Xəbər lentiwidget-title-icon

Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?
"Dünyanın ən yaxşı müəllimi" seçilən Andria 35 dildə dərs deyir
Fizika dərslikləri sadələşdirilməlidir - şagirdlər çətinlik ÇƏKİR
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR

"Martirosyan və Melkumyanın görüşdə iştirakı “arsax dövləti”ndən imtina deməkdir" - Yevlax görüşünün DETALLARI

"Martirosyan və Melkumyanın görüşdə iştirakı “arsax dövləti”ndən imtina deməkdir" - Yevlax görüşünün DETALLARI

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş baş tutdu. Görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb.

Mövzunu "tehsilmedia.info"a şərh edən politoloq Turan Rzayev bildirib ki, Yevlax görüşünü ümumi mənada müsbət qiymətləndirmək olar: "Hər şeydən öncə onu demək lazımdır ki, erməni sakinlərini təmsil edən Sergey Martirosyan və David Melkumyanın görüşdə iştirak etməsi faktiki olaraq “arsax dövləti” və ya Qarabağ ermənilərin öz müqəddəratı adı altında separatçı fəaliyyətdən imtina mənasına gəlir. Başqa cür desək, Sergey Martirosyan və David Melkumyanın Yevlax görüşündə iştirak edərək təmsil etdikləri Qarabağ ermənilərinin Azərbaycanın bir parçası olduqlarını bildirmiş oldular. Görüşün keçirildiyi otaqda yalnız Azərbaycan bayrağı və gerbinin olması mühüm detal idi. Diqqətçəkən əsas məqam isə Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər. Rəsmi Bakı tərəfindən görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır".

"Martirosyan və Melkumyanın görüşdə iştirakı “arsax dövləti”ndən imtina deməkdir" - Yevlax görüşünün DETALLARI

Politoloqun sözlərinə görə, prinsip etibarilə qeyd edilən məsələləri həll etmək çox asandır: "Amma Bakının da şərtləri yerinə yetirilməlidir. Söhbət Azərbaycan Respublikası Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasından gedir. Yəni Qarabağdan Ermənistan silahlı qüvvələrinin qalıqları silah və texnikalar, habelə separatçı silahlı qüvvələr tərk-silah edilib ərazidən çıxarılmalıdır. Görüşlə bağlı ən önəmli detal isə şübhəsiz tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilməsidir. Növbəti mümkün görüş Bakıda baş tuta bilər. Hesab edirəm, Qarabağın erməni sakinlərinin nümayəndələri bundan sonrakı görüşlərdən imtinanın nə ilə nəticələnəcəyini artıq bilirlər".

Oxşar xəbərlər

Bütün xəbərlər