Xəbər lentiwidget-title-icon

Naxçıvanda 3698 şagird məzun olur
Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin NƏZƏRİNƏ
Kenquru müsabiqəsinin final nəticələri AÇIQLANDI
Qazax kollecinə yeni direktor təyin edilib
"Bilbacar" müsabiqəsinin final mərhələsi keçiriləcək
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
AzTU SABAH proqramları üçün müəllim vakansiyası elan edir
Keçmiş qaliblər uşaqları olimpiadaya hazırlaşdırırlar
37 mindən çox 11-ci sinif şagirdi məktəbi bitirir - BŞTİ
Doktorant və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək – ƏMR
Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər keçiriləcək
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Aşura gününün vaxtı açıqlanıb
BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 7-ci sinfə şagird qəbulu elan edir
Naxçıvanda MİQ üzrə vakant yerlər elan olundu
Rektor: Regionda ilk dəfə qeyri-akademik TRANSKRİPT təqdim etməyə başlayırıq
“Müasir metodist” müsabiqəsinin nəticələri AÇIQLANIB
UNEC tələbələri təhsil müddətində staj proqramlarına cəlb olunacaqlar – YENİLİK
Emin Əmrullayev TDT Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib
Elm və təhsil naziri YÖK sədri Erol Özvarla görüşüb
Riyaziyyatda zəif olanlar bunları BİLMƏLİDİR
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ!
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır

BŞTİ: "Ortaq Türk Dünyası olimpiadası birlik ideyalarına xidmət edir"

BŞTİ: "Ortaq Türk Dünyası olimpiadası birlik ideyalarına xidmət edir"

"Ortaq Türk Dünyası məktəblilərarası tarix olimpiadası ideyası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ötən dərs ilində həyata keçirdiyi "Zəfər” məktəblilərarası I tarix olimpiadasının davamı kimi reallaşdırılır".

Bu barədə "tehsilmedia.info”a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Türk ölkələri arasında ilk dəfə keçiriləcək olimpiadanın təşkilində əsas məqsəd ortaq milli köklərimizlə, dəyərlərimizlə, mədəniyyətimizlə, dilimizin, dinimizin eyniliyi ilə sıx bağlı olduğumuz türk xalqlarının birliyinin təcəssümü, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, türk xalqları tarixinin hərtərəfli öyrənilməsi, ortaq mənəvi dəyərlərə sadiq gənclərin formalaşması prosesinə və qarşılıqlı əməkdaşlığın inkişafına dəstək verilməsindən ibarətdir:

"Azərbaycan ilə türk ölkələri arasındakı dostluq və qardaşlıq münasibətləri yetişən nəsillərin öz soydaşları ilə daha sıx təmasını labüd edir. Bu baxımdan Ulu Öndərin türk dünyasının birliyi yolundakı misilsiz xidmətlərini nəzərə alaraq "Heydər Əliyev İli”nə həsr olunmuş Ortaq Türk Dünyası məktəblilərarası tarix olimpiadasının keçirilməsi olduqca əhəmiyyətlidir".

İdarənin məlumatında qeyd olunub ki, türk xalqları ziyalılarının tarixi birlik ideyalarının gerçəkləşməsinə ən yaxın olduğumuz bir zamanda hər kəsin bu işə bacardığı qədər töhfə verməsi zəruridir: 

"Bu, həm də türk birliyi ideyasını irəli sürənlərin, bunun reallaşmasını təmin etmək üçün mühüm işlər görən böyük şəxsiyyətlərin ruhuna ehtiramın və uğurla həyata keçirilən dövlət siyasətinin dəstəklənməsinin təzahürüdür.

Böyük türk ziyalısı İsmayıl bəy Qaspıralı 1883-cü ildə dərc etdirdiyi "Tərcüman” qəzetində "Dildə, fikirdə, işdə birlik” şüarı ilə türk xalqları arasındakı birliyin əsas istiqamətlərini müəyyənləşdirmişdir. Belə böyük fikir adamları ideya və düşüncələrini özlərindən sonrakı nəsillərin əməllərinə köçürə bildilər.

Bakı məktəbliləri ilə türk ölkələri məktəblilərinin dostluq görüşləri, qarşılıqlı səfərləri, bilik yarışları bir sıra müsabiqə və layihələr çərçivəsində illərdir uğurla davam edir. Türk birliyinə xidmət edən hər bir şəxsin və ya özəl qurumların sağlam niyyətdən qaynaqlanan ideyaları varsa, bu məsuliyyətli işdə onlara da uğurlar diləyirik.

Ortaq Türk Dünyası məktəblilərarası tarix olimpiadası ilə Türk İnteqrasiya Olimpiadasının ideya, məzmun və formasındakı fərqlilikləri görməzdən gələrək əsassız iddialar səsləndirməyin heç bir məntiqi əsası yoxdur. Əlbəttə, elm və təhsildən anlayışı olan heç kəs adı fərqli olan çoxsaylı riyaziyyat olimpiadalarına da biri-birinin eynisi kimi baxmır.

Ortaq Türk Dünyası məktəblilərarası tarix olimpiadasının təşkilində zəhməti olanlar əsassız ittihamçıdan fərqli olaraq heç bir biznes marağı güdmür. Belə nəcib işlərə qısqanclıqla yanaşan, türk birliyi adı altında bölücülüklə məşğul olanlara tövsiyəmiz ondan ibarətdir ki, niyyətiniz saf amallara xidmət edirsə, onların gələcəyinə şübhəniz olmasın".

Oxşar xəbərlər

Bütün xəbərlər