Xəbər lentiwidget-title-icon

Abşeronda valideyn konfransı keçirilib
Autizm fərdi məsələ deyil, cəmiyyətin ortaq məsuliyyətidir
LDU beynəlxalq akademik əməkdaşlıqlarını genişləndirir
ATU-nun voleybol üzrə komandası ali təhsil müəssisələrinin tələbələri ilə keçirilən yarışın qalibi olub
BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib
“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”
Elə universitetlər var ki, qəbul siyasətində daha SƏRBƏST yanaşma tətbiq edirlər - "kim istəyir gəlsin" yanaşmasını seçirlər
Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir
Heydər Əliyevin ildönümünə həsr olunan “Zirvə” Gənclər Düşərgəsinə qeydiyyat elan edilir
Sosial elmlər niyə hələ də vacibdir? - professor Süleyman İnan açıqladı
I sinfə qəbul prosesi başlayır
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir
“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb
UNEC tələbələri üçün maarifləndirici təlim
Qobustanda şagirdlərlə maarifləndirici görüş keçirilib
DİM əvvəlki illərin məzunları üçün sorğu elan edib
1702 namizəd rezidentura imtahanı verəcək
İnternet zəif idi, ideya güclü: Astara müəlliminin tətbiqi 9 min istifadəçi TOPLADI
3 gün ardıcıl qeyri-iş günü olacaq
Niyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı
İnklüziv sahədə könüllü olmaq imkanı əldə et - WUF 13
Texnologiya sahəsində karyera qurmaq istəyən xanımlar üçün YENİ layihəyə start verilir

Alimlərimizin məruzəsi beynəlxalq konfransda müzakirə edilib

Alimlərimizin məruzəsi beynəlxalq konfransda müzakirə edilib

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova və baş mütəxəssis Raqif İsmayılovun həmmüəllifi olduqları “Elmi kadrlar” Milli İnformasiya Sisteminin yaradılmasının konseptual əsasları” adlı məruzə Rusiyanın Kursk şəhərində keçirilən, institutun həmtəşkilatçısı olduğu “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular –Tanıma-2023” (Raspoznavaniye-2023) XVII beynəlxalq elmi-texniki konfransında müzakirə olunub.

Bu barədə "tehsilmedia.info"a institutdan məlumat verilib.

Hibrid formatda təşkil olunmuş konfransda məruzəyə dair çıxış edən R.İsmayılov tədqiqat işində Azərbaycanda elmi fəaliyyətlə məşğul olan əhalinin elektron reyestrinin və intellektual fəaliyyətinin nəticələrinin uçotunun avtomatlaşdırılmış sisteminin yaradılmasından bəhs edildiyini nəzərə çatdırıb. Bildirib ki, “Elmi kadrlar” Milli İnformasiya Sisteminin yaradılmasına konseptual yanaşma təklif edilib, sistemin əsas məsələləri formalaşdırılıb və funksional imkanları şərh olunub. Ölkə üzrə vahid informasiya məkanı əsasında təşkil edilmiş informasiya sistemi elmi potensialın inkişafı göstəricilərinin operativ analitik uçotunu və intellektual potensialın monitorinqini təmin edən proqram-informasiya kompleksi olaraq təqdim edilib.

Məruzəçi “Elmi kadrlar” Milli İnformasiya Sisteminin yaradılmasının elmi kadrlar, aparılan elmi tədqiqatlar haqqında informasiya resurslarının formalaşdırılmasına və elmi informasiyanın əlçatanlığının təmin edilməsinə imkan verdiyini bildirib. Qeyd edib ki, tədqiqatlar Azərbaycan Respublikasının elm və təhsil müəssisələrinin bazası əsasında aparılıb. Sistemdən istifadə elmi fəaliyyətin qiymətləndirilməsi və monitorinqi sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsinə, təşkilatlar üzrə elmi fəaliyyətin monitorinqi və qiymətləndirilməsinin aparılmasına şərait yaradır.

Oxşar xəbərlər

Bütün xəbərlər