Xəbər lentiwidget-title-icon

​"Monitorinq Teatrı Bitdi: Pərdəarxası Zülmün Hesabını Kim Verəcək?"
Şagirdlər niyə yerdəyişmə edir?
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI

UFAZ-ın karyera sərgisində 40 şirkət iştirak edib

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) təşkilatçılığı ilə ənənəvi karyera sərgisi keçirilib. Sərgi qabaqcıl şirkətlər, sənaye liderləri və sahə peşəkarlarını yuxarı kurs tələbələri və məzunlarla bir araya gətirib.

AzEdu.az xəbər verir ki, tədbir ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərovun açılış nitqi ilə başlayıb. O, sərgi haqqında məlumat verdikdən sonra ADNSU-nun rektoru, dosent Rüfət Əzizov qonaqları salamlayıb və universitetin fəaliyyəti, əldə olunan nəticələr barədə təqdimatla çıxış edib. Rektor bildirib ki, bu cür sərgilər müəssisələrlə yuxarı kurs tələbələrinin bir araya gəlməsi üçün əlverişli platformadır. O, həmçinin ADNSU və UFAZ məzunlarının istehsalat müəssisələrində yüksək tələbat gördüyünü vurğulayıb. Rektor Rüfət Əzizov qeyd edib ki, ali təhsil müəssisəsi olaraq sənaye ilə sıx əməkdaşlıq əlaqələri formalaşdırılıb və bu, tələbələrin işə qəbul və təcrübə imkanlarını genişləndirməklə yanaşı, əmək bazarında hansı ixtisaslara daha çox ehtiyac duyulduğunu müəyyənləşdirmək baxımından mühüm rol oynayır.

Rəsmi hissədən sonra sərgi zonası tələbələrin ixtiyarına verilib.

“SOCAR”, “SOCAR Polymer”, bp, “Azercell”, “SOCAR Downstream”, “AzerGold”, “Azersun”, “TotalEnergies”, “EiGroup”, “Deloitte”, ABB, “Simbrella”, “Azerconnect”, SLB, “AzInTelecom”, “Bakı Metropoliteni” QSC, “EY Azerbaijan”, NORM, JOCAP və “Turan Drilling”, Möcüzə Dad şirkəti, Azərsun Holdinq də daxil olmaqla 40 şirkət sərgidə öz stendləri ilə təmsil olunub. Şirkət nümayəndələri fəaliyyət istiqamətləri, kadr seçimi zamanı üstünlük verdikləri keyfiyyətlər, mövcud vakansiyalar və təcrübə proqramları barədə iştirakçılara ətraflı məlumat veriblər.

Sərgini ziyarət edən 500-dən çox tələbə və məzun şirkət nümayəndələrinə yaxınlaşaraq onları maraqlandıran suallara cavab alıb, əmək bazarının cari tələbləri, ixtisasyönümlü layihələr, iş və təcrübə imkanları ilə tanış olublar.

Sərgi ilə paralel olaraq müxtəlif mövzularda informativ sessiyalar keçirilib. UFAZ-ın magistratura ixtisasları haqqında məlumat təqdim edilib. Dövlət Məşğulluq Agentliyi iştirakçılar üçün iki saatlıq səyyar konsultasiya təşkil edib. “AZCON Holding” isə “Rəqəmsal körpü” təcrübə proqramını auditoriyaya təqdim edib.

Karyera sərgisi tələbə və məzunların peşəkar inkişafına dəstək göstərmək və sənaye ilə daha sıx əlaqə yaratmaq məqsədilə mühüm platforma kimi dəyərləndirilib.

UFAZ-da 2021-ci ildən etibarən hər il karyera sərgisi keçirilir.

Oxşar xəbərlər

Bütün xəbərlər