Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Bir qərarla illərin təhsil modeli dağıldı - Norveçdə tələbə böhranı

"2023-cü ildən etibarən Norveç hökumətinin ali təhsil siyasətində kəskin dönüş baş verdi. Əvvəllər bütün tələbələr üçün, istər Avropa İttifaqı (Aİ) vətəndaşları, istərsə də digər ölkələrdən olan gənclər üçün tamamilə pulsuz olan ali təhsil indi yalnız Norveç və Aİ vətəndaşları üçün ödənişsiz qaldı. Aİ-yə daxil olmayan ölkələrin vətəndaşları üçün isə təhsil haqqı 140–280 min Norveç kronu (təxminən 14–28 min ABŞ dolları) səviyyəsində müəyyənləşdirilib".

Bu sözləri AzEdu.az -a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.

Onun sözlərinə görə, bu qərarın nəticələri çox keçmədən özünü göstərib:

"2022-ci ildə Norveçdə 3700 xarici tələbə (Aİ üzvü olmayan ölkələrdən) təhsil aldığı halda, 2024-cü ilə bu rəqəm təxminən iki dəfə azalıb 2000 nəfərə endi. 2023-cü ildə 427 nəfər olan yeni qəbul göstəricisi 2024-cü ildə 324 nəfərə düşdü. Yəni, Norveçin “beynəlxalq tələbə məkanı” imici qısa müddətdə zəiflədi.

2025-ci ilin iyununda Norveçin təhsil və elmi tədqiqatlar naziri Siqrun Oslan universitetlərə təhsil haqqını müstəqil müəyyənləşdirmək səlahiyyəti verilməsini təklif etdi. Məqsəd, bu qərarın nəticəsində yaranan tələbə axınının azalmasını kompensasiya etmək idi. Lakin problem ondadır ki, bu təşəbbüs hələ də qanunvericilik səviyyəsində təsdiqlənməyib.

Nazirlik şifahi şəkildə ali məktəblərə “qiymət siyasətində azadlıq” verdiyini bəyan etsə də, rəsmi hüquqi mexanizmlər hələ formalaşmayıb. Universitetlər artıq 2025/2026-cı tədris ili üçün ödəniş cədvəllərini elan etdikləri üçün yaxın gələcəkdə bu təşəbbüsün real nəticə verməsi çətin görünür.

Norveç Beynəlxalq Tələbə və Alimlər Fondunun prezidenti Henriett Conston vəziyyəti belə şərh edib: “Nazir müstəqil qiymətqoyma azadlığını elan etdikdə, hamı bu qərarın dərhal qüvvəyə minəcəyini düşündü. Amma indi universitetlər hüquqi qeyri-müəyyənlik içindədirlər və özlərini aldadılmış hiss edirlər.”

Son illərdə Norveçdə ali təhsil üçün dövlət subsidiyaları da azalıb. 2023–2025-ci illər arasında bu sahəyə ayrılan büdcə 322,6 milyon kron (təxminən 32 milyon dollar) ixtisar edilib. Nazir Oslan bildirib ki, 2026-cı ildə də vəziyyət dəyişməyəcək.

Bu o deməkdir ki, universitetlər, əgər təhsil haqlarını azaltsalar, həm də stabil maliyyə mənbələrindən məhrum olacaqlar. Nazirin arqumentinə görə, “ödənişlərin azaldılması zəruri olaraq gəlirlərin azalmasına səbəb olmaya bilər, çünki bu addım daha çox tələbə cəlb edə bilər.” Lakin təcrübə göstərir ki, beynəlxalq tələbə axınının bərpası təkcə qiymət amilindən asılı deyil. Burada həm akademik mühitin beynəlmiləlləşməsi, həm də sosial rifah şəraiti əsas rol oynayır.

Norveç ictimaiyyətində bu qərara münasibət birmənalı deyil. Norveç Gənclər Akademiyasının rəhbərləri Guro Nore Fleqstad və Björn Hallstein Holte açıq şəkildə bildirib ki, hökumət bütün tələbələr üçün təhsil haqqını ləğv etməli və universitetlərə ayrılan subsidiyaları bərpa etməlidir. Onların fikrincə, yalnız bu yolla ali təhsil sistemində sosial ədalət və beynəlxalq bərabərlik prinsipləri qoruna bilər.

Oslo Universitetinin fəxri professoru, keçmiş Karolinska İnstitutunun rektoru Ule Petter Uttersen daha sərt mövqe nümayiş etdirir. Onun sözlərinə görə, “beynəlxalq tələbələrdən ödəniş tələb etməklə hökumət humanist dəyərləri pozur və Norveç universitetlərini biliklərin qlobal mərkəzləri rolundan uzaqlaşdırır.”

Hazırkı vəziyyət Norveç təhsil siyasətində strateji ardıcıllığın olmamasını göstərir. Bir tərəfdən hökumət universitetlərin maliyyə dayanıqlığını qorumağa çalışır, digər tərəfdən isə onları qlobal rəqabət qabiliyyətini itirməyə məcbur edir.Bu təcrübə göstərir ki, ali təhsil sahəsində dövlət siyasəti qlobal açıq elm prinsipləri ilə sosial rifah dəyərləri arasında tarazlığı tapmalıdır. Əks halda, Norveç kimi sosial dövlət modelinə malik bir ölkə belə, öz təhsil sisteminin beynəlmiləl cazibəsini itirə bilər".

Oxşar xəbərlər

Bütün xəbərlər