Xəbər lentiwidget-title-icon

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

Qiymətləndirmə motivasiyanı öldürür? - Azərbaycanda yeni yanaşma VACİBDİR

Qiymətləndirmə motivasiyanı öldürür? - Azərbaycanda yeni yanaşma VACİBDİR
Azərbaycanda orta və ali təhsil sistemində qiymətləndirmə sistemi təhsilalanların bilik, bacarıq və səriştələrinin obyektiv ölçülməsinə xidmət edir. Bu sistem şagird və tələbələrin akademik nailiyyətlərini müəyyənləşdirməklə yanaşı, tədris prosesinin keyfiyyətinin artırılmasına və nəticəyönümlü təhsilin formalaşmasına mühüm təsir göstərir.

Hazırkı qiymətləndirmə sistemi şagird və tələbələrin motivasiyasını artırmaq baxımından nə dərəcədə effektivdir?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev qeyd edib ki, təhsil sistemində qiymətləndirmə çox zaman sadəcə “şagirdin biliyini ölçmək” kimi dar çərçivədə başa düşülür:

176013

"Halbuki müasir pedaqogikada qiymətləndirmə yalnız ölçmə aləti deyil. O, öyrənməni formalaşdıran, motivasiya yaradan və bütöv bir sistemi idarə edən əsas mexanizmdir. Bu nöqtədə strateji sual ortaya çıxır: Azərbaycanın təhsili necə bir insan kapitalı yetişdirməlidir və qiymətləndirmə sistemi bu məqsədə nə dərəcədə xidmət edir?

Effektiv qiymətləndirmə sistemi şagird və tələbənin real öyrənmə səviyyəsini ortaya çıxarmalı, müəllim və tədris proqramının keyfiyyətini göstərməli, öyrənəni inkişaf üçün istiqamətləndirməli, təhsil sistemində ədalətlilik və şəffaflıq yaratmalı kimi bir neçə əsas funksiyanı yerinə yetirməlidir.

Bu funksiyalar yerinə yetirilmədikdə qiymətləndirmə formal rəqəmlər toplusuna, hətta bəzən motivasiya öldürücü amilə çevrilir. Azərbaycan təhsil sistemində istifadə olunmağa başlanan 100 ballıq qiymətləndirmə sistemi nə mahiyyətcə pisdir, nə də avtomatik effektivdir. Onun təsiri tətbiq formasından asılıdır.

Bu sistemin potensial üstünlükləri inkişafın incə mərhələlərini göstərmək imkanı, çoxkomponentli qiymətləndirməyə uyğunluğu və statistik analiz - müqayisə rahatlığının olmasıdır. Sistemin əsas riskləri isə saxta dəqiqlik (73 ilə 77 arasındakı fərqin real məzmunu yoxdur), yalnız nəticəyə fokuslanma və biliklə bacarığın qarışdırılmasıdır. Deməli, problem balın sayında yox, balın necə mənalandırılmasındadır.

Edvard Deci və Riçard Ryan tərəfindən hazırlanmış, insanın daxili motivasiyasını nəyin hərəkətə gətirdiyini izah edən ən güclü psixoloji çərçivələrdən biri olan Self-Determination Theory (Öz Müqəddəratını Təyin Etmə Nəzəriyyəsi) göstərir ki, motivasiya üç əsas sütun üzərində qurulur: seçim imkanı (autonomy), bacarıq hissi (competence) və mənalandırma - əlaqəndirmə - aidiyyat (relatedness). Qiymətləndirmə bu üç elementi dəstəklədikdə öyrənmə davamlı olur.

Qiymətləndirmədə motivasiyanı artıran əsas mexanizmlər balın inkişaf göstəricisi kimi təqdim olunması, qiymətin alt-komponentlərə bölünməsi, inkişaf (growth) balının tətbiqi, alternativ tapşırıq və qiymətləndirmə yolları, yenidən təqdimetmə və düzəliş imkanlarının olmasındadır. Bu halda bal cəza aləti yox, dialoq və inkişaf vasitəsinə çevrilir. Finlandiya, Almaniya, ABŞ, Yaponiya və Sinqapur təcrübəsi göstərir ki, uğurlu ölkələr eyni sistemi yox, eyni sualı əsas götürürlər: “Biz necə insan yetişdiririk?”

Məhz bu kontekstdə ölkələrə baxdığımız zaman: Finlandiya - inkişaf və etibara əsaslanan, Almaniya - struktur və erkən istiqamətləndirməyə əsaslanan, ABŞ - performans və seçim azadlığına əsaslanan, Yaponiya - əmək, intizam və kollektiv məsuliyyətə əsaslanan, Sinqapur - yüksək standart və dəqiq ölçməyə əsaslanan qiymətləndirmə təşkil edir. Bu modellərin hər biri müəyyən kontekstdə effektivdir, lakin heç biri birbaşa kopyalana bilməz".

Azərbaycan reallığı üçün ən məqsədəuyğun model inkişafyönümlü hibrid qiymətləndirmə sistemidir:

"Bu sistemə əsasən ibtidai təhsil səviyyəsi üzrə qiymətləndirmə rəqəmsiz, şərhli rəy və portfoliо, sosial-emosional inkişafın izlənməsi əsasında, orta təhsil səviyyəsi üzrə 100 ballıq sistem tətbiq olunmalı, summativ qiymətləndirmə maksimum 40%, formativ və proses əsaslı qiymətləndirmə minimum 60% və bacarıqlara bölünmüş bal sistemi əsasında, yuxarı siniflər və ali təhsil pilləsi üzrə isə kredit və GPA sistemi, layihə, tədqiqat və portfoliо əsaslı qiymətləndirmə və standart imtahanlar əsasında təşkil olunmalıdır.

Sistemin işləməsi üçün vacib şərtlər isə milli səviyyədə standart rubrikalar, müəllimlər üçün qiymətləndirmə üzrə təkmilləşdirmə, rəqəmsal portfoliо və şəffaf hesabatlılıq, valideyn üçün sadə və izahlı qiymət hesabatı, məktəblərarası reytinqlər əvəzinə inkişaf göstəricilərinin formalaşdırılmasıdır. Əks halda ən yaxşı model belə kağız üzərində qalacaq və formal xarakter daşıyaraq effektiv nəticəsi olmayacaqdır.

Azərbaycan üçün qiymətləndirmə sistemi seçən yox, inkişaf etdirən, qorxudan yox, maraqdan doğan və rəqəmdən yox, mənadan başlayan olmalıdır. Əsl sual “neçə ballıq sistem olsun?” deyil, “bu qiymətləndirmə sistemi uşağın gələcəyinə nə qatır?” sualı olmalıdır. Biz seçən yox, inkişaf etdirən, qorxudan yox, maraq oyadan bir sistem qurmağa borcluyuq

Oxşar xəbərlər

Bütün xəbərlər