ADU-da professor Rəhman Bədəlovla görüş keçirilib - FOTO

Mayın 16-da Azərbaycan Dillər Universitetində (ADU) professor Rəhman Bədəlovla görüş keçirilib.
tehsilmedia.info xəbər verir ki, görüşdə ADU-nun prorektoru, professor Novruz Məmmədov, universitetin əməkdaşları, doktorant və magistrlar iştirak edib.
Professor Rəhman Bədəlov dünya mədəni irsindən, bilik, təfəkkür, anlama, şüur və s. mövzularda magistr və doktorantlarla fikir mübadiləsi aparıb, onların suallarını cavablandırıb.
Qeyd edək ki, mühazirələr silsilə şəkildə davam edəcək.





























