompleksi ətrafında din xadimlərinin və xidmətçilərin yaşaması fikri üzərində düşünməyimizə əsas verir.

“Belə bir nümunəyə biz Qax rayonu ərazisində yerləşən Ləkit dairəvi məbədi ətrafında da rast gəlirik. Gələcəkdə Kilsədağ məbədi ətrafında aparılacaq arxeoloji tədqiqatlar nəticəsində ərazinin memarlıq plan quruluşunu geniş şəkildə açmaq imkanımız yaranacaq və abidənin dəqiq inşa tarixi haqqında yekdil fikir irəli sürməyə kifayət qədər informasiya cəmləşəcək”, - deyə N.Alışov əlavə edib.

Kilsədağ məbədi ətrafında antik və ilk orta əsrlərdə salınmış qala tipli yaşayış məskəni olub - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər