SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kitab Klubunun təşkilatçılığı, Karyera və tələbələrlə iş şöbəsinin dəstəyi ilə Azərbaycan Kitab Cəmiyyətinin infosessiyası keçirilib.Bu barədə "
tehsil.media"a ali məktəbdən bildirilib
Cəmiyyətin təmsilçiləri BANM tələbələrinə qurum, yaradılma məqsədi, layihələri, üzvlük prosesi və proqramı haqqında məlumat veriblər, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda BANM Kitab Klubunun üzvlərinə də üzvlük kartı hədiyyə edilib.