Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında tələbə-gənclərlə görüşüb.
ADPU-dan "tehsil.media"a bildirilib ki, əvvəlcə nazir filialın idman meydançasında tələbələrin futbol yarışını izləyib, sonra universitetin auditoriyasında ingilis dili dərsini izləyib, tələbələrlə söhbət edib.
Ali təhsil ocağının akt zalında keçirilən görüşdə gəncləri dinləyən nazir onların fəaliyyətləri, uğurları, təklif və arzuları ilə maraqlanıb, suallarını cavablandırıb, müxtəlif mövzularda fikir mübadiləsi aparıb.