Hansiyar Babayev Azərbaycan Səhiyyə sistemində bir çox yeniliklərə, uğurlara, inkişafa və inqilabi dəyişikliklərə imza atmış bir şəxsdir.
Həkim olmaq həyatını hər xəstənin ruhunda təslim edib, yenidən başlamaq, başarmaqdır. Həkim olmaq hər xəstənin psixikasına səbrlə deyil, sevgiylə təsir etməkdir. Həkim olmaq köklü-köməcli mərhəmət məbədi olmaqdır. Çünki xəstəni, canı ağrıyan insanı sağaldan kimyəvi preparatlar, medikamentoz müalicələr deyil, əlini ağrıyan nahiyyəyə toxundurduqda üzündən, gözündən, ürəyindən eyni anda axan şəfkət seli ilə xəstənin ruhuna təsir etməkdir həkim olmaq.
Bu mənada Hansiyar həkim siması, davranışı, danışığı ilə təpədən-dırnağa kimi həkim ədəb-ərkanına sahibdir. O, rəhbərlik etdiyi klinikaların hər birində pasiyentlərlə vaxtaşırı maraqlanıb, daima xəstələrini müdafiə edib onların qayğısına qalmağı ilə bütün tibbi personal üçün örnəkdir.