Xəbər lentiwidget-title-icon

Naxçıvanda 3698 şagird məzun olur
Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin NƏZƏRİNƏ
Kenquru müsabiqəsinin final nəticələri AÇIQLANDI
Qazax kollecinə yeni direktor təyin edilib
"Bilbacar" müsabiqəsinin final mərhələsi keçiriləcək
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
AzTU SABAH proqramları üçün müəllim vakansiyası elan edir
Keçmiş qaliblər uşaqları olimpiadaya hazırlaşdırırlar
37 mindən çox 11-ci sinif şagirdi məktəbi bitirir - BŞTİ
Doktorant və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək – ƏMR
Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər keçiriləcək
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Aşura gününün vaxtı açıqlanıb
BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 7-ci sinfə şagird qəbulu elan edir
Naxçıvanda MİQ üzrə vakant yerlər elan olundu
Rektor: Regionda ilk dəfə qeyri-akademik TRANSKRİPT təqdim etməyə başlayırıq
“Müasir metodist” müsabiqəsinin nəticələri AÇIQLANIB
UNEC tələbələri təhsil müddətində staj proqramlarına cəlb olunacaqlar – YENİLİK
Emin Əmrullayev TDT Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib
Elm və təhsil naziri YÖK sədri Erol Özvarla görüşüb
Riyaziyyatda zəif olanlar bunları BİLMƏLİDİR
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ!
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır

UNEC-də “İctimaiyyətlə əlaqələr” dərsliyinin təqdimatı keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə universitet əməkdaşları tərəfindən hazırlanan “İctimaiyyətlə əlaqələr” dərsliyinin təqdimat mərasimi keçirilib.

Tədbirdə UNEC-in elm və innovasiyalar üzrə prorektoru professor Rövnəq Rzayev yeni dərsliyin Azərbaycan dilində ədəbiyyat bazasında mühüm resurslardan biri olduğunu, tələbə və tədqiqatçılar üçün etibarlı mənbə rolunu oynayacağını vurğulayıb.

Biznes və menecment fakültəsinin dekanı dosent Mirağa Əhmədov isə çıxışında dərsliyin strukturunu yüksək qiymətləndirərək, nəşrin müvafiq sahələr üzrə təhsil alan tələbələr üçün əsas istinad kitabına çevriləcəyini bildirib. Onun sözlərinə görə, kitab müasir informasiya mühiti, kommunikasiya yanaşmaları və ictimai münasibətlər kontekstində praktiki biliklər təqdim edir.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzazadə kitabı sahə üzrə peşəkar yanaşmanın formalaşdırılması baxımından dəyərli nəşr adlandırıb. O qeyd edib ki, ictimaiyyətlə əlaqələr sahəsinin inkişaf etdiyi bir dövrdə belə elmi-tədris vəsaitlərinin hazırlanması tələbələrə nəzəri biliklə yanaşı, real kommunikasiya bacarığı qazandırmaq baxımından çox önəmlidir.

Dərsliyin müəllifləri - Karyera planlaşdırılması və inkişafı kafedrasının müdiri dosent Rəşad Məhərrəmov, Biznes və logistika kafedrasının baş müəllimi Simuzər Məmmədova nəşrin hazırlanması ideyasından və məqsədindən danışıblar. Bildirilib ki, dərslik müasir kommunikasiya yanaşmalarına əsaslanır və ictimaiyyətlə əlaqələr sahəsində tələbələrin analitik düşüncə, informasiya idarəetməsi, media ilə münasibət və böhran kommunikasiyası bacarığını inkişaf etdirməyi hədəfləyir.

UNEC-in müəllimi Gülnarə Hüseynova çıxışında vurğulayıb ki, dərslik tələbələrə press-reliz yazmaqdan media ilə əməkdaşlıq strategiyalarına qədər geniş çərçivədə praktiki bilik verir. Bu, onları real peşə mühitinə hazırlayan zəngin bir vəsaitdir.

Tədbirin sonunda müəlliflər kitabın nəşrinə dəstək göstərən UNEC rəhbərliyinə təşəkkür ediblər, iştirakçılara imzalı kitablar təqdim olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər