Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Əcnəbi müəllimdən qızıl tövsiyələr: “…Qocalana qədər öyrən” - MÜSAHİBƏ

Müsahibə

27-09-2023, 12:49

Əcnəbi müəllimdən qızıl tövsiyələr: “…Qocalana qədər öyrən” - MÜSAHİBƏ


Azərbaycan universitetlərində təkcə əcnəbi tələbələr təhsil almır, həm də müxtəlif xarici ölkələrdən olan müəllimlər də fəaliyyət göstərir. Ali təhsil ocaqlarımızda çalışan əcnəbi müəllimləri ölkəmizə gətirən səbəblər nədir, onlar Azərbaycanla bağlı hansı təəssüratlara malikdirlər...

tehsil.media azedu.az saytına istinadən Azərbaycandakı ali təhsil müəssisələrində çalışan əcnəbi müəllimlərlə silsilə müsahibələrdən birini təqdim edir.

Beləliklə, "Əcnəbi müəllim" layihəsinin növbəti müsahibi Bakı Dövlət Universitetinin Konfutsi İnstitutunda Çinli direktoru vəzifəsində çalışan Wang Haoqiangdır. O, 2020-ci ilin noyabr ayından etibarən Azərbaycanda çalışır.

Wang Haoqiang ölkəmizə gəlişi, iş həyatı, müəllimlik fəaliyyəti ilə bağlı təssüratlarını əməkdaşımızla bölüşüb. Qeyd edək ki, o, Çinin Anhui Universitetindən gəlib.

Müsahibimiz Azərbaycan dilini bilmədiyinə görə, onunla ingilis dilində söhbət etdik.

- Bakıya çoxdan gəlmisiniz?

- Bəli, 3 ilə yaxındır ki, Bakıda işləyirəm.

- Azərbaycanda işləməyə necə qərar verdiniz?

- 2017 və 2019-cu illərdə Bakıya iki dəfə gəldim, Bakının dəniz kənarında yerləşən İçərişəhərə və Qobustana baş çəkdim və bu, Azərbaycanın çox qədim tarixə malik ölkə olduğunu anlamağıma səbəb oldu. Eyni zamanda, Bakı mənə rahatlıq verən gözəl və təmiz şəhərdir. Beləliklə, 2020-ci ildə yenidən Bakıda işləmək üçün müraciət etdim.

- Bakıda ailənizlə yaşayırsınız, yoxsa tək?

-Mən burada həyat yoldaşım və qızımla yaşayıram.

- Azərbaycandakı həyat tərzinə necə adaptasiya oldunuz?

- Əvvəla, Azərbaycanda həyat tərzinə uyğunlaşmaq mənim üçün çətin olmadı. Bunun üç səbəbi ola bilər: Birincisi, mən Çinin şimal hissəsindən gəlirəm və Bakının iqlimi Şimali Çinin iqliminə çox bənzəyir. İkincisi, mən uşaqlıqdan buğda tərkibli qidalardan istifadə edirəm və Bakıda da təndir, donat, lavaş kimi zövqümə uyğun müxtəlif yeməklər təklif olunur. Üçüncüsü isə odur ki, Konfutsi İnstitutunda uzun illərdir burada yaşayan və mənə çoxlu məsələdə köməklik göstərən həmkarlarım var.

- Burada yaşadığınız müddətdə hansı çətinliklərlə qarşılaşmısınız?

-Mənim üçün Bakıda yaşayıb işləməyin ən böyük çətinlik dillə bağlıdır. Mən ancaq çin və ingilis dillərində danışıram və Azərbaycan dilini bilmirəm, ona görə də bəzən Azərbaycan xalqı ilə ünsiyyət qurmaq çətin olur.

- Tələbələrinizlə münasibətləriniz necədir?

- Konfutsi İnstitutunun müəllimləri və tələbələri arasında çox yaxşı münasibət var. Biz başa düşürük ki, tədris prosesi təkcə biliklərin ötürülməsi deyil, həm də müəllimlər və tələbələr arasında psixoloji əlaqələrin gücləndirilməsidir. Çox vaxt tələbələr bizi Yeni ili və Novruz şənliyini birlikdə qeyd etməyə dəvət edirlər. Üstəlik, biz mədəni tədbirlər təşkil edəndə tələbələrimiz də könüllü olaraq köməyə gəlirlər.

- Müəllim heyəti ilə münasibətiniz necədir? Nə vaxtsa aranızda anlaşılmazlıq yaranıb?

- Müəllimlərlə yaxşı münasibətim var. Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun çinli direktoru kimi müəllimlərlə müsbət münasibət saxlamaq mənim işimin bir hissəsidir. Gündəlik işimizdə və həyatımızda mən həm onların lideriyəm, həm də güvəndikləri və güvənəcəkləri insanam. Çindən uzaq olduğumuz üçün bütün müəllimlər arasında birlik, aidiyyət hissini inkişaf etdirməli və qorumalı, onların şəxsi təhlükəsizliyini təmin etməliyəm.

-Bir insanda ən çox önəm verdiyiniz xüsusiyyətlər nələrdir?

- Biz bilirik ki, hər bir insan bir çox vacib keyfiyyətlərə malik olmalıdır. Mənim üçün punktuallıq, vədlərə əməl etmək və kömək etmək istəyi ən çox qiymətləndirdiyim keyfiyyətlərdir.

-Özünüzdə dəyişdirmək istədiyiniz xüsusiyyətləriniz var?

- Çində belə bir deyim var: "Heç bir qızıl tamamilə təmiz deyil və heç bir insan mükəmməl deyil". Hər kəsin davamlı özünü təkmilləşdirməyə ehtiyacı var. Mənim üçün bəlkə də daha çox məşq etmək hazırda təkmilləşdirilməsi lazım olan bir sahədir.

- Bakıdan başqa Azərbaycanın hansı regionunda olmusunuz?

- Bakıdan başqa İsmayıllı, Lənkəran və Astarada olmuşam. Bu yerlər çox fərqlidir. Bəziləri dağlıq, bəziləri isə əkinçilik əraziləridir, amma mənzərəsi gözəldir.

- Azərbaycanın adət-ənənələri və mətbəx mədəniyyəti haqqında nə düşünürsünüz?

- Şəxsən mən hesab edirəm ki, Azərbaycan və Çin adət-ənənələri arasında oxşarlıqlarla yanaşı, çoxlu fərqlər də var. Məsələn, hər ikisi zəngin tarixə, kənd təsərrüfatı sivilizasiyasına malik olan, ailə və təhsilə böyük önəm verən ölkələrdir. Bundan əlavə, azərbaycanlıların biznesə böyük marağı olduğunu müşahidə etmişəm və bu, Azərbaycanın coğrafi mövqeyi ilə sıx bağlı ola bilər. Azərbaycan tarix boyu Şərqlə Qərb arasında ticarətin inkişafında mühüm rol oynamışdır. Şəkidə hətta bəzi qədim karvansaraların hələ də mövcud olduğunu eşitmişəm. Bu karvansaraylar Şərqlə Qərb arasında ticarət məqsədi ilə səyahət edən tacirlərin istirahət yerləri idi.

- Gələcək karyera palnınız hansı istiqamətdədir?

- Konfutsi İnstitutunda işləməyə davam etmək istəyirəm. Çinli direktoru və ya Çin dili müəllimi olaraq daha çox şəxsə Çin dilini öyrətmək və iki ölkə arasında mədəni və təhsil mübadiləsi üçün istedadlar yetişdirməkdir.

-Son olaraq dünyaya səslənsəydiniz, bir müəllim olaraq nələr deyərdiniz?

-Çində “qocalana qədər yaşa və qocalana qədər öyrən” deyilən bir deyim var. Bu, o deməkdir ki, öyrənməyin sonu yoxdur, həm də öyrənmək üçün heç vaxt gec deyil.

Oxunub: 582
Paylaş:
Digər xəbərlər

Ali təhsil

15-07-2023, 17:46

Bu il ADNSU-da təhsil alan əcnəbi tələbələrdən 37-si məzun olub

Araşdırma

19-06-2023, 12:56

Əcnəbilərin təhsil üçün Azərbaycanı seçməsinə səbəb nədir? - ARAŞDIRMA

Ali təhsil

1-06-2023, 14:05

BMU-da təhsil alan əcnəbi tələbələr üçün “International Day”

Ali təhsil

9-06-2023, 14:52

Çinin Azərbaycandakı səfiri BDU-da olub - FOTO

Ali təhsil

19-09-2023, 16:25

UNEC-də təhsil almaq istəyən əcnəbilərin sayı artıb

Araşdırma
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
Maddə Asılılığının Müalicəsində Biopsixososial Yanaşma: Həyat Naminə Reabilitasiya Mərkəzi və Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin Əməkdaşlığı
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Elm və Təhsil
Dün, 12:34
“Kompüter elmləri” üzrə tam təqaüdlü ikili diplom proqramı
Dün, 12:33
Uşaqların sağlam qidalanması: Fiziki və zehni inkişafda əsas faktor
Dün, 12:32
Aşan avtomobildə ölən şəxs müəllimi imiş
Dün, 12:31
Sertifikasiya imtahanını keçən müəllimləri növbəti mərhələdə nə gözləyir?
Dün, 12:30
Bu abituriyentlərin 95%-i universitetə qəbul ola bilməyəcək
Dün, 12:30
Yeni Cənubi Uelsdə təqaüdçü müəllimlərlə əməkdaşlıq başlanıb
Hadisə
24-07-2025, 10:56
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
16-07-2025, 15:39
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
15-07-2025, 23:45
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Son xəbərlər
  • Dün, 12:34
    “Kompüter elmləri” üzrə tam təqaüdlü ikili diplom proqramı
  • Dün, 12:33
    Uşaqların sağlam qidalanması: Fiziki və zehni inkişafda əsas faktor
  • Dün, 12:32
    Aşan avtomobildə ölən şəxs müəllimi imiş
  • Dün, 12:31
    Sertifikasiya imtahanını keçən müəllimləri növbəti mərhələdə nə gözləyir?
  • Dün, 12:30
    Bu abituriyentlərin 95%-i universitetə qəbul ola bilməyəcək
  • Dün, 12:30
    Yeni Cənubi Uelsdə təqaüdçü müəllimlərlə əməkdaşlıq başlanıb
  • 3-08-2025, 12:31
    Bağçalarda ən çox müəllim yeri boş olan BÖLGƏLƏR
  • 3-08-2025, 12:30
    Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? - RƏSMİ
  • 3-08-2025, 12:29
    Vakansiya seçimində ünvanını səhv göstərən müəllimlərin nəzərinə!
  • 3-08-2025, 12:28
    Minə yaxın namizəd imtahan verəcək
  • 2-08-2025, 17:01
    Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi???
  • 2-08-2025, 14:28
    Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərə alternativ seçim veriləcək? - RƏSMİ
  • 2-08-2025, 14:27
    Ali təhsil hansı ölkələrdə pulsuzdur? - Avropada tələbələrə böyük FÜRSƏT
  • 2-08-2025, 14:26
    AHİK-də qalib futzal komandasının heyəti ilə görüş keçirilib
  • 2-08-2025, 14:26
    Məktəblilərimizdən dünya miqyasında böyük nailiyyət
  • 2-08-2025, 14:25
    Misirdə 800 şagirdə məktəb çantası hədiyyə edildi
  • 1-08-2025, 17:49
    Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
  • 1-08-2025, 13:28
    Azərbaycan əlifbası və dili kimliyimizin sütunudur!
  • 1-08-2025, 13:27
    İrlandiyada məktəblilər üçün qiymətləndirmə sistemi dəyişir
  • 1-08-2025, 13:26
    Bütün ölkələrdə fənn üzrə vahid dərsliyin tətbiqi varmı?
  • 1-08-2025, 13:25
    DİM-dən 22, 29 iyun və 8 iyul imtahan iştirakçılarına müraciət
  • 1-08-2025, 13:24
    53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi aşkarlanıb
  • 1-08-2025, 00:20
    Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
  • 1-08-2025, 00:19
    DİLİN İŞIĞINI QORUMAQ
  • 31-07-2025, 12:37
    Kolleclərə ixtisas seçimi BAŞLAYIB
  • 31-07-2025, 12:36
    Özəl universitetlərdə də dövlət sifarişi ilə təhsil mümkündür
  • 31-07-2025, 12:35
    Bakıda bu qədər müəllim işdən kənarlaşdırılıb - RƏSMİ
  • 31-07-2025, 12:35
    İxtisas seçiminin vaxtı AÇIQLANDI
  • 31-07-2025, 12:34
    Yanlış ixtisas seçimi işsizliyə səbəb ola bilər - nə etməli?
  • 31-07-2025, 12:32
    Xarici ölkələrdə məktəbləri çantalarının ağırlığı nəzarətdə saxlanılır
  • 31-07-2025, 12:31
    Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçiriləcək
  • 30-07-2025, 18:37
    Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
  • 30-07-2025, 18:36
    Sertifikasiyadan kəsilən müəllimlərin sosial vəziyyət nəzərə alınacaq
  • 30-07-2025, 18:36
    Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
  • 30-07-2025, 18:35
    Sabahdan MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Daha çox
1-08-2025, 17:49
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
30-07-2025, 18:37
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
30-07-2025, 18:36
Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
2-08-2025, 17:01
Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi???
2-08-2025, 14:28
Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərə alternativ seçim veriləcək? - RƏSMİ
31-07-2025, 12:35
Bakıda bu qədər müəllim işdən kənarlaşdırılıb - RƏSMİ
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə