Xəbər lentiwidget-title-icon

Bakıda Türk dünyası həftəsi keçiriləcək
Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək

ETN yanında İctima Şuranın üzvləri məktəb direktorları ilə görüşüblər

ETN yanında İctima Şuranın üzvləri məktəb direktorları ilə görüşüblər

Bakı şəhərində yerləşən 20 nömrəli məktəb-liseydə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə məktəb direktorlarının görüşü baş tutub.

Tədbirdə Bakı şəhərinin müxtəlif məktəblərini təmsil edən 300-dən çox məktəb direktoru iştirak edib.

İctimai dinləmə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə "İdarəetmənin psixoloji əsasları" mövzusunda geniş məruzə ilə çıxış edib. Təhsildə idarəetmə sisteminin qayğı əsaslı bir yanaşma ilə qurulmasının vacibliyini vurğulayıb. Hikmət Əlizadə qeyd edib ki, anlama, fikir mübadiləsi və əməkdaşlıq prinsiplərinə söykənən idarəetmə modeli daha yüksək nəticələrə nail olmağa imkan verir.

Daha sonra çıxış edən İctimai Şuranın üzvü Kəmalə Aşumova "İdarəetmədə uşaqyönümlülük" mövzusunda danışıb. O, məktəblərdə uşaq hüquqları üzrə sistemli işlərin aparılmamasının əsas problemlərdən biri olduğunu diqqətə çatdırıb. K.Aşumova vurğulayıb ki, rəhbər heyətin uşaq hüquqları ilə bağlı məlumatlılığının aşağı səviyyədə olması bu yanaşmanın tədris prosesinə tam inteqrasiya edilməsinə mane olur. Təhlükəsizlik məsələlərinə də toxunan İctimai Şura üzvü fiziki və emosional təhlükəsizlik anlayışlarının hər ikisinin məktəb mühitində təmin edilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, inklüziv və təhlükəsiz mühitin yaradılması uşaqların hərtərəfli inkişafını dəstəkləmək baxımından mühüm rol oynayır.

Daha sonra Elçin Əzimli təhsil mühitində "Emosional intellektin əhəmiyyəti" mövzusunda danışaraq, təqdir etmənin önəmini və düzgün tənqid mədəniyyətinin formalaşdırılmasının vacibliyini vurğulayıb. O, tənqidi yanaşmanın konstruktiv rəylərlə əvəz edilməsinin uzunmüddətli müsbət təsirlər yaratdığını qeyd edib. Çıxışçı bildirib ki, emosional intellektin idarəetmə proseslərində tətbiqi yalnız məktəb mühitində deyil, digər istiqamətlərdə də inkişafa şərait yaradırİctimai dinləmənin növbəti çıxışçısı Heydər Eminli olub. O, idarəetmədə fərqli yanaşmaların əhəmiyyəti barədə danışarkən qeyd edib ki, müəllimin şagirdlərdə yarada biləcəyi təsəvvür və xəyal gücü biliklərin ötürülməsindən daha qiymətlidir.

Dinləmənin sonunda məktəb direktorlarının sualları cavablandırılıb, onların təklif və rəyləri dinlənilib. Direktorlar sosial şəbəkə aludəçiliyinin tədrisdə yaratdığı maneələr ve şagird davranışına təsirləri ilə mübarizə yolları haqda suallarını İctimai Şura üzvlərinə ünvanlayıblar və bu mövzuda diskussiya aparılıb.

Tədbir iştirakçıları təhsil sahəsində aparılan islahatlarla bağlı öz fikirlərini bildiriblər.

Qeyd edək ki, ictimai dinləmənin əsas məqsədi təhsildə maraqlı tərəflər olan rəhbərlik, müəllimlər və mütəxəssislərin təkliflərini dinləmək, onların fikirlərini nəzərə almaq və bu prosesdə onları stimullaşdırmaq olub. Tədbir çərçivəsində səsləndirilən təkliflərin təhsil islahatlarına töhfə verməsi üçün qiymətləndirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər

Bütün xəbərlər