Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Çin dili üzrə beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu olub

Çin dili üzrə beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu olub

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda məktəblilərarası 16-cı Çin dili üzrə “Çin dili körpüsü” beynəlxalq müsabiqənin Azərbaycan üzrə final mərhələsinin seçim turu olub.

ADU-dan "tehsilmedia.info"a bildirilib ki, seçim turu Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu ölkənin Beynəlxalq Təhsil Fondu və Konfutsi İnstitutu tərəfindən təşkil edilib. Müsabiqəyə orta məktəblərin və gimnaziyaların şagirdləri, eləcə də Konfutsi İnstitutundakı Çin dili kurslarının dinləyiciləri qatılıblar.

Açılış mərasimində Azərbaycanda orta məktəb şagirdləri arasında Çin dilinin öyrənilməsi məqsədilə keçirilən 16-cı “Çin dili körpüsü” müsabiqəsində iştirak etməkdən çox məmnun olduğunu vurğulayan Çinin Azərbaycandakı səfirliyinin müşavir-elçisi Dinq Tao deyib:” …Uzun tarixə malik Çin mədəniyyəti özlüyündə geniş və dərin bir sistemdir. 5000 illik Çin sivilizasiyasının mühüm daşıyıcısı olan Çin dili qədim tarixi irsə və zəngin mənəvi məzmuna malikdir. “Çin dili körpüsü” adlı Çin dili üzrə bilik yarışması artıq 15 dəfədir ki, Azərbaycanda uğurla həyata keçirilir. Beləliklə, bu, Çin dilini öyrənən və Çin mədəniyyəti ilə maraqlanan gənclərin dil biliklərini, eləcə də şəxsi istedadlarını nümayiş etdirmələri üçün mühüm platformaya çevrilərək, Azərbaycanda çinşünasların hazırlanmasında böyük rol oynayır. Gələcəkdə daha çox azərbaycanlı orta məktəb şagirdləri Çin mədəniyyətinin dərinliyini yaxından öyrənəcək, Çin xalqının mehribanlığını və səmimiliyini duyacaq, Çin modernləşmə üslubu dövrünün nəbzini hiss edərək, Çinə səfər edəcək və orada oxuyub işləyəcəklər. Onlar Azərbaycan və Çin arasındakı əlaqələrdən danışaraq, iki ölkə arasında dostluq səfiri və əməkdaşlıq “körpüsü”nə çevriləcək, eləcə də Çin-Azərbaycan ortaq gələcəyi olan icmanın qurulmasına öz müsbət töhfələrini verəcəklər”.

ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova isə təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb və müsabiqə iştirakçılarına Çin dilinin öyrənilməsində müvəffəqiyyətlər arzulayıb. Qeyd edib ki, bir neçə ildir, ADU bu müsabiqəyə ev sahibliyi edir və bu, əlamətdar bir hadisədir:” Tələbələrin müxtəlif dil və mədəniyyətlərlə təmas etməsi üçün biz hər il yeni proqramlar açırıq. İkinci tərəfdən, Konfutsi İnstitutu vasitəsilə tələbələr Çin dili və mədəniyyətinə yiyələnirlər”.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinlə Azərbaycan arasında təhsil sahəsində genişlənən əməkdaşlıqdan söz açıb.

Daha sonra müsabiqə 3 mərhələdə davam edib. İştirakçılar verilmiş mövzu üzrə Çin dilində çıxış edib, Çin mədəniyyəti haqqında sualları cavablandırıb, bədii nömrələr nümayiş etdiriblər. Sonda qaliblər mükafatlandırılıb.

Müsabiqənin nəticələrinə görə, qaliblər Çin dili üzrə beynəlxalq müsabiqənin finalında iştirak edəcək və növbəti mərhələlərdə Çində təhsil alacaqlar. Onlar, həmçinin ADU-nun Konfutsi İnstitutunda Çin dilini ödənişsiz öyrənmək imkanından yararlana biləcəklər.

Oxşar xəbərlər

Bütün xəbərlər