Xəbər lentiwidget-title-icon

​"Monitorinq Teatrı Bitdi: Pərdəarxası Zülmün Hesabını Kim Verəcək?"
Şagirdlər niyə yerdəyişmə edir?
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI

“Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” monoqrafiyası çap olunub

Filologiya elmləri doktoru, professor Mahirə Hüseynova və professor Sayalı Sadıqovanın "Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” monoqrafiyası nəşr olunub.

Bu barədə "tehsilmedia.info"a AMEA-dan bildirilib.

Müəlliflər tərəfindən əsərdə Heydər Əliyevin apardığı dil siyasəti, dövlətçilik və dil quruculuğu prosesi, Azərbaycan dilinin inkişaf konsepsiyası yeni müstəvidə ətraflı şərh edilib. Monoqrafiyada qeyd edilir ki, Heydər Əliyevin dil doktrinasında dil amili xalqın varlığı üçün bütün amillərdən uca tutulmuş və Azərbay­can di­li­nin döv­lət di­li ki­mi in­ki­şa­fı və yük­sə­li­şi uğ­run­da da­vam­lı ola­raq mü­ba­ri­zə apar­mış­dır. Dövlətçiliyin in­ki­şa­fı və onun at­ri­but­la­rı­nın for­ma­laş­ma­sı, Azərbaycan dilinin inkişaf istiqamətləri, dövlətçilik və dil siyasəti problemləri sosiolinqvistik istiqamətdə xarakterizə edilmişdir. Ümummilli Liderimiz Heydər Əliyevin vahid ümumi məqsədə yönələn Azərbaycan dilinin inkişaf konsepsiyasının istiqamətlərinə həsr olunan əsər üç fə­sil­dən və əlavə hissədən iba­rət­dir. Bu fə­sil­lər­də döv­lət­çi­lik və dil si­ya­sə­ti, döv­lət dil kon­sep­si­ya­sı, dil qu­ru­cu­lu­ğu­nun is­ti­qa­mət­lə­ri, Azər­bay­can döv­lət dil si­ya­sə­ti­nin for­ma­laş­ma­sı ta­ri­xi və müs­tə­qil­lik il­lə­rin­də dil qu­ru­cu­lu­ğu pro­se­si ardı­cıl­lıq­la təd­qiq olun­muş­dur.

Əsər­də Hey­dər Əli­ye­vin Azər­bay­can di­li­nin in­ki­şaf kon­sep­si­ya­sı ilə bağ­lı apar­dı­ğı dil si­ya­sə­ti iki mər­hə­lə­yə ay­rıl­mış­, hər iki mər­hə­lə­də mil­li di­lə mü­na­si­bət və onun tət­biq sa­hə­lə­ri müəyyənləşdirilmişdir. Siyasi liderin zən­gin təc­rü­bə­si, fit­ri təş­ki­lat­çı­lı­ğı ilə res­pub­li­ka­nın mil­li-ic­ti­mai ma­ra­ğı­nı, et­nik-ge­ne­tik tər­ki­bi­ni nə­zə­rə alıb Azər­bay­can di­li­ni müs­tə­qil döv­lət di­li ki­mi in­ki­şaf et­dir­məsi xarakterizə edilərək yazılır ki, dilin millətin varlığı hesab edən Heydər Əliyev bu tarixi həqiqəti əsas götürərək dil quruculuğu məsələsinə dövlət quruculuğunun tərkib hissəsi kimi yanaşmışdır. Ümumiləşdirmələr əsasında dövlət və dil, dövlət və dil quruculuğu prosesində Azərbaycan dilinin inkişaf istiqamətləri və aparılan dil siyasətində Heydər Əliyevin konsepsiyasının özünəməxsusluğu əsaslandırılır. Heydər Əliyevin dil konsepsiyasında dövlət dili anlayışı geniş məna ifadə edir. Bu anlayışda dilin bütün istiqamətlərdə inkişafı ifadə edilir. Əsərdə aparılan təhlillər göstərir ki, bu anlayışın məntiqi dərki Heydər Əliyevin dil siyasətində genişliyi ilə öz ifadəsini tapmışdır. Kimlik vəsiqəmiz olan Azər­bay­can di­linin qə­dim­li­yi, zən­gin­li­yi və bu dil­də da­nı­şan xal­qın bö­yük po­ten­sia­lı onu hə­mi­şə ya­şat­mış­dır. Əsərdə apa­rı­lan təh­lil­lər­dən ay­dın olur ki, bu si­ya­sət Azər­bay­can di­li­ni döv­lət­çi­lik­də, in­zi­ba­ti-ida­rə sis­te­min­də, elm­də, mə­də­niy­yət­də, maa­rif­də inkişafını təmin etməklə di­lin funk­sio­nal­laş­ma­sına səbəb olmuşdur. Milli di­lin zən­gin­lik­lə­ri, mil­li var­lıq və bir­li­yin ya­ra­dıl­ma­sın­da əsas vasitə ol­ma­sı nə­zə­rə alı­na­raq döv­lət­çilik sə­viy­yə­sin­də in­ki­şa­fı­nın tə­min olun­ma­sı siya­sə­ti apa­rılmışdır.

Monoqrafiyada Heydər Əliyevin dövlət dili siyasətinin əsas prinsipləri ilə bağlı irəli sürülən və zəngin faktlarla əsaslandırılan dövlətçilik və dil haqqında müddəalar azərbaycançılıq ideologiyasının son illərdəki nailiyyətlərinin parlaq təzahürüdür. Professor Mahirə Hüseynova və professor Sayalı Sadıqovanın "Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” əsəri milli varlığımız olan Azərbaycan dilinin möhkəm təməllər üzərində inkişaf etdiyinin və daha möhtəşəm gələcəyə çağırışın ifadəsidir.

TƏHSİL MEDİA

Oxşar xəbərlər

Bütün xəbərlər