Xəbər lentiwidget-title-icon

​"Monitorinq Teatrı Bitdi: Pərdəarxası Zülmün Hesabını Kim Verəcək?"
Şagirdlər niyə yerdəyişmə edir?
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI

Botanika İnstitutunun əməkdaşları invaziv növləri araşdırıblar

Botanika İnstitutunun əməkdaşları invaziv növləri araşdırıblar

Botanika İnstitutunun Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Kəmalə Əsədova və Geobotanika şöbəsinin əməkdaşları b.ü.f.d. Rəna Abdıyeva və b.ü.f.d. Nigar Mürsəl qızı tərəfindən Qazax rayonunun ərazisində çöl-tədqiqat işləri aparılıb.

İnstitutdan "tehsilmedia.info"a verilən məlumata görə, ekspedisiya “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”ya uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icra vəziyyətinin araşdırılması məqsədilə aparılıb.

Tədqiqatın məqsədi floraya yad mənşəli invaziv növlərin sayının və populyasiyalarının öyrənilməsi, rayonda zonallıq təşkil edən formasiyaların təyini, rayon ərazisində yad mənşəli növlərin qeydiyatının aparılması və Qarayazı Dövlət Təbiət Qoruğunda və digər meşə massivlərində bu növlərin mövcudluğunun öyrənilməsi olub. Elmi tədqiqat işi rayonun Daş Salahlı, Şıxlı, Muğanlı, Köçvəli, Poylu, Saloğlu, Soyuqbulaq, Böyükkəsik, Sadıqlı, Şəkərli, Ağköynək, Damcılı ərazilərini əhatə edib. Rayonun relyefi səthi, əsasən düzənlikdir. Tərəfimizdən aparılan müşahidələr nəticəsində məlum olmuşdur ki, rayonun dağlıq ərazisində - ağcaqayın, palıd üstünlüyü ilə enliyarpaq dağ meşələri, dağətəyi ərazilərdə qaratikan, düzən sahələrdə isə yovşan, şoran, yovşanlı-şoran, efemerli səhra və yarımsəhralar, o cümlədən yulqun formasiyaları zonallıq təşkil edir.

Kür çayı boyu (o cümlədən Qarayazı Dövlət Təbiət Qoruğu) və onun ətrafında yerləşən düzən, tuqay meşələrində hazırda əsas meşə əmələ gətirən ağaclar uzunsaplaq palıd, ağyarpaq qovaq və yemişan çoxluq təşkil edirlər. Bunlardan başqa qarağac, yabanı alça, armud, alma, əzgil, qafqaz xurması, dəvədabanı, adi zirinc, adi birgöz, böyürtkən, kol ilanlar, mərəvcə, “Qırmızı kitab” növü olan yabanı meşəüzümü və daş sarmaşığı qeydə alınıb. Otlardan gürcü güləvəri zonallıq təşkil edir. O, rayonun həm antropogen təsirə məruz qalmış ərazilərində, həm təbii sahələrində 4-5 bal bolluqla rast gəlinir. Tədqiqat apardığımız ərazidə 12 yad mənşəli növ qeyd olunub. Bunlardan hazırda 3 növ - transformer, yəni təbii bitki landşaftını dəyişən növlərdir.

Oxşar xəbərlər

Bütün xəbərlər