Xəbər lentiwidget-title-icon

Abşeronda valideyn konfransı keçirilib
Autizm fərdi məsələ deyil, cəmiyyətin ortaq məsuliyyətidir
LDU beynəlxalq akademik əməkdaşlıqlarını genişləndirir
ATU-nun voleybol üzrə komandası ali təhsil müəssisələrinin tələbələri ilə keçirilən yarışın qalibi olub
BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib
“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”
Elə universitetlər var ki, qəbul siyasətində daha SƏRBƏST yanaşma tətbiq edirlər - "kim istəyir gəlsin" yanaşmasını seçirlər
Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir
Heydər Əliyevin ildönümünə həsr olunan “Zirvə” Gənclər Düşərgəsinə qeydiyyat elan edilir
Sosial elmlər niyə hələ də vacibdir? - professor Süleyman İnan açıqladı
I sinfə qəbul prosesi başlayır
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir
“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb
UNEC tələbələri üçün maarifləndirici təlim
Qobustanda şagirdlərlə maarifləndirici görüş keçirilib
DİM əvvəlki illərin məzunları üçün sorğu elan edib
1702 namizəd rezidentura imtahanı verəcək
İnternet zəif idi, ideya güclü: Astara müəlliminin tətbiqi 9 min istifadəçi TOPLADI
3 gün ardıcıl qeyri-iş günü olacaq
Niyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı
İnklüziv sahədə könüllü olmaq imkanı əldə et - WUF 13
Texnologiya sahəsində karyera qurmaq istəyən xanımlar üçün YENİ layihəyə start verilir

Beynəlxalq konfransda “Əl jestlərinin tanınması üçün hibrid alqoritmlərin iş prinsipi” adlı məruzə dinlənilib

Beynəlxalq konfransda “Əl jestlərinin tanınması üçün hibrid alqoritmlərin iş prinsipi” adlı məruzə dinlənilib

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının və süni intellektin inkişafı və insan-maşın qarşılıqlı əlaqəsi nəticəsində istifadəçi interfeysi təkamülə uğrayıb, cihazlardan istifadə daha əlverişli hala gəlib və bu tendensiya jestlərin tanınma sisteminə də nüfuz edib.

tehsilmedia.info xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Kəmalə Qurbanova institutun həmtəşkilatçılığı ilə Rusiyanın Kursk şəhərində hibrid formatda keçirilən “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023” XVII beynəlxalq elmi-texniki konfransında çıxışı zamanı bildirib.

Konfransda “Əl jestlərinin tanınması üçün hibrid alqoritmlərin iş prinsipi” mövzusunda məruzəni təqdim edən K.Qurbanova bildirib ki, kompüter görmə texnologiyasındakı müasir irəliləyişlər jestlərin izlənməsinə və tanınmasına xidmət edə biləcək ucuz, rahat və əlçatan cihazların meydana çıxmasına səbəb olub. Jestlərin tanıma problemini həll etmək üçün müxtəlif yanaşmaların mövcud olduğunu deyən məruzəçi tədqiqat işində təsvirdən əl jestlərinin tanınması problemlərinin araşdırıldığını qeyd edib.

Jestlərin avtomatik tanınması prosesinin mərhələləri və videokadrda jesti göstərən əlin şəklini lokallaşdırmağa imkan verən alqoritmlərin iş prinsipini təqdim edən K.Qurbanova bildirib ki, alqoritmlər tanınma prosesində problemlər yaradan amillərə qarşı müxtəlif müqavimət səviyyəsinə malikdir.

Məruzəçi hibrid metodlardan istifadə etməklə tanınma texnologiyalarının tətbiqinin yüksək nəticələr əldə etməyə imkan verdiyini söyləyib.

Oxşar xəbərlər

Bütün xəbərlər