Xəbər lentiwidget-title-icon

"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb
Təhsil üzrə bir sıra mühüm xidmətlər artıq "mygov"da
Cəbrayıl məktəblisi ardıcıl iki dəfə Avropa çempionu oldu
Nazir müavini “I Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” adlı beynəlxalq elmi konfransın açılışında iştirak edib
Təhsil silahdır, baxır kimin əlindədir – Dosent İlham Əhmədov
Yeni İnstitutlar: Elmi İnkişaf, yoxsa "Büdcə Tələsi"?
Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni əlaqələrində ortaq abidələrin tədqiqi – elmi konfrans
BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb

ŞİKAYƏT!!! BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecdə özbaşınalıq!

Tehsilmedia.az saytına daxil olan şikayəti olduğu kimi heç bir dəyişiklik etmədən sizlərə təqdim edirik.

Mən, Haşımli Nigar İsmayıl qızı, Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kollecdə dəftərxana müdiri vəzifəsində çalışıram. 09 iyul 2025-ci il tarixində kollecin direktoru vəzifəsinə Hicran Əyyubova təyin edildikdən qısa müddət sonra mənə qarşı sistemli şəkildə təzyiqlər göstərilməyə başlanmışdır.

Direktor təyinatından bir neçə gün sonra məndən öz xoşumla işdən çıxmağımı tələb etmiş, lakin mən bununla razılaşmadığımı dəfələrlə bildirmişəm. Buna baxmayaraq, rəhbərlik tərəfindən mənə qarşı müxtəlif formalarda psixoloji və inzibati təzyiqlər davam etdirilmişdir.

İlk olaraq, heç bir hüquqi əsas göstərilmədən maaşıma tətbiq olunan əlavələr ləğv edilmişdir. Bundan əlavə, əmək məzuniyyəti hüququmdan istifadə etmək üçün etdiyim çoxsaylı müraciətlər əsassız şəkildə rədd edilmişdir. İş şəraitim bilərəkdən çətinləşdirilmiş, çalışdığım otaq “təmir” bəhanəsi ilə iki dəfə dəyişdirilmişdir.

Baş verən qanun pozuntuları ilə bağlı Əmək Müfəttişliyi də daxil olmaqla müxtəlif dövlət qurumlarına şikayətlər etmişəm. Lakin təəssüf ki, müraciətlərimə effektiv və obyektiv baxılmamışdır. Şikayətlərimdən sonra direktor tərəfindən qanunsuz iclas təşkil edilmiş və mənə töhmət verilmişdir.
Hadisələrdən birində kollecin metodisti tərəfindən mənə qarşı əsassız hücum və təhqir edilmiş, lakin vəziyyəti gərginləşdirməmək üçün qarşıdurmadan yayınmışam. Buna baxmayaraq, təqsirkar tərəf olmamağıma rəğmən intizam tədbiri yenə mənə tətbiq edilmişdir.

Eyni zamanda, kollecin müavini Gülnar Kərimova tərəfindən mənə kollecin digər otaqlarına daxil olmağın qadağan edilməsi kimi hüquqi əsası olmayan göstəriş verilmişdir. Qeyd olunan addımlar işçinin əmək və insan hüquqlarının kobud şəkildə pozulmasıdır.

Hazırda direktor, bütün bu təzyiqlərə baxmayaraq işdən çıxmadığımı görərək, çalışdığım ştat vahidinin ləğv edilməsi təşəbbüsü ilə çıxış edir. Kollecin Həmkarlar İttifaqının sədri Nisə Əliyeva, mən xəstəlik vərəqəsində (bülleten) olduğum müddətdə mənə mesaj yazaraq, ştatın ləğv ediləcəyi ilə bağlı iclas keçiriləcəyini bildirmişdir. Təəssüf doğuran haldır ki, həmkarlar ittifaqı işçinin deyil, rəhbərliyin maraqlarını müdafiə edən mövqe sərgiləyir.
Direktor açıq şəkildə “hara şikayət edirsən et, mən yalnız agentliyə tabeyəm” ifadəsi ilə dövlət qanunlarının nüfuzunu şübhə altına alan yanaşma nümayiş etdirir. Kollecdə idarəetmənin şəxsi maraqlar əsasında qurulduğu təəssüratı yaranır.
Xüsusilə vurğulamaq istərdim ki, iki azyaşlı övladım var və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, 3 yaşına çatmamış uşağı olan qadının işdən azad edilməsi qadağandır. Buna baxmayaraq, bu hüquqi norma faktiki olaraq nəzərə alınmır.

Məlumata görə, direktor təyin olunduqdan sonra 30-dan çox işçi müxtəlif təzyiq və hədələrlə işdən uzaqlaşdırılmış, onların yerinə isə digər regionlardan (o cümlədən Tovuz kollecindən) işçilər gətirilmişdir. Bu proseslərin şəffaflığı və qanuniliyi ciddi suallar doğurur.

Nəticə etibarilə, kollecdə yaranmış vəziyyət əmək hüquqlarının sistemli şəkildə pozulması, dövlət nəzarət mexanizmlərinin isə faktiki olaraq işləməməsi problemini ortaya qoyur.
Sual yaranır:
İşçi hüquqlarının bu qədər açıq şəkildə pozulmasına niyə göz yumulur və vətəndaş hansı instansiyaya müraciət etməlidir ki, şikayətinə real baxılsın?

Oxşar xəbərlər

Bütün xəbərlər