Xəbər lentiwidget-title-icon

İmtahan nəticələri aşağı düşərsə, blok sualları asanlaşacaq?
DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək
Nazir müavini Lənkəranda vətəndaşları qəbul edəcək
AzMİU QS 2026 reytinqində dizayn sahəsi üzrə ölkə lideri oldu
“Zəkaların mübarizəsi II” olimpiadası başlayır!
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ
Soyqırımı qurbanlarının nurlu xatirsəni ehtiramla yad edirəm
Mart soyqırımından 108 il ÖTÜR
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
Bu universitetlərin Bakıdan köçürülməsi məqsədəuyğundur - Deputatlardan təklif
31 Mart tarixin unudulmayan qanlı səhifəsidir
1918-ci il qırğınları erməni vandalizminin qanlı izləridi
Universitetlər təhdidlər səbəbilə onlayn təhsilə keçdi
Bu gün Beynəlxalq Sıfır Tullantı Günüdür
Sabahdan bütün təhsil müəssisələrində tədris BAŞLAYIR
Tələbələri müdafiə edən müəllimə YENİDƏN HƏDƏFDƏ... - SUSDURMAQ İSTƏYİRLƏR...
ETN-nin dekorasiya siyasəti bir yağışa dözməz... - FAKT BUDUR!
Yeniyetmə voleybolçular çempionatda qalib olub
Qarabağ Universiteti tələbələri Vaşinqton və Vyanada yarışır
Rasim Balayev vəfat edib
"Novruz- 2026" düşərgəsi çərçivəsində İlqar Fəhmi ilə görüş keçirilib
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
"Uşaq 3 yaşından etibarən təhsilə başlamalıdır"-TƏKLİF
Bu ölkə süni intellekt və televizoru uşaqlara qadağan etdi

II Türk İnteqrasiya Olimpiadası keçiriləcək

II Türk İnteqrasiya Olimpiadası keçiriləcək

Türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında II Türk İnteqrasiya Olimpiadası (TİO) keçiriləcək.

Bu olimpiada türk xalqlarının "Dildə, fikirdə, işdə birlik" şüarının fərqində olmalarını və gənclərin qardaş xalqların nümayəndələri ilə təhsil yolu vasitəsilə birləşməsini hədəfləyir.

TİO, Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. FDO 2009-cu ildən Hədəf Şirkətlər Qrupuna daxil olan "Hədəf Nəşrləri" tərəfindən təsis edilib. 14 buraxılışı baş tutan FDO-da suallar inteqrativ formatda hazırlanır, bir sualın şərtində və cavab variantlarında 2–5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi haqqında olacaq.

Olimpiadanın əsas məqsədi:

• Türk xalqlarının ortaq dil, əlifba və dərsliklərinin ideyasına dəstək;

• Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;

• Türk xalqlarının yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;

• Türk xalqlarının "İşdə, dildə, əməldə birliy"inin fərqində olması və ortaq mədəniyyətə sahib olduqlarını əyani təqdim etməsi.

Olimpiadanın əhatə dairəsi – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, QKTC, Tatarıstan, Krım, Qaraçaylar, Qaqauzya, Çuvaşıstan, Özbəkistan, Bolqarıstan, Başqurdustan, Altay, Tuva, Saxa, Yakutiya, Xakasiya, Qərbi Trakya, Uyğurstan, Güney Azərbaycan, Kərkük türkləri, Gürcüstan (Borçalı) və s.Olimpiadada iştirak şərtləri:

• Hər bir türkdilli ölkə öz seçim mərhələsini təşkil edəcək;

• Seçim mərhələsində 40%-dən çox nəticə göstərən şagirdlər finalda iştirak haqqı qazanacaqlar;

• TİO-nun son qeydiyyat günü 13 yaşı tamam olmuş və yaşı 16-dan çox olmayan məktəblilər iştirak edə biləcəklər.

Olimpiada iki mərhələdə baş tutacaq:

Ölkə seçim mərhələsi – 06 aprel 2025-ci il tarixdə hər ölkə öz seçim turunu online şəkildə təşkil edəcək.

Final mərhələsi – 03 may 2025-ci il tarixdə Bakı şəhərində keçiriləcək.

Olimpiadada 60 dəqiqə müddətində şagirdlər 20 sualı cavablandıracaqlar. Qiymətləndirmə sualların çətinlik dərəcəsinə görə aparılacaq:

• 5 asan sual – 4 bal;

• 10 orta səviyyəli sual – 5 bal;

• 5 çətin sual – 6 bal.

Maksimum bal 100-dür.

Olimpiadanın təşkilatçıları Hədəf Şirkətlər Qrupu, TÜRKSOY, Azərbaycan Atatürk Mərkəzi, Qazaxıstan Turan Universiteti, Doğu Akdeniz Universitetidir.

Olimpiada təşkilatçıların və tərəfdaşların maliyyə dəstəyi ilə təşkil olunacaqdır.

Əlavə məlumat və qeydiyyat üçün Hədəf Olimpiada Mərkəzinin www.tio.edu.az rəsmi saytına müraciət edə bilərsiniz.

Tel: +994 77 220 03 02

Oxşar xəbərlər

Bütün xəbərlər