Xəbər lentiwidget-title-icon

Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb

Niyə keçid balı aşağı düşüb? - DİM sözçüsü aydınlıq gətirdi

Niyə keçid balı aşağı düşüb? - DİM sözçüsü aydınlıq gətirdi

Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş şöbəsinin müdiri Xanlar Xanlarzadə bu il ali məktəblərə keçid balının aşağı düşmə səbəblərinə münasibət bildirib.

tehsilmedia.info-ın xəbərinə görə DİM-in Mətbuatla iş şöbəsinin müdiri X.Xanlarzadə bildirib ki, ali təhsil müəssisələrinə keçid balını Dövlət İmtahan Mərkəzi müəyyən etmir:

“Neçə illərdi biz bu məsələni bütün verlişlərdə, çıxışlarda və yazılarda qeyd edirik. Bir var müsabiqə şərti, bir də var keçid balı. Keçid balını müəyyənləşdirən 3 amil var. Bu abituriyentin imtahan nəticəsi, onların ixtisas seçimi və plan yerləridir. Sadaladığım bu 3 amil keçid balını formalaşdırır. Bu müsabiqənin ən sonunda qərarlaşır. Əvvəlcədən heç kim deyə bilməz ki, “keçid balı necə olacaq?”. Burada çox sadə bir alqoritma var. Əgər ali məktəbə qəbul imtahanı verən abituriyentlərin sayı çoxluq təşkil edirsə, keçid balı arta bilər və yaxud aşağıdırsa düşə bilər. Digər bir nüans isə az öncə qeyd etdiyim kimi plan yerləridir. Təbii ki, plan yerlərinin çoxluğu keçid balının bir qədər aşağı enməsinə səbəb olur”.

Şöbə müdiri mətbuatda rezonan doğuran proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 600-dən 200-ə düşməsinə aydınlıq gətirib:

“Burada bir yanılma var. Keçid ballarının aşağı düşməsi cəmiyyətdə şişirdilən fonda deyil. Düzdür, müəyyən ixtisaslar var ki, onlarda keçid balı xeyli aşağı düşdü. Məsələn, mətbuatda yayılan Proseslərin avtomatlaşdırılması mühəndisliyi (tədris ingil dilində ) ixtisası 600 baldan 200-ə düşməsi bir qədər dezinformasiya idi. Ötən il bu ixtisasın keçid balı 500-dən çox idi və bu il üçün keçid balı təxmini 343 bal formalaşmışdı. Bu il keçid balının 200-ə aşağı enməsi yalnız ödənişli əsaslarla təhsil alanlar üçündür. Həmin ixtisasın dövlət sifarişli olan yerlərinin balı hələ də yüksəkdir”.

Oxşar xəbərlər

Bütün xəbərlər