YEVLAXIN QARAMƏMMƏDLİ KƏND TAM ORTA MƏKTƏBİNDƏ UTANC VERİCİ HADİSƏ!!!
Elm və təhsil / Məktəblər / Araşdırma / Şikayətlər / Gündəm
Bugün, 12:42
Yevlax rayonu Qaraməmmədli kənd tam orta məktəbinin direktoru Xəyal Zeynalov məktəbin həyətində ucaldılan Azərbaycan Bayrağını bağlı saxlaması haqqında keçən ay bir xəbər paylaşmışdıq. Hansı ki, şikayətlər üzərində paylaşım etdikdən sonra Xəyal Zeynalov Tehsil.media saytının təsisçisi və rəhbəri Sakit Muradovu xüsusi ittihamla məhkəməyə vermişdir. Məhkəmə isə əslində düzgün iddia ilə müraciət edilmədiyini bildirib məhkəməni ləğv etmişdir. İndi isə həmin məktəbdən yenidən bir şikayət gəlmiş və ulu öndərimiz Heydər Əliyev və Prezidentimiz Cənab İlham Əliyevin şəkli günlərdir yerlərdə qalmışdır və heç bir addım atılmamışdır. İndi isə həmin videonu sizə təqdim edirik: