Xəbər lentiwidget-title-icon

Təhsilin "Böyük Səhnəsi"ndə 7 İl: Emil Tağızadə ilə Eksklüziv Müsahibə
Bakıda Türk dünyası həftəsi keçiriləcək
Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq

Azərbaycanda universitetlər yoxlanılmalıdır – ADLAR

Azərbaycanda ali təhsil faktiki olaraq ödənişli sistem üzərində qurulub: təhsil haqqı ya birbaşa tələbə tərəfindən, ya da dövlət sifarişi çərçivəsində büdcə vəsaiti hesabına ödənilir və bu vəsait müəllim heyətinin maaşlarının formalaşmasına, eləcə də universitetlərin inzibati və texniki xərclərinin qarşılanmasına yönəldilir.

Lakin praktikada ziddiyyətli mənzərə yaranır. Son illər ali məktəblərdə illik təhsil haqlarının mərhələli şəkildə artmasına baxmayaraq, bir çox universitet auditoriyalarında ən elementar texniki vasitələrin - işlək proyektorların, müasir təqdimat imkanlarının çatışmazlığı qalmaqdadır.

Kafedralarda isə kompüter təminatı ya köhnə avadanlıqlara söykənir, ya da ümumiyyətlə sistemli şəkildə qurulmayıb. Nəticədə, toplanan maliyyə resursları ilə tədris mühitinin real vəziyyəti arasında uyğunsuzluq müşahidə olunur ki, bu da ali təhsildə idarəetmə, prioritetlərin müəyyənləşdirilməsi və şəffaflıq məsələlərini gündəmə gətirir.

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən təhsil sahələri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, ildən-ilə bəzi universitetlərdə təhsil haqlarının artdığını müşahidə edilsə də bu artım müqabilində infrastrukturun, laboratoriya və texniki imkanların yaxşılaşdırılmadığını da görürünür:

“Bu gün elə universitetlər var ki, onların korpusları və auditoriyaları orta məktəbdən demək olar ki, fərqlənmir. Mən demirəm ki, universitet binası mütləq möhtəşəm olmalıdır. Amma universitetin özünəməxsus görkəmi, auditoriyalarının funksional fərqliliyi olmalıdır.

Son illər dotasiya imkanları hesabına bəzi problemlər həll olunub. Uzun illər universitetlərə büdcədən vəsait ayrılıb və müəyyən infrastruktur qurulub. Amma yenə də qeyd etməliyik ki, universitetlərin əsas xərcləri ödənişli əsaslarla oxuyan tələbələrin təhsil haqları hesabına ödənilir. Bu vəsaitlə həm işçilərin əməkhaqqıları, həm kommunal xərclər, həm də digər xərclər qarşılanır”.

Onun sözlərinə görə, bu gün bəzi rektorlar açıq şəkildə bildirirlər ki, illik təhsil haqları xərcləri tam ödəmir. Digər tərəfdən valideynlər narazıdırlar ki, universitetlərin tələb etdiyi məbləğ göstərilən təhsil səviyyəsi ilə uyğun gəlmir. Bu sahədə pərdəarxası məqamlar çoxdur, məsələn, dövlət sifarişi ilə oxuyan tələbənin təhsilinə il ərzində neçə manata başa gəlir? Bunu dəqiq hesablamaq lazımdır.

“Kafedralarda kompüter avadanlıqları, texniki şərait, proyektorlar, müasir laboratoriyaların təchiz olunması o halda baş verə bilər ki, universitetin gəlirlərini özheabına qarşılana bilsin.

Universitetlər əlavə gəlir əldə etmək, özlərini dolandırmaq üçün demək olar ki, heç nə etmirlər. Dünyada elə universitetlər var ki, illik büdcələri milyonlarla ölçülür”.

“Elm heç bir gəlir gətirmirsə, biz onun inkişafından necə danışa bilərik? Demək olar ki, hər universitet “startap”dan danışır, amma ortada bazara yönəlmiş, gəlir gətirən bir layihə yoxdur. Humanitar profilli universitetlər, məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitet, Bakı Slavyan Universiteti, Azərbaycam Dillər Universiteti üçün bu daha çətindir. Amma mühəndislik və IT profilli universitetlər niyə illərlə yerində sayır? Niyə bu universitetlər, məsələn, illik bir manat belə qazanc gətirmir? Axırda da proyektorun alınması belə tələbənin təhsil haqqından asılı olur?Gəlin, dünya universitetlərinin “Top 500” lüyündən yox, 500-1000 aralığında olan universitetlərin təcrübəsinə baxaq. Qardaş Türkiyə nümunəsində də universitetlər təkcə dövlətin vəsaiti ilə və ya tələbənin təhsil haqqı ilə yaşamır. Bazar əlaqələrini düzgün qururlar və bu sayədə özlərini inkişaf etdirirlər.

Elmin əsas funksiyası innovasiya, sənaye və bazar münasibətləri ilə əlaqələndirilərək inkişaf etdirilməsidir. Məsələn, Bakı Dövlət Universitetinin kimya fakültəsi bu günə qədər nə edib? Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin ixtisasları hansı real bazar layihələri ilə çıxış edib? Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti hansı elmi təşəbbüslərlə yadda qalıb? Bu suallar açıq qalır” – deyə o sonda bildirib.

Oxşar xəbərlər

Bütün xəbərlər