Xəbər lentiwidget-title-icon

Abşeronda valideyn konfransı keçirilib
Autizm fərdi məsələ deyil, cəmiyyətin ortaq məsuliyyətidir
LDU beynəlxalq akademik əməkdaşlıqlarını genişləndirir
ATU-nun voleybol üzrə komandası ali təhsil müəssisələrinin tələbələri ilə keçirilən yarışın qalibi olub
BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib
“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”
Elə universitetlər var ki, qəbul siyasətində daha SƏRBƏST yanaşma tətbiq edirlər - "kim istəyir gəlsin" yanaşmasını seçirlər
Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir
Heydər Əliyevin ildönümünə həsr olunan “Zirvə” Gənclər Düşərgəsinə qeydiyyat elan edilir
Sosial elmlər niyə hələ də vacibdir? - professor Süleyman İnan açıqladı
I sinfə qəbul prosesi başlayır
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir
“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb
UNEC tələbələri üçün maarifləndirici təlim
Qobustanda şagirdlərlə maarifləndirici görüş keçirilib
DİM əvvəlki illərin məzunları üçün sorğu elan edib
1702 namizəd rezidentura imtahanı verəcək
İnternet zəif idi, ideya güclü: Astara müəlliminin tətbiqi 9 min istifadəçi TOPLADI
3 gün ardıcıl qeyri-iş günü olacaq
Niyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı
İnklüziv sahədə könüllü olmaq imkanı əldə et - WUF 13
Texnologiya sahəsində karyera qurmaq istəyən xanımlar üçün YENİ layihəyə start verilir

Təhsil Tələbə Krediti Fondunda ciddi nöqsanlar AŞKARLANDI

Təhsil Tələbə Krediti Fondunda ciddi nöqsanlar AŞKARLANDI

Təhsil Tələbə Krediti Fondunun (TTKF) fəaliyyəti ilə bağlı həyata keçirilmiş səmərəlilik auditi nəticəsində qurumun kreditləşmə mexanizmlərində ciddi nöqsanlar və uyğunsuzluqlar müəyyən edilib.

Modern.az xəbər verir ki, bu barədə Palatanın 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində bildirilir.

Sənədə əsasən, 2021-ci ildə təsdiqlənmiş qaydalarda sosial təhsil tələbə kreditlərinin verilməsi zaman rifah göstəricilərindən daha çox "kateqoriyalı yanaşma" tətbiq edildiyi üçün Fondun fəaliyyəti müəyyən olunmuş məqsədlərə uyğun olmayıb.

Bundan başqa, sosial kredit üçün ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) aşağı (51 bal) müəyyən olunması, bu kreditlərdən istifadə edən tələbələrin zəif təhsil nəticələri göstərməsinə şərait yaradıb. Halbuki standart kreditlərdə bu göstərici 71 bal olaraq müəyyən edilib.

Audit zamanı 2 ali təhsil müəssisəsi üzrə 32 tələbənin faktiki ÜOMG-sinin normadan aşağı olduğu halda standart kredit aldığı aşkarlanıb ki, bu da dövlət vəsaitlərinin qanunsuz istifadəsinə və hüquqi aktların tələblərinin pozulmasına səbəb olub.

Bundan başqa, bəzi hallarda tələb olunan sənədlər təqdim edilmədən, sadəcə ali məktəbin məsul şəxsinin portala daxil etdiyi məlumatlar əsasında kredit müraciətləri banka göndərilib. Hətta ləğv olunmuş kredit müraciətlərinin bir hissəsi üzrə bank tərəfindən rəsmi kredit rəsmiləşdirilib.

Hesabatda qeyd olunur ki, ölkədə ali təhsil müəssisələrinə SAT imtahanı ilə qəbul aparıldığı halda, bu yanaşma Fondun mexanizmlərində nəzərə alınmayıb və nəticədə həmin tələbələr ilk semestrdən standart kreditlərdən yararlana bilməyiblər.

Təhlil zamanı, həmçinin, bəzi hallarda 60 yaş və üzəri şəxslərə də təhsil krediti verildiyi müəyyən edilib. 13 halda belə kredit rəsmiləşdirilib ki, onlardan 3-ü artıq pensiya yaşında olan şəxslərdir. Bu isə kreditlərin gələcəkdə geri qaytarılması baxımından risk yaradır.Fondun idarə olunmasında da struktur problemlərə yer verilib. Himayəçilik Şurasının strateji planları və illik fəaliyyət planlarını təsdiqləməməsi, kənar auditorun təyin olunmaması və müvəkkil bankın razılaşdırılmadan seçilməsi şəffaflıq və hesabatlılıq prinsiplərinin pozulmasına səbəb olub.

TTKF-nin vəsaitlərini artırmaq üçün nəzərdə tutulan investisiya cəlbi funksiyası da icra edilməyib.

Müraciətlərin təxminən 20 %-i üzrə kreditlərin verilməsi bir aydan çox vaxt aparıb ki, bu da əsasən ali məktəblərin və müvəkkil bankların məsul şəxslərinin fəaliyyətsizliyi ilə izah olunur.

Oxşar xəbərlər

Bütün xəbərlər