Xəbər lentiwidget-title-icon

Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb

Gənc nəsli yetişdirən müəllimlər danışır: Öyrən və öyrət

Gənc nəsli yetişdirən müəllimlər danışır: Öyrən və öyrət

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar günüdür. Təhsil sahəsində qadınların çoxluğunu nəzərə alsaq, ən çox əmək sərf edənlər də elə onlardır.
Gülnarə Məmmədova Cəlilabad şəhər 8 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimidir. Elə müəllim ailəsində anadan olub. Otuz ildən artıqdır ki, bu sahədə çalışır. Gülnarə Məmmədovanın fikrincə, müəllim şagirdi başa düşmək üçün onunla, necə deyərlər, bir dalğada olmalıdır: “İndiki nəsillə əvvəlki nəsli müqayisə etmirəm. Hər bir dövrün özünəməxsus çətinliyi olur. Mənə görə, müəllim hər zaman üzərində çalışmalıdır. Təkcə pedaqoji sahədə deyil, bütün dünyada baş verən yeniliklərdən xəbərdar olmalıdır. İbtidai sinif müəllimi təkcə yazmaq və oxumaq öyrətmir. O, şagirdə bir şəxsiyyət kimi formalaşmağı, özünə inamı və həyatda qarşılaşacağı çətinliklərlə mübarizə aparmağı öyrədir. Əgər şagirdlərim hər gün sevinə-sevinə məktəbə gəlirlərsə, məni görən kimi o balaca qollarını açıb üstümə yüyürürlərsə, deməli, mən düz yoldayam”.

Müsahibimiz deyir ki, şagirdlərində dərsə maraq oyatmaq, sinifdə yeni biliklərin qazanılması üçün müxtəlif oyun üsullarından istifadə edir: “Bəzən isə özlərini axtarışa dəvət edirəm. Sadəcə mənə yanaşıb “Müəllim, sizi çox sevirəm” dedikləri zaman çox kövrəlirəm. Müəllim olmaqdan qürur duyuram. Həyatda bir devizim var: “Öyrən və öyrət”.

Gülnarə Məmmədova deyir ki, bu günədək şagirdlərindən aldığı ən maraqlı və sevimli hədiyyələri öz əlləri ilə yazdıqları xoş sözlər və çəkdikləri rəsmlər olub.

Turanə Məmmədova Şəki şəhər 6 nömrəli tam orta məktəbin coğrafiya müəllimidir. Yeddi ildir ki, pedaqoji sahədə çalışan gənc müəllim bu müddətin ömür səhifəsinin ən gözəl 7 ili olduğunu söyləyir. Turanə Məmmədova deyir ki, ötən illərlə müqayisədə bu gün şagirdlər fikirlərini daha sərbəst şəkildə ifadə edirlər: “O dövrdə müəllim olmadığım üçün əvvəlki nəsillə indiki nəslin uşaqlarını müqayisə edə bilməyəcəm. Ancaq öz yaşadığım dövrün şagirdləri ilə, qarşımdakı şagirdləri müqayisə etsəm, əlbəttə, köklü dəyişikliklər var, ancaq bu da normal haldır. Dövr dəyişilib, müəllimdən qorxa-qorxa əyləşən şagirdlər yoxdur artıq. Sovet psixologiyasından çoxdan çıxmışıq. Şagirdlərin düşüncələrini sərbəst ifadə etmələri çətinlik yox, həm də üstünlükdür. İndi şagirdlər “süni”lik etmədən müəllimləri doğru şəkildə qiymətləndirməyi bacarırlar. Müəllim öz üzərində məsuliyyət hiss edir ki, mən artıq onlara həssas yanaşmalıyam”.
Müsahibimiz deyir ki, 8 - Mart Beynəlxalq Qadınlar günü münasibətilə şagirdlərindən gələn təbriklər fərqli olur: “Bayramda 6, 7, 8-ci sinif şagirdləri kiçik məktublarla təbrik yazırlar. Yuxarı siniflər isə mesaj göndərirlər (gülür). O məktubların arasında bir təbrik xatirimdə həmişə qalacaq: “Dünyanın ən yaxşı coğrafiya müəllimi, kaş sizin qədər pozitiv olmağı bacarardıq. Sizi çox sevirik.

Bir də biz səs salanda deyirsiz ey, “Mən niyə səs eşidirəm?” Həmişə demək istəmişəm, bu açıqcada etiraf edəcəm - Çünki həm biz səs salırıq, həm də sizin qulağınız yaxşı eşidir:)”.
MƏNBƏ: Azərtac

Oxşar xəbərlər

Bütün xəbərlər