Xəbər lentiwidget-title-icon

“Əlaçı” televiziya layihəsinin seçim turuna qeydiyyat BAŞLADI
Şagirdlər arasında texnoloji olimpiada keçirilib
Sertifikasiya imtahanları: bu fənn müəllimləri üçün riskli OLACAQ
ADNSU tələbələri beynəlxalq hakatonda birinci yerə layiq görülüblər
Emin Əmrullayev Yunanıstan səfiri ilə görüşüb
Disleksiya: oxuma çətinliyi, yoxsa fərqli öyrənmə tərzi?
Bu gün Beynəlxalq Yer kürəsi Günüdür
Şagirdlər üçün “Mənim qəhrəmanım” müsabiqəsi elan olunub
MDU-dan daha bir uğurlu əməkdaşlıq: Tələbələr PUA hazırlayacaq
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri AÇIQLANDI
Xaçmaz təhsil sektorunun müdiri vəzifəsindən azad EDİLDİ
Sumqayıtda “Esmanur” uşaq bağçası ilə bağlı narazılıq: Valideynlər qida keyfiyyətindən şikayət edir
Şəmkir məktəblisi Mançester Universitetinə qəbul olub
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə TƏYİNAT
BŞTİ-də yeni kadr təyinatı olub
55 mindən çox şagird buraxılış imtahanı verəcək
UFAZ bütün abituriyentləri bakalavr proqramları üzrə keçiriləcək Açıq Qapı Gününə dəvət edir
İnternat məktəbinin yataqxanasında yanğın olub
Qayda pozan şagirdlərə ikinci şans verilirmi? - DİM AÇIQLADI
Vəkilliyə qəbul üzrə test imtahanı keçiriləcək
VI Azərbaycan Astronomiya Olimpiadasının finalı keçiriləcək
“Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışının region mərhələsi keçirilib
Qalmaqallı şəkildə işdən çıxarılan bağça direktoru sifarişlə bərait alır?
Məktəblilərimiz XVII Beynəlxalq İnformatika Turnirində uğur qazanıblar
73 saylı tam orta məktəbin önündə İNSİDENT – Valideynlər arasında BIÇAQLANMA !

Sertifikasiya imtahanları: bu fənn müəllimləri üçün riskli OLACAQ

Ötən il keçirilən müəllimlərin sertifikasiya imtahanında kimya və biologiya müəllimlərinin nəticələri gözlənildiyi qədər uğurlu olmadı. Bu il isə təsviri incəsənət, texnologiya, fiziki tərbiyə, musiqi və tarix fənləri üzrə müəllimlər imtahana qatılacaqlar.

Maraqlıdır, ən çox hansı sahə üzrə müəllimlər imtahandan uğurla keçə bilməyəcək?

AzEdu.az-a açıqlama verən Hədəf Liseyi icraçı direktoru Elmin Yaqubbəyli qeyd edib ki,müəllimlərin sertifikasiya imtahanlarının ötən ilki nəticələri göstərdi ki, bəzi fənlər üzrə gözləntilər özünü doğrultmadı:

"Xüsusilə kimya və biologiya müəllimlərinin nəticələri digər sahələrlə müqayisədə daha zəif oldu və bu, təhsil ictimaiyyətində ciddi müzakirələrə səbəb oldu.Rəsmi statistikaya əsasən, biologiya müəllimlərinin təxminən 83%-i, kimya müəllimlərinin isə 85%-i uğur qazana bilib.

Bu isə o deməkdir ki, hər iki fənn üzrə 15-17% arası müəllim imtahandan keçə bilməyib. Fizika fənnində nəticələr nisbətən yaxşı olsa da (təxminən 88% uğur), ümumi mənzərədə bütün fənlər üzrə müəllimlərin yalnız 68%-i sertifikasiyadan keçə bilib. Yəni təxminən hər üç müəllimdən biri uğursuz nəticə göstərib.

Bu rəqəmlər vacib bir məqamı ortaya qoyur: zəif nəticələr konkret bir fəndən çox, həmin fənnin imtahan formatına uyğunluğu ilə bağlıdır. Təhlillər göstərir ki, analitik düşüncə və tətbiq bacarığı tələb edən, eyni zamanda ağır nəzəri bazaya malik fənlərdə nəticələr daha aşağı olur.Bu il sertifikasiya imtahanlarına təsviri incəsənət, texnologiya, fiziki tərbiyə, musiqi və tarix müəllimləri qatılacaqlar. Keçmiş statistikanın verdiyi mesaj isə aydındır: praktik yönümlü fənlərin müəllimləri test tipli, nəzəri əsaslı imtahanlarda daha çox çətinlik çəkə bilirlər".

"Bu baxımdan, texnologiya və fiziki tərbiyə fənləri daha riskli sahələr kimi qiymətləndirilir",- deyə həmsöhbətimiz fikrinə əlavə edib:

"Çünki bu fənlərdə tədris əsasən praktik bacarıqlara söykənir, imtahan isə nəzəri bilikləri ölçür. Təsviri incəsənət və musiqi fənləri üzrə müəllimlər isə orta risk qrupunda hesab olunur. Burada həm praktik, həm də nəzəri komponent mövcuddur. Tarix fənni isə ənənəvi olaraq nəzəri və yaddaşa əsaslandığı üçün test formatına daha uyğun sayılır və bu sahədə nəticələrin nisbətən stabil olacağı gözlənilir.

Yekun olaraq, ötən ilin statistikası belə bir ümumi nəticəyə gəlməyə əsas verir: imtahanda ən zəif nəticələr adətən praktik yönümlü, lakin nəzəri testlə qiymətləndirilən fənlərdə qeydə alınır. Bu tendensiya davam edərsə, bu il ən çox çətinlik çəkə biləcək müəllimlər texnologiya və fiziki tərbiyə sahəsində çalışanlar ola bilər. Bununla belə, yekun nəticələr müəllimlərin fərdi hazırlıq səviyyəsindən və imtahanın məzmunundan asılı olaraq formalaşacaq".

Oxşar xəbərlər

Bütün xəbərlər