Xəbər lentiwidget-title-icon

Naxçıvanda 3698 şagird məzun olur
Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin NƏZƏRİNƏ
Kenquru müsabiqəsinin final nəticələri AÇIQLANDI
Qazax kollecinə yeni direktor təyin edilib
"Bilbacar" müsabiqəsinin final mərhələsi keçiriləcək
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
AzTU SABAH proqramları üçün müəllim vakansiyası elan edir
Keçmiş qaliblər uşaqları olimpiadaya hazırlaşdırırlar
37 mindən çox 11-ci sinif şagirdi məktəbi bitirir - BŞTİ
Doktorant və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək – ƏMR
Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər keçiriləcək
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Aşura gününün vaxtı açıqlanıb
BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 7-ci sinfə şagird qəbulu elan edir
Naxçıvanda MİQ üzrə vakant yerlər elan olundu
Rektor: Regionda ilk dəfə qeyri-akademik TRANSKRİPT təqdim etməyə başlayırıq
“Müasir metodist” müsabiqəsinin nəticələri AÇIQLANIB
UNEC tələbələri təhsil müddətində staj proqramlarına cəlb olunacaqlar – YENİLİK
Emin Əmrullayev TDT Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib
Elm və təhsil naziri YÖK sədri Erol Özvarla görüşüb
Riyaziyyatda zəif olanlar bunları BİLMƏLİDİR
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ!
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır

BDU-da orta məktəblərin Azərbaycan dili və ədəbiyyat dərsliklərinin dil-üslub problemləri araşdırılıb

BDU-da orta məktəblərin Azərbaycan dili və ədəbiyyat dərsliklərinin dil-üslub problemləri araşdırılıb

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının nəzdində “Azərbaycan dilinin tətbiqi məsələləri” elmi-tədqiqat laboratoriyasında “Orta məktəblərin Azərbaycan dili və ədəbiyyat dərsliklərində dil-üslub problemləri” mövzusunda elmi seminar keçirilib.

BDU-dan "tehsilmedia.info g"a bildirilib ki, tədbirdə “Dədə Qorqud”, “Türkoloji araşdırmalar”, “Azərbaycan dilinin tətbiqi məsələləri” elmi-tədqiqat laboratoriyalarının, həmçinin Azərbaycan dilçiliyi və Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əməkdaşları iştirak ediblər.

Laboratoriyanın böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xatirə Vəliyeva iştirakçılara orta məktəb dərsliklərində Azərbaycan dili ilə bağlı problemlər haqqında məlumat verib. Qeyd edib ki, dərsliklər tərtib olunan zaman ədəbi dil normalarına diqqət yetirmək ən vacib məsələlərdən biridir.

Mövzu ilə bağlı məruzə edən “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-in kiçik elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Zeynəb Cəfərova orta məktəblərin Azərbaycan dili və ədəbiyyat dərsliklərindəki problemli məqamları dil faktları əsasında təhlil edib. Bildirib ki, dərsliklər tərtib olunan zaman ədəbi dilin normalarından əlavə, dilə estetik baxımdan da diqqətlə yanaşılmalı, suallar aydın olmalı, fikir dolaşıqlığı yaradılmamalı, ədəbiyyat dərsliklərində bədii üslub saxlanmaqla yanaşı, müəllifin nitqi ədəbi dilin orfoqrafik normasına uyğun olmalıdır.

Məruzədə həmçinin o da qeyd olunub ki, Azərbaycan dili və ədəbiyyat dərsliklərində çoxlu dil-üslub nöqsanlarına rast gəlinib. Bunlar daha çox fonetik, leksik, qrammatik, üslubi normaların pozulması, fikir mücərrədliyi ilə bağlıdır. Buna görə də dərsliklərdə dil problemlərinin yaranmaması üçün ədəbi dil normalarına, üslubi normalara, əsasən də elmi üsluba diqqət yetirilməlidir.

Seminar müzakirələrlə yekunlaşıb.

Oxşar xəbərlər

Bütün xəbərlər