Xəbər lentiwidget-title-icon

Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb

İmtahan Var, Amma… Sehirli Çubuq da İşləyir?

Laborant və kitabxanaçı vəzifələri üzrə imtahanlar keçirilir. Rəsmi qaydalar var, prosedurlar var, “şəffaflıq” deyilən anlayış var. Yaxşı, bəs onda necə olur ki, bəzi məktəblərdə müəllimlərin qızları, gəlinləri, qohum-əqrəbaları imtahansız laborant, kitabxanaçı kimi işə düzəlir?

Tehsilmedia.az bildirir ki, bu hal təkcə bölgələrdə deyil. Bakıda da eyni mənzərədir. Pul verilir və… bəli, iş həll olunur.
Bəs imtahansız olmurdu?

Bəs imtahan keçirilməyibsə, bu şəxslər hansı əsasla işə götürülür?

Bu adamın imtahandan keçməsinə dair sənəd hardadır?

Yoxdursa, o zaman bu işə götürmə hansı hüquqi mexanizmə əsaslanır?

Və ən əsas sual: verilən pul hara gedir?
Daha maraqlısı odur ki, eyni vəziyyət kitabxanaçılıq sahəsində də yaşandı. Bir vaxtlar “təhsili olmayanlar kənarlaşdırılır” deyildi. Sonra imtahan keçirildi. Hamı düşündü ki, artıq sistem işləyir. Amma yox… Görünür, bəzi yerlərdə sistem yox, sehirli çubuq işləyir.

Çünki nə qəribədirsə, imtahandan keçməyən, hətta bəzən müvafiq təhsili belə olmayan şəxslər birdən-birə kitabxanaçı kimi fəaliyyətə başlayır. Rəsmi prosedur bir tərəfdə qalır, qeyri-rəsmi yollar isə sürətlə açılır.
Bu, sadəcə bir işə düzəlmə məsələsi deyil.

Bu:
imtahandan keçib kənarda qalan insanların haqsızlığı,
dövlətin tətbiq etdiyi mexanizmlərin nüfuzdan salınması,
təhsildə ikili standartın açıq göstəricisidir.

Əgər imtahan formal xarakter daşıyırsa, niyə keçirilir?

Əgər imtahan əsasdırsa, imtahansız işə qəbul edənlər niyə görməzliyə vurulur?

Bu suallar cavabsız qaldıqca, “imtahan” anlayışı kağız üzərində qalacaq, real həyatda isə pulu olan keçəcək, bacarığı olan yox prinsipi işləməyə davam edəcək.

Və sonra təəccüblənirik ki, niyə sistemə inam yoxdur…

Oxşar xəbərlər

Bütün xəbərlər