Xəbər lentiwidget-title-icon

Bazar günü 52 mindən çox şagird imtahan verəcək
DSX-nın Xüsusi Məktəbinə qəbulun nəticələri bu tarixdə elan ediləcək
Bakıda tələbələr üçün əmək yarmarkası keçirilib
Biləsuvarda məktəblərin birləşdirilməsi ciddi narazılıq yaratdı
DİM-də təlim: “Ünsiyyət bacarıqlarının inkişafı”
Məhkəmə Eşqi Bağırova 1 ay vaxt verdi
Bağça müəllimlərinin yerdəyişməsi başlayır
Diplomun rəngi tarix olur - “Tələbələrin motivasiyası sarsıla bilər”
Birinci sinfə qəbulun vaxtı UZADILDI
Şəki liseyində rekord nəticə: bir sinfin bütün şagirdləri müsabiqədə UĞUR QAZANDI
Bakı Təhsil İdarəsində yeni müavinlər - Kollektivə təqdim olundular
Müəllimləri təhdid edirlər? Bu zorakılığın səbəbi...
Təhsil məmurları “Rektorlar Forumu”ndan nə öyrənəcəklər?
Müəllimləri təhdid edirlər? Bu zorakılığın səbəbi...
Universitetdə imtahanlar ləğv edildi-TƏCİLİ
Qazaxıstan və Azərbaycan ali məktəblərinin II Rektorlar Forumu keçirilib
"BilBacar"ın IV “Yarış” mərhələsinə start verilib
Emin Əmrullayev qazaxıstanlı həmkarı ilə görüşüb
UNEC-də qızların elmə marağının artırılması üçün yeni layihə hazırlanır
LDU-da “Fibonacci” İntellektual oyunu keçirilib
Növbəti sertifikasiyada riskli qrup: ən çox kəsiləcək MÜƏLLİMLƏR
DİM mübahisəli sualla bağlı açıqlama yaydı - Foto dim-mubahiseli-sualla-bagli-aciqlama-yaydi
SUMQAYITDA "TƏHSİL MAFİYASI": 23 SAYLI MƏKTƏBDƏ SAXTA JURNALLAR VƏ ŞAGİRD ALVERİ İFŞA OLUNDU!
ŞƏFQƏTİN NURUNDA
Sabirabadda Təhsil "Mafiyası": Direktor Murad Dəmirovun Qanunsuzluqlarına Kim "Yaşıl İşıq" Yandırır? FOTOFAKT

Təhsil məmurları “Rektorlar Forumu”ndan nə öyrənəcəklər?



KİV-lər yazır ki, aprelin 6-da Qazaxıstan Respublikası Almatı şəhərində keçirilən “II Rektorlar Forumu” çərçivəsində elm və təhsil naziri E. Əmrullayev bu ölkənin elm və ali təhsil naziri Sayasat Nurbek ilə görüşüb. Görüş çərçivəsində Qazaxıstan Respublikası ilə ikitərəfli əməkdaşlıq, eləcə də elm və ali təhsil sahəsində inkişaf perspektivləri müzakirə edilib. Qazaxıstanın Beynəlxalq İnnovasiya və Texnologiya Universitetində (InnoTech) yaradılmış şəraitlə tanışlıq olub.Belə səfərlər faydalıdır, ibrət götürən olsa. Qazaxıstan bir çox sahələrdə, xüsusən də elm, təhsil, texnologiya, süni intellekt sahəsində bizdən xeyli irəlidədir.

Elm və təhsil sahəsində onlardan ən azı 15 il geriyik ( hərçənd 35 il əvvəl eyni start vəziyyətdə idik). Bizim ETN onlardan çox şey öyrənə bilər, öyrənməlidir də (əgər inkişaf etmək istəyirlərsə). Məncə öyrənməyəcəklər heç nə, çünki, ETN-nin 30 illik fəaliyyəti göstərir ki, bu qurumun tarixi inkişaf yox, tənəzzül tarixidir, necə deyərlər, “pir mənimdir, kəramətinə bələdəm”.

Görünən budur ki, ETN nə inkişaf istəyir, nə iş bacarır, nə də öyrənmək istəyir, bu haqda əvvəllər çox yazmışıq.

Qazaxlar bizim ETN-dən fərqli olaraq, yerli və xarici ekspertlərlə əməkdaşlığa, müzakirəyə, diskussiyay daim açıqdırlar.

Bizim menecerlər ekspertlərlə əməkdaşlıq etmir (özlərinin yaratdığı “ekspert”lər istisna olaraq, “axsaq atın kor nalbəndi” olar). Nazir “mən ölkədə təhsil eksperti tanımıram” kimi həm gülməli, həm də qüssəli (qüssəli, çünki, xalqın potensialını aşağılayır, qabiliyyətini şübhə altına alır, gülməli, çünki, ETN 35 ildə 10 milyonluq xalqdan 3-4 nəfər ekspert hazırlaya bilməyib, bəs onda nə edib?) fikirlər deyir.

Qazaxstanda reallaşan təhsil islahatları sistemli, davamlı və dinamikdir. Son illər universitetlərin QS reytinq cədvəlində Qazaxstanın xeyli universiteti TOP 1500 sıralamasında mövqe tutmuşdur (35+ universitet). Onlar bizdən fərqli olaraq, manipulyasiya ilə deyil, real və faydalı layihələr icra edərək inkişaf etmişdir. Qazaxıstanda elə universitetlər var ki, bir ildə yüzlərlə qrant alıb (yerli və beynəlxalq). Bu sıralamada xeyli əyalət universitetləri də təmsil olunub.

İllərdir ki, Qazaxstan universitetlərinin inkişaf dinamikasını izləyirəm. Bu maraq 2011-ci ildə Qazaxstanda qısamüddətli ezamiyyədə olmağım, onların təcrübəsi ilə ilkin tanışlığımla daha da artıb.QR Toraygirov adına Pavlador Dövlət Universiteti (Toraighyrov university (TOU)) Beynəlxalq Əlaqələr Departamentinin dəvəti ilə, əcnəbi mühazirəçi qismində bu universitetə səfər etmiş, işləri ilə tanış olmuşdum.

Bir həftə davam edən səfər çərçivəsində QR TOU professor-müəllim, magistr və bakalavrları üçün “Universitetlərdə innovativ təhsilin inkişafı” problemlərinə dair 24 saat həcmində mühazirə oxuduq (əslində bu mövzuda maariflənməyə bizim universitetlərin və ETN-nin daha çox ehtiyacı var, bu haqda ayrıca məqaləmiz olacaq, inşaallah). Bu səfərin maliyyələşməsi baş ofisi Çexiyada yerləşən “Təhsilin İnkişafı Beynəlxalq Fondu” tərəfindən edilmişdi bütün ezamiyyə xərcləri (o cümlədən 24 saat mühazirənin hər saatına 50 avro ödəniş). O vaxt bu 1 həftəlik dərsin ödənişi mənim ondakı 3 aylıq, indiki 2,5 aylıq, nazirimizin isə indiki 4 günlük maaşıdır.

Maraqlıdır, onlarda da görəsən nazir professordan 10-12 dəfə çox maaş alır? Əslində Siyasət Nurbek müəllimə bu maaş düşür, çünki onların təhsili inkişafdadır, tənəzzüldə deyil, amma onlarda belə “sosial ədalət”in olmasına da heç inanmıram.PDU mənim səfərim haqqında, o vaxt öz saytında məlumat dərc etmişdi.

Səfər müddətində universitetin rəhbərliyi, kafedra müdirləri, eləcə də professor-müəllim heyəti ilə görüşlər keçirdik, universitetin nəznindəki “Qazaxstan tarixi” muzey kompleksində olduq. Bu muzeydə Qazaxıstan dövlətinin yaranma tarixi, qazax xalqının yaranması, təşəkkülü, köçərilərin mədəniyyəti, adət-ənənələri və məişəti ilə yaxından tanış olduq.

Qeyd edək ki, belə muzeylər tələbələrin vətənpərvərlik ruhunda tərbiyə almasında mühüm rola malikdir. Hesab edirəm ki, bizim universitetlərdə də, xüsusən də yeni yaranan “Qarabağ Universiteti”ndə belə tarix-diyarşünaslıq muzey kompleksinin yaradılmasına ehtiyac var.

Universitetin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədi ilə TOU-nun elm və texnologiyalar parkında da olduq. Artıq 2011-ci ildə bu universitetdə Texnopark var idi və onun illik dövriyyəsi bir neçə milyon dollar idi.Hələ o vaxt onlar bizdən 10 il irəlidə idilər, sonrakı illlərdə onların universitetləri daha da irəli, təəssüf ki, biz daha da geriyə getdik. Bu haqda 2 il əvvəl “Qazaxstanın əyalət universitetləri dinamik inkişafdadır” adlı məqalə də yazmışdıq (link şərh bölümündə).

Bizim təhsil məmurları isə real iş görmək əvəzinə, hələ də primitiv manipulyasiyalarla QS və digər cədvəllərdə “irəliləmək” yollarını axtarırlar, bəzən də ictimaiyyəti bu yolla çaşdıra da bilirlər.

Təhsil məmurlarımız bu səfərdə qazaxıstanlı həmkarlarından universitetlərin inkişafını dəstəkləmək yollarını, qrant siyasəti qurmağı, bunu şəffaf və ədalətlə aparmağı, alimlərin elmi-metodik layihələrinin dəstəklənməsini öyrənsələr yaxşı olar.

ETN məmurları getmişkən Qazaxıstan universitetlərində elm və təhsilə ayrılan qrant pullarının məbləği ilə təmir-tikintiyə ayrılan məbləğin müqayisəsini etsələr yaxşı olar. Bizim reallıqda 1% qrant, 99 % təmir işlərinə, onlarda isə maliyyənin 90% qranta, 10 % təmirə sərf edildiyini görərlər.Həm də qazaxlardan soruşsunlar ki, onlarda da, bizdəki kimi “TİF Fondu” var? Onlar da Universitetləri soyub, Fonda yığdıqları pulları bizim kimi əhəmiyyətsiz işlərə yönəldirlər? Yox.

Görəsən təhsil məmurları “II Rektorlar Forumu”ndan faydalı nələrsə öyrənə biləcəklərmi, yoxsa bu səfər də əvvəlki 30 ildəki səfərlər kimi sadəcə turist səfəri olacaq?

Ən əsası: təhsil məmurlarımız qazaxlardan gərək dövlətə və xalqa keyfiyyətli xidməti öyrənsinlər. Çünki, təhsil millətin gələcəyidir.

P.S. Bir il əvvəl Qazaxstan ETN nümayəndə heyəti Bakıda səfər olmuşdu. Onların səfərinə dair “Qazaxstan təhsil menecerlərinin bizim menecerlərdən fərqi” adlı məqalə yazmışdıq. İnternerdə var.

Dosent İlham Əhmədov

Oxşar xəbərlər


Bütün xəbərlər

Bazar günü 52 mindən çox şagird imtahan verəcək
DSX-nın Xüsusi Məktəbinə qəbulun nəticələri bu tarixdə elan ediləcək
Bakıda tələbələr üçün əmək yarmarkası keçirilib
Biləsuvarda məktəblərin birləşdirilməsi ciddi narazılıq yaratdı
DİM-də təlim: “Ünsiyyət bacarıqlarının inkişafı”
Məhkəmə Eşqi Bağırova 1 ay vaxt verdi
Bağça müəllimlərinin yerdəyişməsi başlayır
Diplomun rəngi tarix olur - “Tələbələrin motivasiyası sarsıla bilər”
Birinci sinfə qəbulun vaxtı UZADILDI
Şəki liseyində rekord nəticə: bir sinfin bütün şagirdləri müsabiqədə UĞUR QAZANDI
Bakı Təhsil İdarəsində yeni müavinlər - Kollektivə təqdim olundular
Müəllimləri təhdid edirlər? Bu zorakılığın səbəbi...
Təhsil məmurları “Rektorlar Forumu”ndan nə öyrənəcəklər?
Müəllimləri təhdid edirlər? Bu zorakılığın səbəbi...
Universitetdə imtahanlar ləğv edildi-TƏCİLİ
Qazaxıstan və Azərbaycan ali məktəblərinin II Rektorlar Forumu keçirilib
"BilBacar"ın IV “Yarış” mərhələsinə start verilib
Emin Əmrullayev qazaxıstanlı həmkarı ilə görüşüb
UNEC-də qızların elmə marağının artırılması üçün yeni layihə hazırlanır
LDU-da “Fibonacci” İntellektual oyunu keçirilib