Xəbər lentiwidget-title-icon

“Jurnalistin Hüquqi Sərhədləri” mövzusunda təlim keçirildi
“Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik”
Elm və Təhsil Nazirliyinin kollektivi ulu öndərin məzarı ziyarət edib
Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib

Şagirdləri ilə "populyarlıq yarışına" qoşulan MÜƏLLİMLƏR

Şagirdləri ilə "populyarlıq yarışına" qoşulan MÜƏLLİMLƏR

Hazırda sosial şəbəkələrdə bir sıra müəllimlərin dərs zamanı şagirdlərinin şəkil və videolarını çəkib paylaşması geniş yayılıb. Bu tendensiya cəmiyyətdə birmənalı qarşılanmır və müəllimlərin dərs prosesinin səmərəliliyi, eləcə də peşə etikası ilə bağlı suallar doğurur.

Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib ki, bir tərəfdən müəllimlərin bu addımı atmasının əsas səbəblərindən biri öz fəaliyyətlərini nümayiş etdirmək, peşəkar fəaliyyətlərini cəmiyyətə çatdırmaq və həmkarları arasında tanınmaq istəyidir:

“Bəziləri bunu motivasiya məqsədilə etsə də, digərləri üçün bu, şəxsi imic və populyarlıq uğrunda yarışa çevrilib. Sosial media bu gün müəllimlərin özlərini tanıtdıqları, nüfuz qazandıqları platformaya dönüb. Amma sual yaranır: müəllim dərsdə daha çox şagirdin inkişafına fokuslanıb, yoxsa paylaşıma gedəcək "ideal kadr" axtarır?

Əgər çəkilişlər dərsin keyfiyyətinə təsir edirsə və müəllimin diqqətini əsas məqsədindən – tədrisdən – yayındırırsa, bu, artıq peşəkarlıq prinsipinin pozulması deməkdir”.

G.Əkbərova qeyd edib ki, digər tərəfdən, şagirdlərin görüntülərinin sosial şəbəkələrdə paylaşılması həm etik, həm də hüquqi baxımdan ciddi narahatlıq doğurur:

“Hər bir uşağın məxfiliyi qorunmalıdır və valideyn razılığı olmadan onların şəkillərinin yayımlanması yolverilməzdir. Hətta razılıq olduğu halda belə, bu görüntülərin hansı məqsədlə və hansı auditoriyaya təqdim olunduğu çox diqqətlə nəzərə alınmalıdır. Uşaqların hüquqları və onların psixoloji rifahı müəllimlərin peşə etikasında əsas yer tutmalıdır.Bir valideyn kimi bu məsələyə daha həssas yanaşıram. Valideyn olaraq mənim əsas vəzifəm övladımın təhlükəsizliyini və hüquqlarını qorumaqdır. Övladımın şəkli və videosu icazəmsiz paylaşılarsa, bu, mənim onun məxfiliyinə və təhlükəsizliyinə nəzarət hüququma birbaşa müdaxilədir. Üstəlik, sosial şəbəkələrə yüklənmiş bir görüntü artıq müəllimə və ya məktəbə məxsus olmur; kimlərinsə həmin fotoları və videoları pis məqsədlərlə istifadə etməyəcəyinə zəmanət yoxdur. Valideyn olaraq istəmərəm ki, övladım kimsənin şəxsi brendinin və populyarlıq yarışının alətinə çevrilsin”.

Müsahibimiz qeyd edib ki, uşaqlar özləri də bəzən bu paylaşımların gələcəkdə onlara necə təsir edə biləcəyini anlamırlar:

“Bir video və ya şəkil bu gün zərərsiz görünə bilər, lakin illər sonra həmin görüntü onların şəxsi həyatında və psixoloji durumunda problem yarada bilər. Bu səbəbdən valideynlər əvvəlcədən məlumatlandırılmalı, onlardan rəsmi razılıq alınmalıdır və paylaşımın məqsədi tam şəffaf izah olunmalıdır.

Sonda isə vurğulamaq istəyirəm: müəllim cəmiyyətdə nümunəvi şəxsdir. Onun əsas vəzifəsi sosial mediada görünmək yox, şagirdlərin təlim-tərbiyəsinə diqqət yetirməkdir. Müəllim valideyn etimadını qazanmalı, övladlarımızın hüquqlarını və məxfiliyini hər zaman üstün tutmalıdır. Əks halda, valideynlə müəllim arasındakı inam zədələnir və bu, həm tədris prosesinə, həm də uşaqların rifahına mənfi təsir edir”.

Oxşar xəbərlər

Bütün xəbərlər