Xəbər lentiwidget-title-icon

Qalmaqallı şəkildə işdən çıxarılan bağça direktoru sifarişlə bərait alır?
Məktəblilərimiz XVII Beynəlxalq İnformatika Turnirində uğur qazanıblar
73 saylı tam orta məktəbin önündə İNSİDENT – Valideynlər arasında BIÇAQLANMA !
"Son zəng" tədbirlərinin keçirilmə tarixi açıqlandı
Azərbaycan dili tədrisində yenilik: kurikulum və dərsliklər müasirləşdirilib
Dərsə geçikən tələbələrə davamiyyətdə güzəşt olacaq? - RƏSMİ
Peşə Məktəbinə daha yeni bir TƏYİNAT
Məktəb ətrafında təhlükəsizlik iddiası: məktəbdən rəsmi AÇIQLAMA
Süni intellektlə saxta video və foto düzəldənlərin nəzərinə!
Tərbiyə məqsədilə uşağı döyənlər bu qədər cərimə olunacaq
Təhsilalan və təhsilverənlər arasında vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair 2026-cı il üzrə Tədbirlər Planı təsdiqlənib.
Bu təhsil mərkəzinə direktor müavini təyin EDİLDİ
Bu uşaq məktəbə getmirdi? - Deputatdan ETİRAZ
Yandırılan məktəblinin son durumu açıqlandı
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
DİM müəllim və tələbələr üçün hazırlıq kursları təşkil edib
Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür
Nazir Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb
Növbəti buraxılışın nəticələri bu həftə açıqlanacaq? - DİM
Ekspert sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
Direktorların işə qəbulu müsabiqəsi çərçivəsində ixtisas biliklərinin yoxlanılması üzrə test imtahanı keçiriləcək
Ən sadə mətbəx məhsulları ilə belə laboratoriya mühiti yaradırıq – Göygölün fərqli kimya müəllimi
Naxçıvanda məktəblərə 4300 kompüter veriləcək - Nazir
“Azərbaycanda müəllimlərə hər an müraciət etmək mümkündür” - Keniyalı tələbə
ADY şagirdlərə təlim keçdi - Fotolar

SDU-da Beynəlxalq Müəllimlər Günü qeyd edilib - FOTO

SDU-da Beynəlxalq Müəllimlər Günü qeyd edilib - FOTO

Oktyabrın 5-də Sumqayıt Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbir keçirilib.

tehsilmedia.info xəbər verir ki, tədbiri giriş sözü ilə universitetin rektoru Rüfət Əzizov açaraq professor-müəllim heyətinə ən xoş arzularını çatdırdı, onlara çətin və şərəfli işlərində uğurlar arzu etdi. SDU-nun inkişafı naminə birgə və səmərəli fəaliyyətin vacibliyini qeyd edən Rüfət Əzizov ölkədə aparılan çoxşaxəli təhsil islahatlarından danışdı. Bildirdi ki, müəllim peşəsi cəmiyyətdə müqəddəs və şərəfli peşələrdən biri hesab edilir. Çünki məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Belə insanlar cəmiyyəti inkişaf etdirir, ölkəni, dövləti gücləndirir.
Azərbaycan xalqının milli təfəkküründə müəllim adı həmişə uca tutulmuş və bu peşə sahiblərinə böyük ehtiram göstərilmişdir. Ümummilli Lider Heydər Əliyevin müəllim adına hər zaman yüksək dəyər verdiyini qeyd edən rektor hazırda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən əhəmiyyətli dəyişikliklər nəticəsində müəllimlərin sosial rifahının yüksəlməsi və hərtərərfli inkişafı üçün yaradılan əlverişli imkanlardan bəhs etdi.
Diqqətə çatdırdı ki, Sumqayıt Dövlət Universiteti Sumqayıt şəhəri və region üçün müəllim hazırlığı həyata keçirir və peşəkar kadrların yetişdirilməsi yolunda tarixi missiyasını uğurla davam etdirir. Əminəm ki, bu ali təhsil ocağı müasir qlobal çağırışlara uyğun yüksək peşəkarlığa və səriştəliliyə malik, rəqabətədavamlı mütəxəssislərin hazırlanmasına və insan kapitalının davamlı inkişafına, elmi-intellektual mühitin formalaşmasına bundan sonra da öz layiqli töhfəsini verəcəkdir.
Rektor çıxışında onu da vurğuladı ki, Azərbaycanda müəllim peşəsinin nüfuzunun artırılması üçün böyük işlər görülür. Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi genişmiqyaslı islahatların əsas məqsəd və hədəflərindən biri müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı pedaqoji kadrların hazırlanması və cəmiyyətdə müəllim peşəsinin ictimai nüfuzunun artırılmasıdır. Son illər bu sahədə ürəkaçan uğurlar, təqdirəlayiq nəticələr əldə edilib. İnanırıq ki, gerçəkləşdirilən məqsədyönlü fəaliyyət və səmərəli əməli tədbirlər nəticəsində ölkəmiz təhsil sahəsində, o cümlədən müəllim hazırlığında daha böyük uğurlar qazanacaq. Bu istiqamətdə bizim üzərimizə müstəqil ölkəmiz üçün dərin və hərtərəfli biliyə malik, yüksək səviyyəli, geniş dünyagörüşlü, zəngin mənəviyyatlı, vətənpərvər və milli ruhlu geniş profilli, pedaqoji kadrların hazırlanması düşür. Biz bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün əzmlə, fədakarlıqla çalışmalı, müasir dövrün təhsil fəlsəfəsinə uyğun olaraq fəaliyyətimizdə kreativ olmalı, innovativ təşəbbüs və ideyaları tətbiq etməliyik.
Həmçinin rektor Pedaqoji ixisas üzrə təhsil alan tələbələrin Sertifikasiyadan keçmələri üçün universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması və digər vacib istiqamətlərin əsas məqsədlərdən olduğunu diqqətə çatdırdı.
Daha sonra universitetin ictimai həyatında yüksək fəallıq göstərdiklərinə, səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə bir qrup müəllim universitet rəhbərliyi tərəfindən Fəxri fərman və hədiyyələrlə təltif olundular.
Sonra rektor Rüfət Əzizov Əməkdar müəllim, professor Zəfər Hüseynovu uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə, universitetin ictimai işlərində fəal iştirakına görə və anadan olmasının 70 illik yubileyi münasibətilə təbrik edib, Fəxri fərman və pul mükafatı ilə təltif etdi. Qeyd etdi ki, ömrünün böyük bir hissəsini dəqiq elmlərin tədrisinə, bu sahənin elmi araşdırılması və ixtisaslı kadrların hazırlanmasına həsr edən alim onlarla dərslik, dərs vəsaiti və çoxsaylı elmi məqalələrin müəllifidir.
Professor Zəfər Hüseynov 22 illik pedaqoji fəaliyyətindən söhbət açdı və göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürünü bildirdi.

SDU-da Beynəlxalq Müəllimlər Günü qeyd edilib - FOTO
SDU-da Beynəlxalq Müəllimlər Günü qeyd edilib - FOTO
SDU-da Beynəlxalq Müəllimlər Günü qeyd edilib - FOTO
SDU-da Beynəlxalq Müəllimlər Günü qeyd edilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər