LənkəranTəhsil Sektoru hara baxır???
Lənkəran rayonu Ləj kəndi Natiq Aslanov adına tam orta məktəbin çatışmazlıqları müəllimlərin şagirdlərə keyfiyyətli şəkild təhsil verməsini çətinləşdirir. Dərslərin uğurlu və səmərəli keçirilməsinə maneçilik törədir.
Məktəbdə vətənpərvərlik ruhunun yüksəldilməsi üçün Hərbi otağı yoxdur, ərbi aid heç bir raktiki ləvazimat yoxdur.
İnformatika otağı yoxdur. İnformatikaya aid komputer verməlidirlər ki, vermirlər.
Akt zalı yoxdu. Şagirdlər maraqlı səhnəciklər hazırlasalar da, heç bir genişmiqyaslı tədbirlər, oyunlar, layihələr keçirmək mümkün olmur.
Fizika və Kimya dərsləri üçün labaratoriya otaqları yoxdur. Əgər biz dərslikləri, proqramı dəyişiriksə, bəs uşaqlar necə öyrənəcəklər bu qədər praktik məlumatları?
İdman zalı yoxdur. Uşaqların fiziki inkişafı, sağlam böyüməsi, motorikanın inkişafı üçün idman zalı vacibdir. Praktiki ləvazimat verilmir. Uşaqlar qışda - qarda, yağışda, günəş altında-elə məktəbin həyətində olurlar. İdman oyunları oynaya bilmirlər. Məktəbin həyəti böyükdür, idman zalı tikilməsi üçün əlverişlidir. Rahatlıqla təşkil etmək mümkündür.
Kitablar bəzi fənnlərdən uşaqları sayı qədər göndərilməyib. Lənkəran Təhsil Sektoru anbardarı Nazim kitab məsələsinə çox da əhəmiyyət vermir. Məsələn, Təbiət kitabı çatışmır. Bu da keyfiyyəti aşağı salan, dsətəjləyici mühiti korlayan, ayrı-seçkilik yaradan faktorlardandır.
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əsgər Əliyev bu məktəbin Məzunu olub. Ümid edirik ki, ən azı Milli Qəhrəmanımızın xatirəsinə hörmət əlaməti olaraq bu problemlər tez bir zamanda aradan qaldırılar. Aidiyyatı qurumlar öz vəzifələrinə uyğun məktəbə dəstək göstərərlər.





























