Xəbər lentiwidget-title-icon

ETN və MÜTDA-nın yeni xaosu: TƏHSİL Hicablı müəllim və şagirdlərə qarşı
Töhmət alan məktəb direktoru işdən çıxarıldı
Əmrullayevin kadr siyasəti sərt tənqid olundur - "Sənan Mənsimli təhsilin əlifbasını da bilmir”
Məleykə Abbaszadə vəzifədən uzaqlaşdırılır -DİM-də geri sayım başladı
Kollec direktoru insanları təhqir etdi - "Sizin kimi toksik və qurdlu insanlar..." - FOTOFAKT
Niyə biz tədqiqat universiteti yarada bilmirik?
Leyla Əliyeva yeni şeirini təqdim etdi
Peşə Təhsil Mərkəzi rəsmi sayt üçün tender elan etdi
Kamran Əsədovun məhkəməsi davam etdirilib
Buraxılış imtahanında stres: şagirdlər panikanı necə idarə etməlidir?
DİM-də təlim təşkil olunub
​"Övladımızı müəllimdən yox, müəllimlə birlikdə qoruyaq!"
DİM-in nümayəndələri Niderlandda təlimdə iştirak ediblər
Bakı məktəbində ictimai müzakirələr - FOTOLAR
​"Riyaziyyatdan '5', İnsanlıqdan '0' almasınlar deyə..."
Valideyinin qabarmış əllərini nəzərə alaraq sual tərtib edin.
“Yaxşı olardı ki, məzunlar bu qədər sıxışdırılmazdı” - Təhsil ekspertindən ETİRAZ
İmtahandan maksimum nəticə göstərənlər olacaq? - PROQNOZ
Rezidenturaya qəbul imtahanının TARİXİ
IV “Maarifçi” təcrübə proqramına qeydiyyat başlayır
DİM kollektivi niyə bu qədər savadsızdır?
Sumqayıt 28 nömrəli məktəbdən sevindirici xəbər
“Bu tip sualları ancaq bizim təhsildən uzaq müəllim heyəti tərtib edə bilərdi” - Emma İbrahimova
Elm və Təhsil Nazirliyinin təhsildə rasionallaşma təşəbbüslərinin faydası olacaq?..-EKSPERT
Şagirdlərdən Milli Teatr Günü ilə bağlı səhnəcik

Kibertəhlükəsizlik üzrə təhsil: yeni dərsliklər və ixtisaslar hazırlanmalıdır

"Prezident İlham Əliyevin “Azərbaycan yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər ölkəmizin rəqəmsal transformasiya prosesinə sistemli və uzaqgörən yanaşmasının bariz nümunəsidir".

Bu fikirləri AzEdu.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Vasif Qafarov qeyd edib.

Deputat bildirib ki, dövlət başçısının xüsusilə kadr hazırlığının gücləndirilməsini əsas vəzifələrdən biri kimi qeyd etməsi, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində gələcəkdə kadrlara böyük ehtiyac olacağını vurğulaması Azərbaycanın strateji inkişaf kursunun nə qədər düzgün və zamanın çağırışlarına uyğun qurulduğunu bir daha göstərir:

"Bu gün dünyada rəqəmsal infrastrukturun, süni intellektin, böyük verilənlər texnologiyalarının və kibermühitin sürətlə inkişaf etdiyi bir şəraitdə informasiya təhlükəsizliyi artıq təkcə texniki məsələ deyil, milli təhlükəsizlik anlayışının ayrılmaz tərkib hissəsinə çevrilib. Məhz bu reallığı nəzərə alaraq Prezident İlham Əliyevin kadr potensialının artırılmasını prioritet kimi müəyyən etməsi, Azərbaycan dövlətinin gələcəyi düşünən və uzunmüddətli hədəflərə əsaslanan siyasət apardığını təsdiqləyir.

Prezidentin fikirlərindən aydın olur ki, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsi təkcə bir ixtisas kimi deyil, bir sıra ali təhsil istiqamətlərinin tərkibində inteqrasiya olunmalı strateji bilik sahəsi kimi formalaşdırılmalıdır. Bu baxımdan informasiya texnologiyaları, kompüter elmləri, kompüter mühəndisliyi, proqram mühəndisliyi, telekommunikasiya və şəbəkə texnologiyaları, elektronika və avtomatika kimi texniki sahələrlə yanaşı, dövlət və ictimai idarəetmə, hüquq, beynəlxalq münasibətlər kimi istiqamətlərdə də rəqəmsal təhlükəsizlik, kiber hüquq, strateji kommunikasiya və informasiya mühiti ilə bağlı müasir tədris modullarının tətbiqi xüsusi əhəmiyyət daşıyır".

Dövlət xətti ilə xaricə göndərilən tələbələrin də məhz bu sahələr üzrə ixtisaslaşması Azərbaycanın gələcəkdə rəqəmsal dayanıqlığını təmin edən əsas amillərdən birinə çevrilə bilər

"Eyni zamanda Prezident İlham Əliyevin orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına dəyişikliklərin edilməsinin vacibliyini vurğulaması, kadr hazırlığının yalnız ali təhsillə məhdudlaşmayan, daha erkən mərhələdən başlanmalı olan strateji proses kimi dəyərləndirildiyini göstərir. Bu istiqamətdə informatika fənninin məzmununun yenilənməsi, rəqəmsal savadlılıq və kibertəhlükəsizlik əsasları kimi mövzuların tədrisə daxil edilməsi, şagirdlərə şəxsi məlumatların qorunması, təhlükəsiz internet istifadəsi, kibermühitdə risklərin tanınması və alqoritmik düşüncə bacarıqlarının aşılanması gələcək nəsillərin daha hazırlıqlı yetişməsinə ciddi töhfə verə bilər.

Beləliklə, Prezident İlham Əliyevin bu sahədə səsləndirdiyi fikirlər bir daha sübut edir ki, Azərbaycan rəqəmsal inkişafı sadəcə texnoloji yenilənmə kimi deyil, milli inkişaf strategiyasının əsas sütunu kimi qəbul edir. Dövlət başçısının kadr hazırlığına, təhsil sisteminin yenilənməsinə və kibertəhlükəsizlik sahəsinin gücləndirilməsinə dair çağırışları Azərbaycanın rəqəmsal gələcəyinin möhkəm təməl üzərində qurulmasına xidmət edir və ölkəmizin müasir dövrün çağırışlarına tam cavab verən, strateji düşünülmüş inkişaf kursuna malik olduğunu bir daha nümayiş etdirir".

Oxşar xəbərlər

Bütün xəbərlər