Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Böyük Turanın “kiçik” xalqı: Noqaylar kimdir? - FOTO

Böyük Turanın “kiçik” xalqı: Noqaylar kimdir? - FOTO

Noqaylar əsasən Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının şimal hissəsində yaşayırlar. Muxtariyyətləri yoxdur. Noqayların sayı Rusiya Federasiyasında təqribən 110 min nəfərdir. Noqaylar və ya noğaylar – türk xalqlarından biri, özlərini "Qaranoğay” və ya "Noğay-Qaraqaş” adlandırırlar. Türk dilinin qıpçaq qrupuna daxil olan noqay dilində danışırlar. Etnik və linqvistik baxımdan qazax və qaraqalpaqlara ən yaxın xalqdırlar.

tehsilmedia.info "AzərTAC"a istinadən xəbər verir ki, bu fikirlər AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun "Böyük Turanın "kiçik” xalqı: Noqaylar kimdir?” sərlövhəli məqaləsində yer alıb.

Məqaləni təqdim edirik.

Noqay xalqı türk boyları olan oğuz, qıpçaq və monqol-manqıtların qarışması nəticəsində Volqa, Dunay və İrtış çayları ərazisində formalaşıb. Etnoad Noğay adından götürülüb (XIII əsr) – Noğay Qızıl Orda dövlətinə qarşı üsyançılardan biri olub. Noğay adına tarixdə ilk dəfə, orta əsrlərdə, Monqol imperiyasının dağılmasından sonra rast gəlinir. Monqol imperatorluğunun ulusu olan Qızıl Orda imperatorluğunun dağılmasından sonra yaranan kiçik xanlıqlar (Qazan, Krım, Sibir və digər) arasında Noğay xanlığı da var idi.

Noqayların rəhbəri Noqay adlı şəxs, bir çox xalqların nümayəndəsi kimi, XIII əsrin sonlarında Qızıl Ordanın bəylərbəyi (vəzir) qismində çıxış edirdi. Hulakülərlə müharibələrdə və Balkanlara yürüşlərdə, noqaylar Qızıl Ordanın qalıqlarına arxalanırdılar. Peçeneq və alan tayfaları onlara birləşərək Noqayları yeni nəhəng qüvvəyə çevirdilər. Artıq Qızıl Ordanın sərhədlərindən kənarda, Noqay Ordası hökmranlıq etməyə başladı, Serbiya və Bolqarıstan çarları Noqay Ordasına beyət edirdilər. Bundan bir əsr sonra monqol tayfasından olan temnik (hərbi rəhbər) Yedigey 1396-1411-ci illərdə Toxtamışla birlikdə hakimiyyət uğrunda döyüşlərdə noğaylara arxalandılar.

Manqit ulusu, eləcə də Kazan və Krım xanlıqları Qızıl Ordadan qopduqdan sonra Noqaylar Qızıl Ordanın özəyinə çevrildilər. Məhz buna görə onlar, "Edige” dastanının qəhrəmanı oldular.

1440-cı illərdə Qızıl Orda zəifləməyə başladı. Volqa boyunca yayılan quraqlıq, vəba epidemiyası Krıma da uğursuzluq gətirdi. Zəifləmə təqribən 100 il davam etdi. Qızıl Ordanı bundan sonra Noqay Ordası əvəz etdi. Volqa çayının sol sahilindəki Böyük Orda 1557-ci ildə Rusiyanın himayəsini qəbul etdi. Çayın sağ sahildə Murza Kazi ben Urakın Kiçik Ordası Krım xanlığının himayəsinə keçdi.

1640-cı ildə Rusiya sərhədlərində yerləşən noqayların bütün yaşayış məntəqələrini, Qıpçak Çölündən gələn kalmıklar hücum edərək xarabalığa çevirdilər. Kalmıkların hücumundan sonra Qara Dəniz sahilləri boyu yaşayan noqaylar "Kuban tatarları” da daxil Osmanlı dövlətinin himayəsini qəbul etdilər.

Noqay Ordası daim Krım xanlığının hücumlarına məruz qalırdı. Onlar həmin hücumlara müqavimət göstərə bilirdilər. 1783-cü ildə Krım xanlığının müttəfiqi Rusiya ordusu tərəfindən Noqay Ordasına hücum edildi. Aleksandr Suvorovun komandanlığı ilə hücum edən Rus ordusu, Bütün Noqay aulları dağıdılaraq xarabalığa çevrildi.

Noqayların çoxu öz yurdlarını tərk edərək Türkiyəyə qaçdılar. Onların bir çoxu dağlara çəkilərək çərkəzlərə sığındılar. Digər bir qismi isə Şərq ölkələrinə qaçdılar. Böyük və güclü bir xalq olan noqaylar öz ərazilərində etnik azlığa çevrildilər. Hazırda Yaxın Şərqdə təxminən 700 min noqay yaşayır. Kubanda isə onların sayları 20 mindən bir qədər çoxdur.

Rusiyanın işğalı altında qalan azsaylı noqaylar sovet dövrünə qədər kölə kimi yaşadılar. Belə ki, onlara mədəniyyətini inkişaf etdirmək, eləcə də oturaq həyat keçirmək qadağan olunmuşdu. Onlar köçəri həyat sürməyə məhkum edilmişdilər.

Qaraçay-Çərkəz Respublikasına gələn bir səyyah yazırdı: "Noqaylar nəzəriyyədir. Onların yaşadıqları əraziyə baxsaq heç nə yoxdur, onların varlığı respublikanın həyatında nəzərə çarpmır və heç yerdə Noqay mətbəxini və mədəniyyətini xatırlamıram”.

Oxşar xəbərlər

Bütün xəbərlər