Xəbər lentiwidget-title-icon

İmtahan nəticələri aşağı düşərsə, blok sualları asanlaşacaq?
DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək
Nazir müavini Lənkəranda vətəndaşları qəbul edəcək
AzMİU QS 2026 reytinqində dizayn sahəsi üzrə ölkə lideri oldu
“Zəkaların mübarizəsi II” olimpiadası başlayır!
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ
Soyqırımı qurbanlarının nurlu xatirsəni ehtiramla yad edirəm
Mart soyqırımından 108 il ÖTÜR
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
Bu universitetlərin Bakıdan köçürülməsi məqsədəuyğundur - Deputatlardan təklif
31 Mart tarixin unudulmayan qanlı səhifəsidir
1918-ci il qırğınları erməni vandalizminin qanlı izləridi
Universitetlər təhdidlər səbəbilə onlayn təhsilə keçdi
Bu gün Beynəlxalq Sıfır Tullantı Günüdür
Sabahdan bütün təhsil müəssisələrində tədris BAŞLAYIR
Tələbələri müdafiə edən müəllimə YENİDƏN HƏDƏFDƏ... - SUSDURMAQ İSTƏYİRLƏR...
ETN-nin dekorasiya siyasəti bir yağışa dözməz... - FAKT BUDUR!
Yeniyetmə voleybolçular çempionatda qalib olub
Qarabağ Universiteti tələbələri Vaşinqton və Vyanada yarışır
Rasim Balayev vəfat edib
"Novruz- 2026" düşərgəsi çərçivəsində İlqar Fəhmi ilə görüş keçirilib
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
"Uşaq 3 yaşından etibarən təhsilə başlamalıdır"-TƏKLİF
Bu ölkə süni intellekt və televizoru uşaqlara qadağan etdi

Nazir müavini "Gələcək təhsil liderləri" müsabiqəsinin mükafatlandırma mərasimində iştirak edib

Nazir müavini "Gələcək təhsil liderləri" müsabiqəsinin mükafatlandırma mərasimində iştirak edib

Nazir müavini "Gələcək təhsil liderləri" müsabiqəsinin mükafatlandırma mərasimində iştirak edib
Mayın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Gələcək təhsil liderləri” müsabiqəsinin II mövsümünün bağlanış və mükafatlandırma mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Elnur Əliyev, "bp"nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, eləcə də digər rəsmi qonaqlar, təhsil ictimaiyyəti və ekspertlər iştirak ediblər.

Əvvəlcə layihə rəhbəri, ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev müsabiqə ilə bağlı geniş təqdimatla çıxış edib. Bildirib ki, müsabiqə ali təhsil müəssisələri arasında ilk dəfə ADPU-da 2024-cü ildən keçirilir. “bp Azərbaycan” şirkətinin sponsorluğu ilə keçirilən müsabiqənin I mövsümünün qaliblərinin mentorluq proqramı uğurla tamamlanıb, eləcə də 2025-ci ilin fevral-may ayları ərzində müsabiqənin II mövsümü təşkil olunub.

ADPU-nun rektoru Cəfər Cəfərov müsabiqənin məqsədlərindən danışaraq bildirib ki, ilk növbədə istedadlı və liderlik bacarığı olan tələbələri aşkarlayıb onların şəxsi inkişafına dəstək verməyi planlaşdırıblar. Universitetin kadr ehtiyatının formalaşdırılması üçün tələbələrin potensialını aşkarlamaq, məzunları müxtəlif yollarla universitetin idarəçiliyinə cəlb etmək müsabiqənin məqsədlərindən olub. Rektor tələbələrə uğur arzulayaraq illər keçdikcə layihənin əhatə dairəsinin artacağına və Azərbaycan təhsilinə töhfə verəcək yeni nəsil liderlərin yetişdirilməsində rol oynayacağına inamını ifadə edib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, ölkənin siyasi və sosial-iqtisadi istiqamətlərinin inkişafı şəraitində cəmiyyətin müxtəlif sahələrində potensial liderlərin formalaşması problemi aktuallaşır. Millətin istedadlı liderləri fondunun yaradılması probleminin həlli – effektiv liderlərin formalaşmasına şərait yaradan mühitin yaradılması olacaq. Hazırda peşə təhsili qarşısında yalnız əmək bazarını kompetent mütəxəssislərlə təmin etmək deyil, həm də şəxsi inkişaf və peşəkar yüksəliş imkanlarını təmin etmək vəzifəsi durur. Bu da liderlik keyfiyyətləri aydın şəkildə formalaşmış şəxslərin inkişafını da əhatə edir.

Təhsilin gələcək liderlərindən tələb olunan keyfiyyətlərə toxunan nazir müavini əlavə edib ki, bizi gələcəkdə hansı çağırışların, necə problemlərin gözlədiyini bilmirik və bu baxımdan qarşıya çıxacaq istənilən problemi həll etməyi bacaran məzunlar olmalıdır. Firudin Qurbanov qeyd edib ki, tələbələr üçün liderlik, ilk növbədə, sosial fəallıq və ya aktiv həyat mövqeyi deməkdir. Bu, ali məktəbi yeni bitirən gənc üçün son dərəcə faydalıdır. Çünki belə mövqe işəgötürənlərin marağındadır. Sosial cəhətdən fəal tələbələr arasında bugünkü liderlər gələcəkdə rəhbər, ictimai və siyasi liderlər kimi cəmiyyətdə və sosial institutlarda fəaliyyət göstərə bilərlər.

Nazir müavini qeyd edib ki, təhsili ictimai fəaliyyətlə uğurla birləşdirən tələbənin gələcəkdə kollektivi idarə etməsi və ya ən azı onun qeyri-rəsmi liderinə çevrilməsi ehtimalı daha yüksəkdir. Belə tələbə kollektivin psixoloji atmosferinə, şəxslərarası münasibətlərə, əməkdaşların vəzifələrini yerinə yetirmə keyfiyyətinə və sürətinə təsir edə bilər.“bp"nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli öz növbəsində bildirib ki, təmsil etdiyi şirkət iqtisadi fəaliyyəti ilə yanaşı, cəmiyyətin sosial həyatında da yaxından iştirak etməyə çalışır və şirkətin sosial fəaliyyətinin əsas hissəsi təhsil sektorundadır. Həyata keçirilən layihələrin 75 faizi təhsillə bağlıdır. Bəxtiyar Aslanbəyli bu müsabiqənin qaliblərinin gələcək müəllimlər nəslinin formalaşmasında mühüm rol oynayacaqlarına əminliyini ifadə edib.

Fərhad Hacıyev isə çıxışında deyib ki, “Yüksəliş” müsabiqəsi bir ənənə formalaşdırıb və “Gələcək təhsil liderləri” bu ənənəni davam etdirir. O, müsabiqə qalibləri və ADPU tələbələrinə “Yüksəliş”ə qoşulmağı tövsiyə edib.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinin müşaviri Aliyə Əliyeva çıxışında tələbələrin belə təşəbbüslərlə qeyri-formal bacarıqlarını inkişaf etdirməsinin olduqca müsbət bir tendensiya olduğunu vurğulayıb.

Sonda “Sən də bacararsan!” şüarı ilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb.

Tədbirdə həm də müsabiqənin İşçi qrupunun üzvləri, ekspertləri və ötən ilin qalibi olaraq mentorluq proqramını uğurla tamamlayan tələbə və məzunlar mükafatlandırılıblar.
Tədbir bədii hissə ilə yekunlaşıb

Oxşar xəbərlər

Bütün xəbərlər