Xəbər lentiwidget-title-icon

ETN niyə çörəyi çəkməçiyə verir?
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva bu gün Abşeron rayon Əfqan Qadaşov adına Pirəkəşkül kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Nilufər Şükürova ilə görüşüb.
Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
Firudin Qurbanovun növbəti yalanları
Qadınların ailə məsələlərinə görə karyerada geridə qalması bizi narahat edir
Oğlanlar daha çox texniki, qızlar isə humanitar sahəyə yönəlir - Nazir müavini
DİM abituriyent, valideyn və pedaqoji ictimaiyyətlə açıq görüş keçirib
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif OLUNUR
Jalə Bəhramova BMT-nin Change the World Academy-də səfir seçildi
Azərbaycan dövləti həmişə öz müəlliminin yanındadır - Nicat Məmmədli
"Blockchain Memorial System" layihəsinin təqdimatı olub
Şagirdlər ali təhsil mühiti ilə tanış oldu
Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik təklif olundu
Müəllimlərə niyə bayram mükafatı verilmir? - maaşları artırılsa...
250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim olunub
Komitə sədri Araz Paşayev açıqladı:Fevral ayında 980 üzv sanatoriyalara göndərilib
Təhsilin Qənimi: MÜTDA-nın "Cib" və "Əmr" Siyasəti
Martın 9-da buraxılış imtahanı keçiriləcək - BÖLGƏLƏR
8 Martda müəllimlərə hədiyyə qadağası: tapşırıq VERİLDİ
Növbəti tədris ilindən yeni kurikulum tətbiq olunacaq Xarici təhsil
DİM-də TOEFL iBT imtahanı keçirilib
Təhsildə idman məsələsi problemə çevirilib
Təhsilimizdə “firon sindromu”: Müəllim niyə ALÇALDILIR?
“Virtual Kimya” layihəsi çərçivəsində təlimlər davam etdirilir.
Jurnalistlər Hikmət Hacıyevlə görüşəcək-TƏCİLİ+FOTO

Əsl müəllim adının şərəfli daşıyıcısı - KƏMALƏ DAVUDOVA

Əsl müəllim adının şərəfli daşıyıcısı - KƏMALƏ DAVUDOVA

Hörmətli tehsil.media saytı oxucuları, bu gün sizə təhsil yolunda çox böyük uğurlara imza atan, çox savadlı, qayğıkeş, "müəllim" adının əsl daşıyıcısı olan bir xanım haqqında danışmaq istəyirik. İstər savadı, istər düşüncəsi, istərsə də özü şəxsi olaraq əsl Müəllimdir. Hər kəs tərəfindən sevilən, seçilən, hər zaman şagirdlərin yanında olan, onların əsl şəxsiyyət kimi formalaşması üçün ömrünü təhsilə həsr edən
Kəmalə Davudova, xoş gördük sizi.

Kəmalə xanım, sizdən müsahibə almaq bizlər üçün çox xoşdur. Sizin kimi müəllimlərə bizim çox ehtiyacımız var. Təhsilimizi təmsil edəcək mədəniyyətdə və savadda olan bir şəxssiniz. Mən istərdim ki, əvvəlcə, özünüz haqqında məlumat verəsiniz. Oxuyucularımız da sizi tanısın.

- Xoş sözləriniz üçün təşəkkür edirəm. Mən müəllim ailəsində anadan olmuşam. Valideynlərim, hətta onların valideynləri də müəllim olub. Gözümü açandan evdə məktəb, şagird, müəllimliklə bağlı söhbətləri dinləmişəm. Bu baxımdan müəllimlik peşəsi mənim üçün elə həyatın özüdür, yaşam mənbəyidir.

Əsl müəllim adının şərəfli daşıyıcısı - KƏMALƏ DAVUDOVA

Təhsildə hansı uğurlara imza atmısınız?

- İlin müəllimi müsabiqəsində yer tutmuşam. Rayon üzrə açıq dərslərim olub. Dəfələrlə məktəb rəhbərliyi, Rayon Həmkarlar Təşkilatı, İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlarla təltif olunmuşam.

Kəmalə xanım, yəqin ki, siz də bu məsuliyyətli peşənin enişli-yoxuşlu yollarında irəliləyərkən çətinliklərlə qarşılaşmısınız. İstəyərdim ki, bundan bizə bəhs edəsiniz. Hansısa çətinliklərlə qarşılaşmısınızmı?

Əsl müəllim adının şərəfli daşıyıcısı - KƏMALƏ DAVUDOVA

- Hər bir peşə özlüyündə çətindir. Müəllimlikdə qarşılaşdığım çətinliklərin öhdəsindən gəldikçə özümlə fəxr etmişəm. Təbii ki, şagirdlərin yeniyetməlik dövrü ilə əlaqədar olaraq qarşıma çətinliklər çıxıb. Hər zaman öz üzərimdə çalışmışam, şagirdlərin həmin çətinlikləri aşması üçün, onların uğur qazanması üçün hər zaman əlimdən gələni etmişəm. Zənnimcə, elə müəllimlik də budur.

Müəllimlik peyğəmbərlik sənətidir. Siz bu ifadəyə necə münasibət göstərirsiniz?

-Bəli, müəllim də peyğəmbər kimi nümunədir, özü də canlı nümunə. Yəni peyğəmbərimizi görə bilməsək də, hər birimiz öz müəllimlərimizi görürük, onları izləyirik. İnsan bir valideynini, bir də müəllimini heç vaxt unutmur.

Müəllim - valideyn-şagird münasibətini necə yaradırsınız? Sizcə, həqiqətən təhsilimiz üçün bu təhsil üçbucağı önəmlidir?

-Çalışıram yaradım. Belə ki, bəzən narazılıq olsa belə, valideynə də deyirəm ki, bu şagirdə yansımamalıdır. Şagird valideyni və müəllimi arasında qalmamalıdır. Şagird başa düşməlidir ki, hər iki tərəf onun yaxşılığı üçün çalışır. Nə yaxşı ki həmişə valideynlərim və şagirdlərimlə həm müəllim, həm də bir insan kimi münasibət qura bilmişəm.

Təhsildə davamlı keçirilən təlimlər haqqında nə düşünürsünüz?

-Bəzən bu təlimlər bizim üçün əlavə vaxt itkisidir, amma danmaq olmaz ki, elə təlimlər var ki, biz müəllimlərə hava, su kimi lazımdır. Cəmiyyət inkişaf etdikcə yenilikləri öyrənmək biz müəllimlərə müasir şagirdlərlə işləməyi öyrədir.

Təhsil sistemində baş verən dəyişikliyə münasibətiniz necədir?

- Hər sahədə olduğu kimi təhsildə də dəyişiklik olmalıdır. Amma yüz ölçüb, bir biçməliyik. Axı biz canlı insanla işləyirik, gələcəyimizi yetişdiririk.

Əsl müəllim adının şərəfli daşıyıcısı - KƏMALƏ DAVUDOVA

Təhsilin insan həyatındakı rolu nədən ibarətdir?

- Təhsili insan həyatının günəşinə bənzədirəm. Günəşsiz dünya olmadığı kimi, təhsilsiz də insan olmamalıdır.

Kəmalə xanım, bəs müasir dövrümüzdəki məktəb dərsliklərinə münasibətiniz necədir? Öyrədən tərəf olduğunuza görə, dərslikləri qiymətləndirmək siz müəllimlərin işdir. Dərsliklərdən razısınızmı?

Çox da razı deyiləm. Məncə, təkminləşməlidir. Hər 4 ildən bir dərsliklər yenidən nəşr olunsa da, bəzən 1, 2 çalışma dəyişməklə bu iş bitmiş hesab olunur.

Təhsil sistemində dəyişiklik etmək istəsəydiniz nəyi dəyişərdiniz?

- Müəllimə münasibəti dəyişərdim. Cəmiyyətdə müəllimə münasibət birbaşa şagirdə təsir edir, o öz müəlliminə cəmiyyətin baxdığı kimi baxmağa məcbur olur. Müəllimliyin müqəddəsliyini qaytarardım. Hamı müəllim olmaq istəyərdi.

Siz yola hər zaman fərqli insanlarla başlayırsınız. Fərqli insanlar, fərqli həyatlar... Hətta insan həyatlarına, talelərinə toxunursunuz. Bir çox xatirələriniz olur. İşlədiyiniz müddətdə sizə xoş təsir edən ya da maraqlı hansı xatirəniz var?

- Xoş xatirələrim çoxdur. Amma bir şagirdimin "kaş mənim anam da sizin kimi olaydı, sizin kimi düşünəydi" deməsi heç vaxt yadımdan çıxmır.

Bir müəllim kimi sizi nə xoşbəxt edir?

- Xoşbəxtəm ki, müəlliməm. Mən həyata ikinci yox, hətta üçüncü dəfə də gəlsəydim yenə müəllim olardım. Görün mənim nə qədər mənəvi övladlarım var. Onlarla sevinirəm, onlarla yaşayıram, hər birinin uğurunda mənim də payımın olması məni çox xoşbəxt edir.

Əsl müəllim adının şərəfli daşıyıcısı - KƏMALƏ DAVUDOVA

Əminik ki, onlar da sizin kimi bir müəllimə rast gəldikləri üçün xoşbəxtdirlər. Çünki həqiqətən bir insanən ən böyük xoşbəxtliyi yaxşı bir insanla qarşılaşmaqdır. Kəmalə xanım, son olaraq sizi izləyənlərə, gənclərə nə tövsiyyə edərsiniz?

- Gənclərin hər bir çətinliyin açarının elmdə olduğunu bilmələrini istəyirəm. Təhsildə, elmdə itirilən vaxtı geri qazanmaq olmur. Ona görə də şagirdləri valideynlərin, dövlətin onlara yaratdığı şəraitdən istifadə edərək təhsildən yararlanmağa çağırıram və onlara bu yolda uğurlar arzulayıram.

Təşəkkür edirik. Sizin kimi sadə, mədəni, qayğıkeş insanlarla həmsöhbət olmaq qürurdur. Nə xoş ki, dünyada sizin kimi müəllimlərimiz var. Nə xoş ki, sizin kimi müəllimlərə övladlarınızı əmanət edə bilirik.

Qarşınızda baş əyirik, dəyərli müəllim. Allah sizi qorusun!

Oxşar xəbərlər

Bütün xəbərlər