Xəbər lentiwidget-title-icon

Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb

Direktor həm müəllim, həm menecerdir -“bu yük hamıya uyğun deyil”

Direktor həm müəllim, həm menecerdir -“bu yük hamıya uyğun deyil”
Son dövrlərdə tez-tez rast gəlinən xəbərlərdən biri də orta məktəb direktorlarının vəzifədən uzaqlaşdırılması və ya töhmət alması ilə bağlıdır. Xüsusilə ötən il bu cür hallar kifayət qədər çox olub. Bir sıra hallarda direktorların rüşvət tələb etməsi, müəllimləri təhqir etməsi ilə bağlı sosial şəbəkələrdə video və səslər yayılmışdı.

Bu vəziyyətdə sual yaranır ki, orta məktəblərdə direktor problemi nədən qaynaqlanır və bu cür halların əsas səbəbləri hansılardır?

AzEdu.az-a mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova danışıb.

Müsahibimiz qeyd edib ki, direktor həm pedaqoq, həm menecer, həm psixoloq, həm də hüquqi məsul şəxs rolunu eyni anda daşıyır:

"Bu mövzu əslində cəmiyyətin sinir ucuna toxunan məsələlərdəndir. Son dövrlərdə məktəb direktorları ilə bağlı yayılan xəbərlər təsadüfi deyil, amma bunu yalnız “fərdi pozuntular” kimi təqdim etmək də mənzərəni tam əks etdirmir.

Birinci növbədə açıq demək lazımdır ki, direktor problemi təkcə bizə xas deyil. Dünya təcrübəsinə baxanda da görürük ki, məktəb idarəçiliyi ən çətin və ən çox məsuliyyət tələb edən sahələrdən biridir. Direktor həm pedaqoq, həm menecer, həm psixoloq, həm də hüquqi məsul şəxs rolunu eyni anda daşıyır. Bu yükü daşımağa hazır olmayan, idarəetmə bacarığı zəif olan şəxslər sistemin içində gec-tez problem yaradır.

Bizdə yaranan əsas səbəblərdən biri uzun illər direktor vəzifəsinə daha çox inzibati və formal yanaşma ilə baxılması olub. Yəni yaxşı müəllim olmaq avtomatik olaraq yaxşı direktor olmaq demək deyil. Halbuki inkişaf etmiş ölkələrdə direktor seçimi ciddi liderlik, etik davranış, kommunikasiya və komanda idarəetməsi bacarıqları əsasında aparılır. Məsələn, Finlandiya, Estoniya və Böyük Britaniyada direktorlar mütəmadi qiymətləndirmədən keçir, etik pozuntuya isə sıfır tolerantlıq var".

Sosial şəbəkələrdə yayılan videolar cəmiyyət üçün ağrılıdır:

"İkinci mühüm səbəb insan faktorudur. Təəssüf ki, bəzi hallarda şəxsi maraqlar, səlahiyyətdən sui-istifadə, müəllim və valideynlərlə düzgün ünsiyyət qura bilməmək kimi hallar üzə çıxır. Sosial şəbəkələrdə yayılan videolar cəmiyyət üçün ağrılıdır, amma eyni zamanda bir həqiqəti göstərir: artıq bu cür davranışlar gizli qalmır. Bu isə əslində müsbət siqnaldır sistem özü-özünü təmizləməyə başlayır.

Burada Elm və Təhsil Nazirliyinin mövqeyini də ədalətli şəkildə qeyd etmək lazımdır. Nazirlik son illər direktorların seçimi, qiymətləndirilməsi və fəaliyyətinə nəzarət mexanizmlərini xeyli gücləndirib. Müsabiqə yolu ilə təyinat, fəaliyyətin monitorinqi, şikayətlərin araşdırılması və zəruri hallarda sərt intizam tədbirlərinin görülməsi onu göstərir ki, bu hallara göz yumulmur. Vəzifədən uzaqlaşdırma və töhmətlər də məhz bu nəzarət mexanizmlərinin işlədiyinin göstəricisidir".

Direktorlar bəzən böyük təzyiq altında qalır: müəllim, valideyn, şagird, yerli icra, ictimaiyyət…

"Üçüncü məqam isə sistemin insanı tək buraxması riskidir. Direktorlar bəzən böyük təzyiq altında qalır: müəllim, valideyn, şagird, yerli icra, ictimaiyyət… Bu təzyiqi idarə etməyi bacarmayan rəhbər ya aqressivləşir, ya da yanlış yollara əl atır. Dünya təcrübəsində bu səbəbdən direktorlar üçün mentorluq, psixoloji dəstək və liderlik kouçluğu tətbiq olunur. Bizdə də bu istiqamətdə addımların atılması vacibdir.

Nəticə olaraq demək olar ki, problem nə yalnız direktorun özündədir, nə də tamamilə sistemdə. Bu, keçid dövrünün ağrılı mərhələsidir. Yaxşı tərəfi odur ki, artıq cəmiyyət susmur, nazirlik reaksiya verir və məsuliyyət mexanizmi işləyir. Məqsəd kimisə “ifşa etmək” yox, məktəbi sağlam, etik və təhlükəsiz idarə olunan bir mühitə çevirməkdir".

Oxşar xəbərlər

Bütün xəbərlər