Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

MDU-nun layihəsi KTH Kral Texnologiya İnstitutuna təcrübə səfərində təmsil olunub

MDU-nun layihəsi KTH Kral Texnologiya İnstitutuna təcrübə səfərində təmsil olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaş olduğu və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatorluq etdiyi "Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması – REFRESH" layihəsi çərçivəsində İsveç KTH Kral Texnologiya İnstitutuna (KTH) təcrübə səfəri həyata keçirilib.

Bildirilib ki, səfərdə MDU-nun Beynəlxalq əməkdaşlıq ofisinin koordinatoru Fariz Bayramov, UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsinin müdiri Rauf Məmmədov, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetindən nümayəndələr iştirak edib. Beş günlük səfər müddətində nümayəndələrə KTH-də enerji texnologiyası, ətraf mühitin dayanıqlılığı və ali təhsilin müxtəlif aspektləri ilə bağlı bir sıra tədbirlər və seminarlar keçirilib.

Bu tədbirlərdə Azərbaycanın COP29-a sədrlik etməsinin əhəmiyyəti barədə müzakirələr təşkil olunub.
Səfərin açılışında KTH-nin nümayəndəsi Viktor Kordas Azərbaycan nümayəndə heyətini salamlayıb və açılış nitqi ilə çıxış edib. Açılış nitqindən sonra Rauf Məmmədov REFRESH layihəsinin fəaliyyəti barədə məlumat verib və davamında seminar keçirilib. Seminarın əsas məqsədi enerji, ətraf mühit və iqlim dəyişikliyinin azaldılması sahəsində KTH-nin təşəbbüslərinə diqqət yetirməklə, ilkin şəbəkələşmə və fikir mübadiləsi üçün platforma təmin etmək olub. Təcrübə səfəri çərçivəsində KTH-nin Enerji Texnologiyaları Departamentinin fəaliyyəti haqqında təqdimat keçirilib. Səfər iştirakçıları dayanıqlı enerji mühəndisliyinə həsr olunmuş laboratoriyaları gəzib, innovativ texnologiyaların və davamlı təcrübələrin birbaşa şahidi olublar. Növbəti günlərdə KTH-də enerji tədqiqatlarının təşkili, xüsusilə də Enerji Platformasına dair təqdimatlar keçirilib. Yerli nümayəndə heyəti KTH ilə sosial tərəfdaşlar arasında enerji və iqlim dəyişikliyi sahəsində geniş əməkdaşlıq fəaliyyətləri ilə tanış olub.Ali təhsildə rəqəmsal alətlər və texnologiyalar, Yaşayan Şəhərlər təşəbbüsü və effektiv ictimai tərəfdaşlıqlar üzrə müzakirələr KTH-nin davamlı inkişaf üçün icmanın iştirakı ilə texnologiyanın inteqrasiyasına yanaşmasını hərtərəfli başa düşməyi təmin edib. Təcrübə səfərinin yekununda REFRESH layihəsinin menecment görüşü keçirilib və layihənin qarşısında duran növbəti mərhələlər və görüləcək işlər müzakirə olunub.Qeyd edək ki, bu səfər Azərbaycan universitetləri arasında əməkdaşlıq və təcrübə mübadiləsinin inkişafına dəyərli töhfə vermişdir. MDU olaraq belə layihələrdə fəal iştirak etməyə və təcrübə mübadiləsinə davam edəcəyik.

Oxşar xəbərlər

Bütün xəbərlər